21
The European Commission for the Efficiency of Justice
.
AZERBAIJAN: Evaluation exercise - 2012 Edition .
22
Buna baxmayaraq, qadınların media qurumlarının qərarverici orqanlarında təmsilçiliyi
kifayət qədər aşağı rəqəmlərlə ifadə olunur: 90 KİV redaksiyasından yalnız 10-unun
rəhbəri qadındır. Bunun nəticəsidir ki, çox zaman KİV qadınların bacarıqları barədə mənfi
stereotipləri və ənənəvi düşüncə tərzlərini təbliğ edir, qadınların daha çox qurbana
çevrilməsini xüsusi ilə işıqlandırır, onların müsbət dəyişikliyə səbəb olacaq özünəməxsus
töhfə vermə bacarıqlarına isə diqqət yetirmirlər.
Qadın jurnalistlər kütləvi informasiya
vasitələrindən kişilər kimi istifadə etməlidirlər. Onlar daha sərbəst olmalıdırlar. Həm
kişilər və həm də qadınlar üçünbərabərliyinin təmin olması üçün vacibdir.
2012-ci ilin məlumatlarına görə
22
, iqtisadi fəal (məşğul və işsizlərin ümumi sayı)
qadınlar 49,1%, işsiz qadınlar 58,3%, məşğul (muzdla işləyənlər və özüməşğul əhali)
qadınlar – 48,6%, təşkil edir. Kənd təsərrüfatı ilə məşğul olanların – 23% -ni,
elektroenerji, qaz və su təchizatı sahəsində - 14%-ni, tikinti sahəsində - 6,8%-ni, ticarət –
33%-ni, mehmanxana və restoran, iaşə sektorunda – 27,7%-ni, nəqliyyat, rabitədə - 17%-
ni, təhsildə - 71%-ni,, səhiyyə və sosial xidmətlərdə - 77,6%-ni, peşə, elm və texniki
fəaliyyət sahəsində 41,1%-ni qadınlar təşkil edir.
Qərarların qəbul olunmasında rolların bölünməsi ölkədə üstüörtülü ayrı- seçkiliyin
olmasını sübut edir. Bu, həmiçinin cəmiyyətin aşağı səviyyəli gender idrakı və
qadınların özlərinə inamsızlığı - bunlar siyasi və sosial həyatda qadınların fəaliyyətlərinin
artırılmasına mane olan səbəblərdir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə qadınların
maarifləndirilməsi ilə bağlı dövlət və qeyri-dövlət struktuları müxtəlif layihələr həyata
keçirirlər.
―Qadınların inkişafı naminə ictimai maraqların qorunması‖ layihəsi çərçivəsində sorğuda
iştirak edən qadınlar da ölkədə qadınların vəziyyətinə öz münasibətlərini bildirmişlər.
Onlardan 65% -i ölkənin qanunverici orqanı olan Milli Məclisdə qadınların sayının az
olduqlarını bildirmişdilər. Onların fikrincə ali qanunverici orqanda qadınların sayı çox
olarsa qadınların problemləri də bir qədər asan həll olunar. 15% iştirakçı bu problemə
münasibət bildirməkdə çətinlik çəkmişlər. 20% isə qadınların sayının artmasının
problemin həllinə təsir etməsinə şübhə ilə yanaşmışlar.
22
Azərbaycanda qadınlar və kişilər. Azərbaycan Respublikası Statistika Komitəsi, 2012
23
Cəmiyyətin gender bərabərliyinə, qadınların siyasi, sosial və iqtisadi sahələrdə kişilərlə
balanslaşdırılmış iştiraketmə məsələsinə münasibətlərini aparılan sorğular vasitəsilə
müəyyən etmək olur. Sorğuda iştirak edənlərin 85 % qadınların ictimai həyatda, biznes
və siyasət də daxil olmaqla daha aktiv iştirak etməsinin tərəfdarı olduqlarını, 15% isə
cavab verməkdə çətinlik çəkdiklərini bildirdilər. Sorğuların nəticəsinə görə yaş həddi 41-
50 olan qadınların iqtisadi aktivliyi daha yüksək olub təxminən 40%-dir.
Novxanıdan olan qadın iştirakçı: ―Bərabər hüquq - bu ilk əvvəl puldur. Maddı
imkansızlıq qadınlara qərar qəbulunda iştirak etmələrinə mane olur, onlarda özlərinə
inamsız yanaşırlar‖.
Masallıdan olan qadın: ―Rayon yerlərində yalnız kişilər deyil, əksər qadınlar belə hesab
edirlər ki, qadın işləməməlidir, uşaqlarının yaşından asılı olmayaraq evdə oturub
təsərrüfat işləri ilə məşğul olmalıdır.‖
Novxanıdan olan kişi : ―Mənim evdə gəlinim var, o ev işləri ilə məşğul olur, ona görə də
həyat yoldaşım işləyir. Cavan olanda o da işləmirdi‖.
Rayonlarda qadınların sosial passivliyi onların böyük hissəsinin işsiz olması ilə bağlıdır.
Bu isə
öz növbəsində qadınların ictimai əlaqə dairələrinin həddən artıq kiçik olduğunu
göstərir. ―Qadınlar ev işlərindən başqa heç nə ilə məşğul deyillər. İlk növbədə qadınları
qazla, su ilə təminin etmək lazımdır, yollar çəkilməli və iş yerləri açılmalıdır. Sivil
şəraitdə qadınlar daha fəal olarlar. Onları müxtəlif tədbirlərə dəvət etmək, dünya
görüşlərini artırmaq lazımdır. Bundan sonra onların baxışları da dəyişər‖- dinləmələrdə
iştirak edən qadının fikri.
Gənc qadın və qızların iqtisadi və ictimai aktivlyinin zəifliyini sorğunun keçirildiyi
ərazilərdə ailələrin çoxuşaqlı olması, uşaq baxçalarının olmaması və ya aşağı səviyyəsi,
ev işlərinin çoxluğu və cəmiyyətdə kişi əməyinin qadın əməyindən üstünlüyü stereotipi
ilə izah etmək olar.
24
Neftçaladan olan qadın qadınlar üçün hər işin müvafiq olmadığını geyd etdi. Onun
fikrincə qadınların karyeralarının artmasına mane olan ailələrdə kişilərin işə
münasibətidir və burada əsas rolu məvacibin böyük-kiçik olması deyil, işin təyin
edilmiş vaxt ərzində başa çatmasıdır.
Sorğu iştirakçılarının əksəriyyəti son zamanlar qadınların öz sosial əhəmiyyətlərini daha
dərindən dərk etmələrini, ictimai həyatda və əmək bazarında onlar öz mövqelərini
tutmağa çalışdıqlarını qeyd etdilər. Respondentlər cəmiyyət mövcud olan gender
stereotipinin qadınların inkişafına sədd çəkdiyini xüsusilə vurğuladılar.
Qadınların rəhbər vəzifələrdə çalışmalarını məhdudlaşdıran amillərdən biri də bu
vəzifə sahiblərinin iş saatından sonra işdə qalıb işləmək imkanlarının məhdud olmasıdır.
Adətən yüksək vəzifələrdə çalışanlar iş saatından sonra iş yerində qalıb işləyirlər ki, bu
da ailəli qadınlar üçün mümkün olmayan bir haldır. Bu səbəbdən də çox vaxt ailəli
qadınlar könüllü olaraq rəhbər vəzifələrə getməkdən imtina edirlər.
30 faiz qadının yalnız Konvensiya haqda məlumatlı olduğu məlum oldu. Bu qadınların
əksəriyyəti müəllim və həkim idi. Lakin onların Konvensiyanın mahiyyəti haqqında
anlayışları çox aşağı idi. İştirakçıların əksəiyyəti ―Məişət zorakılığının aradan
qaldırılması qanunu‖ haqda məlumatlı idilər. Lakin onlar qanunun həyata keçməsinə
şübhə ilə yanaşırdılar. Qeyd etmək lazımdır ki, qanunla əlaqədar həm Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi və həm də bir çox QHT-lər əhali arasında
məlumat kampaniyaları aparmışlar.
Respondentlərin 60 % cəmiyyətdə ayrı-seçkiliyin mövcud olduğdunu və bunun
cəmiyyətdə növcud olan stereotiplər və patriarxal dəyərlər, eləcə də qadınların ictimai və
fəaliyyətlərinə mane olan ailə və ev qayğıları, resurslara çıxış ilə bağlı olduğunu
göstədilər (diaqram 3).
25
0
0,1
0,2
0,3
0,4
0,5
0,6
Ailə qayğıları
Stereotiplər
İnfrastruktur
Kredit alma
Diaqram 3. Qadınların ictimai fəaliyyətlərinə mane olan amillər.
Sorğuda iştirak edənlərin 40% isə qadınların özlərinin qeyri-fəal olduqlarını qeyd
etdilər. Mövcud vəziyyətdən çıxış kimi, onlar istər qadınlar və istərsə də kişilər arasında
maarifləndirmə işlərinin aparılmasını, qadınların məişət qayğılarının azaldılmasını,
qadınların daha savadlı, daha peşəkar olmalarını və öz hüquqlarını bilmələrini qeyd
etdilər. Onların fikrincə savadlı, bacarıqlı qadın istədiyinə nail ola bilər.
Dəyirmi masalarda iştirak edən kişi – ―Qadınların yaşayış şəraitinin yaxşılaşdırılması və
onların ölkənin sosial və iqtisadi həyatında fəal iştirak etmələri ilə gücləndirilməsi uzun
müddətli davamlı inkişaf üçün əsas ola bilər. Bu ailədə harmoniyaya və digər sahələrdə
yüksək rifaha da təsir göstərər‖.
İqtisadiyyatın və digər fəaliyyət sahələrinin müəyyən sferalarında qadınların və kişilərin
üstünlük təşkil etmələri dünya üzrə geniş yayılmış haldır. Belə ki, qadınların üstünlük
təşkil etdikləri sahələr kişilərin üstünlük təşkil etdikləri sahələrə nisbətən daha aşağı
statusa və daha az əmək haqqına malikdir. Azərbayjanda gender üzrə mövcud olan
məlumatlar göstərir ki, qadınlar səhiyyə, sosial müdafiə, təhsil kimi sosial xidmətlər
sektorunda və digər ictimai xidmətlərdə cəmləşməyə meyllidirlər. Səhiyyə sektorunda
əmək haqqı ölkə üzrə orta əmək haqqının təxminən 30%-ni təşkil edir, təhsil sektorunda
isə, bu rəqəm 70%-dir. Gender üzrə məşğulluq statistikası iqtisadiyyatın yalnız formal
sektorunu əhatə etdiyindən və işçi qüvvəsinə dair müntəzəm sorğular keçirilmədiyindən,
bütövlükdə, iqtisadiyyatda əməyin sektorlar üzrə bölgüsü haqqında dolğun məlumat
yoxdur. Statistik məlumatlarda qadınların əmək haqqının kişilərə nisbətən aşağı olması
26
tendensiyası müşahidə olunur.
Qadınlar əksərən günün yarısı çalışa bilərlər, ailəylə bağlı
səbəblərə görə karyera haqda fikirləşmirlər, ən əsası yüksək maaşlı işlərə sahib ola
bilmirlər.
Aparılan sorğuların təhlili də peşə seçimində cins bölgüsünün olduğunu bir daha təsdiq
etdı. Belə ki, həm sorğularda və həm də dinləmələrdə iştirak edənlər qadınların müəllim,
həkim peşələrini daha yaxşı yerinə yetirmələrini vurğuladılar. Axır vaxtlar banklarda
qadınların sayının artması müşahidə olunur. Təəssüf olsun ki, burada da qadınlar rəhbər
vəzifələrdə deyil, əməliyyatçı vəzifəsində işləyirlər. Qadın və kişinin eyni bir işi yerinə
yetirə bilərmi sualına isə respondentlərin müsbət cavabları 50%-dən aşağıdır (diaqram
4).
Dostları ilə paylaş: |