41. 1939-cu il sovet-ingilis-fransız və sovet-alman danışıqları və nəticələri.
Müharibə ərəfəsində kapitalist dünyasına qarşı duran SSR faktoru da dünyanın
siyasi inkişafına əsaslı təsir göstərirdi. Bolşevizm, kommunizm təhlükəsindən
qorxan və ona nifrət bəsləyən hər iki kapitalist qrupu SSR -nin hansı tərəfdən çıxış
edəcəyinə böyük maraq göstərir, ona güclü təsir etməyə çalışırdılar. ngiltərə və
Fransa təcavüzü özlərindən uzaqlaşdırmaq üçün hər vasitə ilə Hitlerlə dil tapmağa
səy göstərməklə yanaşı, SSR ilə də diplomatik əlaqəni kəsməmək, təcavüzkarın
qurbanı olanlara yardım üçün onun da qüvvələrindən istifadə etmək kimi dip-
lomatik gedişlər edirdilər. 1939-cu ilin martında ngiltərə SSR -yə Fransa və Polşa
ilə birlikdə birgə hərəkət haqqında ümumi bəyannaməni imzalamağı təklif etdi.
Apreldə ngiltərə və Fransa Almaniya ilə müharibəyə cəlb olunmuş ölkəyə yardım
təminatına dair yeni ideya irəli sürdülər. SSR cavabında daha konkret qarşılıqlı
öhdəlikləri olan üçtərəfli müqavilənin bağlanmasını təklif etdi. SSR ona Almani-
yanın təcavüzünü dəf etmək üçün Polşa və Rumıniya ərazisinə qoşunlarını yerit-
mək hüququnun verilməsində israr edirdi. Faktiki olaraq bu, SSR -nin Şərqi Av-
ropa üzərində öz nəzarətini yaratması, Almaniyaya qarşı müharibədə iştirakının
şə
rti kimi irəli sürməsi demək idi. Bu səbəbdən ingilis-fransız-sovet hərbi danışıq-
ları irəli gedə bilmədi. Hitler və Mussolininin 1939-cu ilin mayında hərbi-siyasi
ittifaq barədə “Polad pakt”ını imzalamaları ngiltərə və Fransanı ciddi təşvişə saldı.
Onlar alman təcavüzünə müqavimət göstərmək üsulları barədə SSR ilə danışıqlara
başladılar. Əslində bu danışıqlar Hitlerə təzyiq göstərmək, SSR -nin iştirakı ilə
koalisiya yaradıla biləcəyi imkanı ilə onu qorxutmaq, beləliklə, Almaniyanı Qərb
dövlətləri ilə sazişə gəlməyə vadar etmək və Sovet Rusiyası üzərinə yönəltmək
məqsədini güdürdü. ABŞ 1939-cu ilin yazında və yayında SSR , giltərə və Fransa
arasında aparılan Moskva danışıqlarını diqqətlə izləyirdi. ngiltərənin Vaşinqton-
dakı səfiri ABŞ hökumətinə bildirdi ki, Moskva danışıqlarına baxmayaraq ngiltərə
SSR ilə əməkdaşlıq etmək niyyətində deyil. ABŞ Moskva danışıqları zamanı kol-
lektiv təhlükəsizlik haqqında müqavilə imzalanmasının əleyhinə idi. Elə bu zaman
79
ngiltərə hökumətinin Londonda Almaniya ilə gizli danışıqlar aparması da buna
sübut idi. Bu danışıqlar zamanı onlar Berlinlə münasibətləri yaxşılaşdırmaq nami-
nə böyük güzəştlərə getməyə də hazır olduqlarını bildirirdilər. Hitlerçilər isə ngil-
tərə başçılarını tezliklə razılıq əldə ediləcəyi xülyasına inandırmaqla ingilislərin və
müttəfiqi fransızların SSR ilə apardıqları danışıqları pozmağa sövq edirdilər. Hit-
lerçilərin bu çevik diplomatik gedişləri tezliklə öz bəhrəsini verdi. Dünya mühari-
bəsi ərəfəsində ingilis-fransız və SSR danışıqları uğursuzluqla nəticələndi.
Danışıqların həvəssiz və uğursuz getdiyini görən Almaniya, Şərqdə əsas güclü
siyasi-ideoloji düşmən hesab etdiyi SSR tərəfdən təhlükəsizliyini təmin etmək na-
minə manevr etməyi və onunla müvəqqəti razılığa gəlməyi qət etdi. O, SSR -yə
hücum etməmək barədə müqavilə bağlamağı təklif etdi. Stalin anladı ki, bu müqa-
vilə ilə Şərqi Avropa üzərində arzu olunan nəzarəti əldə edə bilər. Qısa danışıq-
lardan sonra Ribbentrop və Molotov 1939-cu il avqustun 23-də hücum etməmək
haqqında müqavilə və müqaviləyə əlavə gizli protokol imzaladılar. Müqaviləyə
görə tərəflər fərdi qaydada və ya başqa dövlətlərlə birlikdə bir-birinə qarşı təcavüz
hərəkətlərindən imtina etməli, onlardan birinə hücum edən üçüncü dövlətə yardım
etməməli, bir-birinə düşmən koalisiyalarda iştirak etməməli, mübahisəli məsələlə-
rin dinc yolla həllinə çalışmalı idi. Bu müqavilə Qərb dövlətlərinin SSR -yə qarşı
birləşməsinə mane oldu, SSR hərbi-iqtisadi potensialını artırmaq imkanı qazandı.
Bu müqavilə həm də ngiltərə və Fransa diplomatiyasının məğlubiyyəti idi. Gizli
protokolda Şərqi Avropada “maraq dairələrinin” müəyyənləşdirilməsi barədə
razılığa gəlirdilər. Almaniya Finlandiya, Latviya, Estoniya və Bessarabiyanı SSR -
nin maraq dairəsi kimi qəbul etdi. SSR isə Litvanı Almaniyanın maraq dairəsi
kimi qəbul etdi. Gizli protokol Polşanın bölüşdürülməsi imkanını nəzərdə tuturdu.
Bu protokol SSR -nin Şərqi Avropanın xəritəsinin növbəti biçilməsinin iştirakçısı
olduğunu göstərirdi. Məhz buna görə də Qərbin tarix ədəbiyyatında faşist Alma-
niyası ilə yanaşı SSR -də müharibənin başlanmasının səbəbkarlarından biri kimi
qələmə verilir və göstərilir ki, sovet-alman müqaviləsi müharibəyə gedən yolu ge-
nişlədirmişdi. 1939-cu il sentyabrın 27-də Ribbentrop yenidən Moskvaya gəldi və
sentyabrın 28-də onunla Molotov arasında SSR -Alman sərhədinə dair yeni müqa-
80
vilə imzalandı. Tərəflər Polşanı öz aralarında bölüşdürürdülər və Litva Sovet ma-
raq dairəsi kimi qəbul edilirdi.
42. II dünya müharibəsinin başlanması və beynəlxalq münasibətlər.
kinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücu-
mu ilə başladı. Buna cavab olaraq sentyabrın 3-də ngiltərə və Fransa Almaniyaya
müharibə elan etdilər. Həmin gün ngiltərənin bir sıra dominionları da müharibəyə
qoşuldular. kinci dünya müharibəsinin başlanmasının başlıca səbəbləri : birincisi,
birinci dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton
sisteminin çox sərt və alçaldıcı olması; ikincisi, Avropanın mərkəzində, Alma-
niyada qisasçılıq və millitarizm ideyasının yayılması; üçüncüsü, Almaniyanın
irqçilik, “dəyərsiz xalqları” əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına
nail olmaq iddiaları; dördüncüsü, Qərb dövlətlərinin, xüsusən ngiltərə və Fransa-
nın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta
ş
irnikləndirmək və sakitləşdirmək siyasətləri; beşincisi, iri dövlətlərin, o cümlədən
ABŞ-ın “qarışmamaq” mövqeyi tutmaları; altıncısı, ABŞ başda olmaqla iri dövlət-
lərin Almaniyanın iqtisadi-hərbi cəhətdən inkişafına yardım etmələri; yeddincisi,
sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSR ilə birlikdə faşizmə alter-
nativ ittifaq yaratmağı vaxtında dərk etməmələri; səkkizincisi, SSR -nin müharibə-
ni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi
ə
laqələr yaratması;
Müharibə elan etmələrinə baxmayaraq ngiltərə və Fransa Almaniyaya qarşı
hərbi əməliyyatlara başlamağa can atmırdılar. Onlar Polşa qarşısındakı öhdə-
liklərini yerinə yetirmədilər. Alman ordusunun hərbi planları ngiltərə və Fransanın
müharibəyə daxil olmaları imkanını nəzərə alırdı. Nəticədə ingilis-fransız qoşunları
heç bir fəal hərəkət etməyərək Hitlerə Polşaya divan tutmağa imkan verdilər. Belə
ki, Almaniya sentyabrın 17-də Molotov-Ribbentrop paktına gizli protokolda müəy-
yən edilmiş sərhədə çatmaqla Polşanın qərb hissəsini işğal etdi. 1939-cu il sent-
yabrın 17-də sovet qoşunları da Polşa sərhədlərini keçərək qərbi Ukraynanı və qər-
bi Belarusiyanı SSR -nin tərkibinə qatdılar. SSR və Almaniya arasında sentyabrın
28-də bağlanmış “Sərhədlər və dostluq barədə” müqaviləyə əsasən sərhəd Visla
81
çayı deyil, Narev, Buq və San çayları müəyyən edildi. 1939-cu il sentyabrın 27-də
Ribbentrop yenidən Moskvaya gəldi və sentyabrın 28-də onunla Molotov arasında
SSR -Alman sərhədinə dair yeni müqavilə imzalandı. Tərəflər Polşanı öz araların-
da bölüşdürürdülər və Litva Sovet maraq dairəsi kimi qəbul edilirdi. Hələ 1939-cu
ilin sentyabrın 3-də Almaniyaya müharibə elan etmiş ngiltərə və Fransa 1940-cı
ilin mayın 10-na kimi düşmənə qarşı heç bir hərbi əməliyyat aparmamışdılar.
Halbuki, qərb cəbhəsində 23 alman diviziyasına qarşı onların 115 diviziyası dur-
muşdu. Buna görə də bu dövr “Qəribə müharibə” adını almışdı. Almanlar ona
“oturaq müharibə” adı vermişdilər.
Polşanı məğlub etdikdən sonra Almaniya müharibənin aparılması üçün əlve-
rişli şərait qazanmaqdan ötrü hərbi əməliyyatlari dayandırmağa tərəfdar olduğunu,
ngiltərə və Fransaya qarşı heç bir düşmənçilik münasibətləri olmadığını bəyan
etdi. Almaniyanın bu təkliflərinin dərin siyasi məqsədləri var idi. O, bütün işğalla-
rını və müstəmləkələrə olan iddialarını qəbul etdirməyə çalışırdı. Lakin ngiltərə və
Fransa hakim dairələri Almaniyanın bu təkliflərinin onların əleyhinə olduğunu ba-
ş
a düşərək imtina etdilər.
1940-cı ilin ortalarına qədər Almaniyanın Avstrya, Çexoslvakiya, Polşa, Dani-
marka, Norveç, Hollandiya, Belçika, Luxsenburq və Fransanı işğal etməsi ilə bö-
yük silah cəbbəxanası, hərbi sənaye, metallurgiya və səneyinin digər mühüm sahə-
ləri onun əlinə keçdi. Almaniyanın Qərbi Avropada asan hərbi qələbələr qazanması
bütün Avropa üzərində onun şəriksiz hegamonluq iddialarını gücləndirdi. Lakin
Avropada tam hegemon olmaq yolunda Sovet ttifaqı və ngiltərə başlıca əngəl
olaraq qalırdılar. Sovet ttifaqına qarşı müharibəyə hazırlıq tam məxfi şəkildə apa-
rılırdı. Almaniya əvvəlcə Sovet ttifaqını məğlub etmək, sonra isə ngiltərə ilə
problemlərini həll etmək fikrində idi. Ona görə də Almaniya diplomatiyası ngil-
tərəyə 1940-cı il iyulun 19-da müharibəni davam etdirməmək və sülh bağlamaq
barədə təklif etdi. ngiltərə bu təkliflərdən imtina edərdisə, Almaniya onu tamamilə
darmadağın və məhv etməklə hədələdi. Lakin ngiltərə diplomatiyası Almaniyanın
bu hədələrini rədd etdi. Belə olduqda Almaniya Yaponiya və taliya ilə əlaqələrini
daha da gücləndirdi. Almaniya 1939-cu ilin mayında taliya ilə bağladığı “Polad
82
paktına” uyğun olaraq Misirdə ingilis ordularına qarşı əməliyyatlar aparmağı ta-
liyadan tələb etdi. Eyni zamanda Almaniya Yaponiya ilə də əlaqələrini sıxlaşdır-
maq niyyətində idi. 1940-cı ilin sentyabrın 27-də Tokioda Almaniya-Yaponiya-
taliya hərbi paktının (Üçlər paktının) imzalanması mərasimi oldu. Üç dövlət pak-
tında Yaponiya Almaniya və taliyanın Avropada, taliya və Almaniya isə Şərqi
Asiyada Yaponiyanın yeni qayda yaratmaq istəklərinə hörmət etməli idilər. Tərəf-
lər bir sıra məxfi sazişlər imzaladılar və ümumi, hərbi və iqtisadi komissiyalar ya-
ratdılar. Ümumi komissiya Tokio, Berlin və Romada çalışmalı idi. Ümumi ko-
missiyanın məqsədi üç ölkənin siyasətini əlaqələndirmək, hərbi və iqtisadi komis-
siyaların məqsədi isə müharibənin birgə aparılması və qarşılıqlı iqtisadi yardım
problemlərini həll etmək idi. Üçlər paktının imzalanması təcavüzkar dövlətlərin
hərbi blokunun formalaşmasını başa çatdırdı. Blokun əsas məqsədi dünya ağalığına
sahib olmaq idi. Bolqarıstan 1940-cı il noyabrın 17-də, Macarıstan noyabrın 20-də,
Rumuniya noyabrın 23-də, Slovakiya isə noyabrın 24-də Üçlər paktına qoşuldular.
1941-ci ilin sonunda Finlandiyada müharibədə Almaniya tərəfdən iştirak edəcəyini
bəyan etdi.
43. Almaniyanın Fransaya hücumu və beynəlxalq münasibətlər.
Hərbi tədbirlərin görülmədiyini başa düşən Almaniya qərb ölkələrinə zərbə
endirmək qərarına gəldi. Fransız qoşunları və kontinentə çıxarılmış ingilis qoşunla-
rı da Almaniya sərhədinə toplaşmağa başladılar. Həm fransız, həm də ingilis tərəfi
mövqe müharibəsinin təkrarlanacağına ümid edərək sırf müdafiə strategiyası seç-
mışdilər. 30-cu illərdə Fransa Almaniya ilə bütün sərhəd boyunca tamamilə alın-
maz sayılan güclü müdafiə istehkamları silsiləsi-“Majino xətti”ni yaratmışdı. kinci
dunya müharibəsində həlledici rol oyanayan hərbi texnikanın-tanklar və aviasiya-
nın təkmilləşdirilməsinə isə az fikir verilirdi. ”Majino xətti” olduğu bir halda ingi-
lis və fransız qoşunlarının başlıca vəzifəsi Fransanın Belçika və Lüksemburqla
olan sərhədlərini qorumaqdan ibarət idi. Bu iki dövlət öz bitərəfliyini elan etmişdi.
Almaniyanın bu dövlətlərin bitərəfliyini pozacağı aydın olduğu halda da ngiltərə
və Fransa heç bir tədbir görmədi. Fransa sərhədinin bu sahəsində müttəfiqlərin al-
man ordusu ilə kontaktı ümumiyyətlə yox idi. Rəqibin fəaliyyətsizliyindən istifadə
83
edən alman komandanlığı Şimali Atlantikada dəniz əməliyyatları aparmaq üçün
etibarlı bazalara malik olmaqdan ötrü Danimarka və Norveçi tutmğı qərara aldı. Bu
ölkələrin bitərəfliyi Hitleri heç maraqlandırmırdı da. 1940-cı ilin aprelində alman
qoşunları Kopenhagenə daxil oldu və həmçinin Norveçin bir neçə limanına çıxdı.
Danimarka hökuməti həmin gün təslim oldu. Norveç hökuməti isə ordunu və xalqı
müqavimətə çağırdı, yardım üçün ngiltərəyə müraciət etdi. Lakin təşəbbüs və üs-
tünlük Almaniyanın tərəfində idi. Ölkənin böyük hissəsi işğal olundu. Kral və hö-
kumət ordunun qalıqları ilə bir yerdə ngiltərəyə köçürüldü.
Bu zaman artıq ingilis-fransız qoşunlarına qarşı hücum tam qaydası ilə gedir-
di. Başlıca zərbə Belçika və Lüksemburq sərhədinin qovuşduğu yerdə Ardenna da-
ğ
ı vasitəsilə və sonra ingilis-fransız qoşunlarından yan ötərək Kaleyə endirilmişdi.
Düşmənin əsas qoşun qruplaşmasını sahilə sıxışdırmaq və məhv etmək nəzərdə tu-
tulurdu. Hücum 1940-cı il mayın 10-da başladı. Mayın 20-nə kimi almanlar müt-
təfiqlərin 340 min nəfərlik qruplaşmasını mühasirəyə alıb, La Manş sahilində yer-
ləşən Dünkerk rayonunda mühasirəyə aldılar. Hitlerin əmri ilə hücum dayandırıldı.
Almaniya hələ ngiltərə ilə SSR -yə qarşı ittifaq yaratmağa ümid edirdi. Bu hadisə
tarixə “Dünkerk möcüzəsi”adı ilə daxil olmuşdur. ngilislər bütün texnikanı düş-
mənə qoyaraq ordunun bir hissəsini mühasirədən çıxara bildilər.
Almaniyanın Norveçə və Danimarkaya hücumu, ingilis-fransız ordularının
Qərbi Avropada məğlubiyyətə uğradılması Avropada kəskin diplomatik müzakirə-
lərə gətirib çıxardı.Vəziyyəti belə görən ngiltərə və Fransa diplomatiyası taliya-
nın rəhbəri Mussolininin vasitəçiliyi ilə kompromis axtarmağa başladı. Lakin belə
cəhdlərin nəticəsi olmadı. Bunun əvəzində taliya hökuməti 1940-cı iı iyunun 10-
da Fransaya müharibə elan etdi. ngilis diplomatiyası Fransanın məğlub edilməsin-
dən öz xeyrinə istifadə etmək istədi. ngiltərə hökuməti vahid hərbi komandanlıq
yaratmaq barədə təklif etdi. Lakin fransız hakim dairələri bu təklifləri rədd etdilər.
Son müdafiə döyüşü Ema çayı yaxınlığında baş verdı.”Majino müdafiə xətti”
yarıldı. Alman qoşunları Fransanın paytaxtına doğru hərəkət edərək iyunun 14-də
Parisə daxil oldular. ki gün sonra Fransa hökumətinin başçısı marşal Peten Alma-
niyaya barışıq barədə müraciət edərək mübarizənin dayandırılmasının vacibliyini
84
bildirdi. Lakin fransızların heç də hamısı məğlubiyyətlə barışmadı. General Şarl de
Qoll Londonda çıxış edərək Almaniyaya qarşı mübarizə aparmağın zəruriliyini bil-
dirdi. ngiltərəyə getməyə məcbur olan Şarl de Qoll orada “Azad Fransa” komitə-
sini yaratdı. Bu antifaşist mərkəzlərindən biri oldu.
Fransanın düşmüş olduğu vəziyyətindən ngiltərə və ABŞ istifadə etməyə,
onun müstəmləkələrinə və donanmasına nəzarəti ələ keçirməyə çalışırdılar. Lakin
bu da heç bir nəticə vermədi. Hitler Mussolini ilə görüşərək yaranmış yeni vəziy-
yəti müzakirə etdi. Hitlerin əsas məqsədi:
1) Fransada faşistpərəst rejimi hakimiyyətə gətirmək;
2) Avropada Almaniya başda olmaqla yeni qayda yaratmaq;
3) Fransanı bir sıra mülklərindən məhrum etmək ;
4) ngiltərə ilə əlverişli sülh bağlamaq yolu ilə üstünlük əldə etmək idi. Lakin n-
giltərə Almaniya qarşısında güzəştə getmək istəmirdi. Bundan fərqli olaraq Fransız
diplomatiyası Almaniya qarşısında saziş bağlamağa razı idi. Barışıq sazişi iyunun
22-i Kompyen meşəsində, muzeydən gətirilmiş, 1918-ci ildə Almaniyanın məğlu-
biyyətini bildirən barışığın imzalandığı marşal Foşun ştab vaqonunda imzalandı.
Barışıq şərtinə görə Fransa ərazisinin 60%-i alman ordusu tərəfindən işğal edildi,
qalan hissəsi ölkənin cənubundakı Vişi şəhərində yerləşən Peten hökuməti tərə-
findən idarə edilməli idi. Peten hökumətinin nəzarətində olan ərazidə istehsal edi-
lən məhsulun 40%-i Almaniyaya göndərilməli idi.
44. Almaniyanın SSR -yə hücumu. Antifaşist koalisiyasının yaranması.
ngiltərənin müqaviməti qırılmasada, əsas kommunikasiya xətləri və onların
üzərindəki dayaq məntəqələrini saxlasada, Hitlerə elə gəlirdi ki, o, əsas vəzifəni
yerinə yetirmiş və artıq bilavasitə SSR ilə məşğul ola bilər. Almaniya Sovet ttifa-
qı ilə hücum etməmək haqqında müqavilə sayəsində iki cəbhədə müharibə təhlü-
kəsinə məruz qalmadan Fransanı darmadağın edə bildi. ndi isə o, Avropanın şərik-
siz hökmranı olmaq üçün bütün qüvvələrini SSR -yə qarşı yönəltməli idi. Hitler
düşünürdü ki, SSR -ni darmadağın etməklə, eyni zamanda, Böyük Britaniyanın da
taleyi həll olunacaqdır: ngiltərə, nəhayət, müqaviməti davam etdirməyin fayda-
sızlığını anlayacaqdır. 1940-cı ilin iyulunda Vermaxtın komandanlığı Hitlerdən
85
SSR -yə qarşı kompaniyanın planını hazırlamaq barədə tapşırıq aldı. 1940-cı il de-
kabrın 5-də Almaniya rəhbərliyi SSR -yə hücum planını müzakirə etdi. 1941-ci ilin
sonunda SSR -yə qarşı müharibəyə başlamaq haqqında qərar qəbul edildi. Hitler
dekabrın 18-də Barbarossa planı adlanan bu planı təsdiq etdi.
Almaniyanın Avropada təzavüzünün genişlənməsi ilə paralel olaraq SSR
1940-cı ilin iyununda Litva, Latviya və Estoniyanı tutdu. Şərqi Avropada
Almaniyanın hegemonluğunun qurulması ona bu regionun xəritəsinin növbəti
biçimini həyata keçirməyə imkan verdi. Yuqoslaviya müstəqil dövlət kimi ləğv
olundu. Onun yerində müstəqil Xorvat dövləti yaratdılar, qalan ərazisi isə
Almaniya, taliya, Bolqarıstan və Macarıstan arasında bölüşdürüldü. Rumuniya
Hitlerin təzyiqi altında Transilvaniyanın Macarıstana verməli oldu.
Nəhayət 1941-ci ilin iyunun 22-də səhər tezdən Almaniya SSR üzərinə hücum
etdi. Onunla bərabər müttəfiqləri olan Rumıniya, Finlandiya, taliya, növbəti gün
Slovakiya, iyunun 27-də isə Macarıstan Sovet ttifaqına qarşı müharibəyə girdilər.
SSR -yə qarşı müharibənin başlanması ngiltərə və ABŞ-da pis qarşılandı. Onlar
faşizmə qarşı mübarizədə Sovet ttifaqına kömək edəcəklərini bəyan etdilər. 1941-
ci ilin iyunun 22-də Çörçil radio ilə çıxışında bildirdi ki, ngiltərə SSR -yə hər-
tərəfli yardım edəcək. yunun 23-də ABŞ bildirdi ki, faşizmə qarşı vuruşacaqdır.
Lakin senator Trumen demişdi ki, görsək ki, Almaniya qalib gəlir, onda SSR -yə,
görsək ki, SSR qalib gəlir, onda Almaniyaya kömək edəcəyik ki, onlar bir-birini
daha çox məhv etsinlər.
Müharibənin ilk aylarında Sovet hökuməti Hitler Almaniyasına qarşı qarşı-
lıqlı yardım və birgə mübarizə haqqında bir sıra sazişlər imzalamışdı. 1941-ci il
iyulun 12-də belə saziş ngiltərə ilə bağlandı. Tərəflər müharibədə bir-birlərinə
köməklik göstərməyi, dəstək verməyi və separat sülh bağlamamağı öhdələrinə gö-
türdülər. Elə həmin ayda mühacirətdə olan Polşa və Çexoslovakiya hökumətləri ilə
saziş imzalandı. Sovet ttifaqı ərazisində Çexoslovakiya və Polşa hərbi hissələrinin
formalaşdırılmasına razılıq verdi.
kinci Dünya müharibəsi ərəfəsində Almaniyanın randakı mövqeləri güclü idi.
SSR üzərinə hücumdan sonra bu mövqelər daha da möhkəmləndi. Almaniya
86
SSR -nin cənub sərhədləri ücün təhlükə torətməyə başladı. Belə vəziyyət SSR və
Böyük Britaniyanı Almaniya təhlükəsinə qarşı birgə tədbirlər görməyə sövq etdi.
Verilən bəyanatlardan sonra 1941-ci ilin avqustun 25-də qoşunlar rana daxil oldu.
1942-ci ilin yanvarın 29-da isə SSR - ngiltərə- ran müqaviləsi imzalandı. Müqa-
viləyə görə SSR və ngiltərə ranın suverenliyini və müstəqilliyini qoruyacaqlarını
və ona iqtisadi yardım göstərəcəklərini bəyan etdilər. Bu müqavilənin böyük əhə-
miyyəti var idi. O, antihitlerci koalisiyası ilə ranın əlaqələrini gücləndirdi.
45. “Atlantika xartiyası”. Antifaş ist koalisiyasının möhkə mlə ndirilmə si.
1941-ci ildə ABŞ və ngiltərənin xarici siyasətində ciddi dəyişiklik yarandı.
1941-ci ilin avqustun 9-12-də Nyufaundlend adasında ABŞ prezidenti Ruzvelt və
Böyük Britaniyanın baş naziri Çerçil konfrans keçirdilər. Avqustun 14-də Atlan-
tika Xartiyası qəbul edildi. Bu sənəddə milli siyasətin bəzi ümumi prinsipləri elan
edildi: dövlətlər ərazi iddialarına can atmirlar; hər hansı ərazi sərhəd dəyişiklərinə
imkan verməyəcəklər; bütün xalqların öz müqəddəratını təyin etmək hüququna
tərəfdardırlar; faşist rejimi tam məhv ediləcəkdir; dövlətlər zor gücünə mübahisəli
məsələləri həll etməyəcəklər; dənizlərdə və okeanlarda gəmilər sərbəst üzəcəklər;
səmərəli əməkdaşlıq ediləcəkdir. Atlantika Xartiyasıda dünyanın müharibədən son-
rakı quruluşuna dair bir sıra mütərəqqi və demokratik prinsiplər əks olundu. Anti-
hitler koalisiyası ölkələrinin müharibədə iştirakının məqsədlərini ilk dəfə qeyd
edən Atlantika Xartiyasına bir qədər sonra SSR -də imza atdı. SSR Çexoslo-
vakiyanın və daha başlıcası Polşanın mühacirətdə olan hökumətlərini tanıdı.
Müharibənin ilk dövründə Üçlər paktı ölkələrinin müvəffəqiyyətləri onların böyük
hazırlığının və hərəkətlərindəki qəfilliyin nəticəsi idi. Tezliklə bu amillər aradan
qalxdı, təcavüz vüsətinin genişlənməsi ilə cəbhə xətləri və onların qoşunlarının
təchizatı yolları uzandı. Bütün bunlar müharibənin gedişində antihitler koalisiyası
ölkələrinin xeyrinə dönüş üçün əlverişli şərait yaradırdı. Bu ölkələrin potensial
gücü Üçlər paktı ölkələrini gücündən müqayisəolunmaz dərəcədə üstün idi.
1942-ci il yanvarın 1-də Vaşinqtonda 26 ölkənin nümayəndələri Birləşmiş Mil-
lətlər bəyannaməsini imzaladılar. Burada ölkələrin hökumətləri faşist bloku döv-
lətlərinə qarşı özlərinin bütün iqtisadi və hərbi ehtiyatlarını birləşdirəcəkləri barədə
87
öhdəlik götürdülər. Antihitlerçi koalisiyanın möhkəmləndirilməsində 1943-cü il
yanvarın 14-24-də Ruzvelt və Çörçilin Kasablankada keçirilən görüşü başlıca rol
oynadı. Yüksək hərbi rəhbərlərin də iştirak etdiyi konfransda müzakirə edilən əsas
məsələ müttəfıqlərin hərbi əməliyyatlarının perspektivləri barədə idi. Konfransda
siyasi problemlərədə diqqət yetirildi. Fransanı antihitlerçi koalisiyaya cəlb etmək
və müqavimət hərəkatına yardım göstərmək müzakirə olundu. Şarl de Qollun Ka-
sablankaya gəlməsi Fransanın nüfuzunun artdığını göstərdi. Ruzvelt SSR -nin Ya-
poniyaya qarşı müharibəyə qoşulmasına tərəfdar olduğunu bildirdi. Konfrans
1943-cü ilin yayında ABŞ və ngiltərə qoşunlarının Siciliyaya, sonra isə Apennin
yarımadasına hücumu haqqında qərar qəbul etdi. Konfransda müstəmləkələrin
sonrakı taleyi, Sakit okeanda müharibə və başqa məsələlər müzakirə edildi.
Müzakirələrin yekununda bəyannamə qəbul olundu. Bəyənnamədə tərəflərin birgə
fəaliyyəti və hücum kampaniyasının planlaşdırılması, faşist bloku ölkələrinin danı-
ş
iqsız təslim olması prisipi irəli sürüldü.
SSR -yə ABŞ və ngiltərənin yardımının göstərilməsi həm antihitlerçi koali-
siyanı möhkəmləndirdi, həm də sovet-alman cəbhəsindəki vəziyyəti müttəfiqlərin
xeyrinə yaxşılaşdırdı. 1942-ci ilin payızında ingilis və amerikan orduları Şimali
Afrikaya çıxarılmağa başlandı. Bu əməliyyatın böyük diplomayik-siyasi əhəmiy-
yəti var idi. Afrikada maraqları olan Fransa müttəfiqlərə meyl etdi. Şimali Afrika-
ya müttəfiqlərin girməsi Almaniya və taliyanın dayaqlarını sarsıtdı, onlar Fran-
sanın Afrikadakı mülklərindən aldıqları xammaldan məhrum oldular. ABŞ və n-
giltərənin birgə fəaliyyəti faşist blokunun böhranını dərinləşdirdi.
Dostları ilə paylaş: |