BMT-nin Təhlükəsizlik Şurasının 11 noyabr 1993-cü il
884 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 25 iyul 1993-cü il tarixli 874, 14 oktyabr 1993-
cü il tarixli 874 saylı Qətnamələrini təsdiq edərək; ATƏT və Minsk qrupunun yorulmaz səyi çərçivəsində
aparılan sülh danışıqlarını tam dəstəkləyərək; ATƏT-in fəaliyyətdə olan Sədrinin məktubunu və əlavələri nəzərə
alaraq, Azərbaycan Respublikasında və onun ətrafında konfliktin və Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması; atəşkəsin pozulması, o cümlədən
Zəngilan rayonu və Horadiz şəhərinin zəbt olunması ilə əlaqədar hərbi əməliyyatların gərginləşməsi ilə bağlı
narahatlığını bildirərək; Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini, ərazi bütövlüyünü,
beynəlxalq sərhədlərin toxunulmazlığının və ərzinin zəbt edilməsi üçün qüvvədən istifadə edilməsinin
yolverilməzliyini təsdiq edərək; Azərbaycanın cənub sərhədlərində yerləşən Zəngilan rayonu və Horadiz
şəhərində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:
1) Hərbi əməliyyatın başlanmasına səbəb olan tərəflərin atəşkəsin son pozulmasını, o cümlədən Zəngilan
rayonu və Horadiz şəhərinin zəbtini, mülki əhaliyə hücumu və Azərbaycan Respublikası ərazisinin atəşə
tutulmasını pisləyir;
2) Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinə öz təsirindən istifadə edərək
822 (1993) və, 853 (1993) və 874 (1993) saylı Qətnamələrə riayət etməsinə və hərbi kampaniyaların davam
etməməsi üçün vəsaitlərin verilməməsini təmin etməyə çağırır;
3) ATƏT-in Minsk qrupunun 9 nəfərinin bəyanatını məmnuniyyətlə qeyd edir və orada göstərilən atəşkəs
haqqında birtərəfli bəyanatı yüksək qiymətləndirir;
4) Maraqlı tərəflərdən hərbi əməliyyat və düşmənçilik aktlarının həmən dayandırılmasını, birtərəfli olaraq
Təhlükəsizlik Şurasının «822 (1993) və 853 (1993) Qətnamələrinin həyata keçirilməsilə əlaqədar təxirəsalınmaz
tədbirlərin yeniləşmiş qrafikini» və Minsk qrupunun Vyana şəhərində keçirilən 2-8 noyabr 1993-cü ildə
keçirilən iclasında qəbul olunmuş dəyişiklikləri nəzərə alaraq hərbi qüvvələrin Zəngilan rayonu və Horadiz
şəhərindən və digər işğal olunmuş rayonlardan çıxarılmasını tələb edir;
5) Maraqlı tərəfləri Rusiya Federasiyasının Minsk qrupuna dəstək məqsədi ilə yardımı birbaşa kontakt
nəticəsində əldə olunmuş atəşkəsə riayət etməyə və onun daimiliyini və effektliyini təmin etməyə; və
münaqişənin həlli yolunda Minsk prosesinin və «Yeniləşmiş qrafik» və ona Minsk qrupunun 2-8 noyabr 1993-
cü il tarixli iclasında qəbul etdiyi dəyişikliklər çərçivəsində münaqişənin nizamlanmasına dair danışıqlar və
digər mümkün olan bütün yolların axtarışını davam etdirilməsinə təkidlə çağırır;
6) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsi, sülh və sabitliyin pozulmasına yönəldilmiş
hər hansı bir təcavüzdən və müdaxilədən çəkinməyə təkidlə çağırır;
7) Baş Katibdən və müvafiq beynəlxalq humanitar təşkilatlardan zərər çəkmiş mülki əhaliyə, o cümlədən
Azərbaycanın cənubunda yerləşən Zəngilan rayonu və Horadiz şəhərinin əhalisi daxil edilməsi ilə, fövqəladə
yardım göstərilməsini, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması və təhlükəsizlik şəraitində
yaşamaq üçün köməklik göstərilməsi xahiş olunur;
8) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişi və yerlərdə olan vəziyyətin
bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı
barəsində Şuraya hesabat verməsi xahiş edilir;
9) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
3313 saylı Qətnamə yığıncağında yekdilliklə qəbul olunmuşdur.