Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti
tərəfindən cavablandırılması zəruri olan FATF Tövsiyələri
Aidiyyəti tövsiyələr üzrə sorğu olunan məlumatlar
Müvafiq məlumatlar, istinadlar, aidiyyəti statistik
rəqəmlər
Tövsiyə 13
13.1.*Maliyyə təsisatları qanunla və ya qaydalarla
müəyyən olunmuş şəkildə pul vəsaitlərinin kriminal
fəaliyyət (pulların leqallaşdırılması və ya terrorçuluğun
maliyyələşdirilməsi) ilə bağlı olmasına şübhə
1
və ya belə
şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduğu
təqdirdə maliyyə kəşfiyyat orqanına məlumat (şübhəli
əməliyyatlara dair hesabat-ŞƏH) təqdim etməlidirlər.
Minimum olaraq, şübhəli əməliyyatlara dair hesabat
hazırlamaqla bağlı öhdəlik Tövsiyə 1 çərçivəsində
predikativ cinayət kimi daxil edilmiş bütün cinayətlərdən
olan gəlir qismində olan bütün vəsaitlərə şamil
edilməlidir. Bu tələb birbaşa icbari öhdəlik xarakterlidir
və pulların leqallaşdırılması və ya digər cinayətin
istintaqının
zəruriliyi
baxımından
pulların
leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi
ilə bağlı dolayı və ya gizli hesabat verilməsi (burada
dolayı yolla şübhəli əməliyyatlara dair hesabatın təqdim
edilməsi nəzərdə tutulur) yolverilməzdir.
13.2.* Şübhəli əməliyyatlara dair hesabatın təqdim
edilməsi pul vəsaitlərinin və ya digər əmlakın terrorçuluq,
terror aktları, terror təşkilatları və ya terrorçuluğu
maliyyələşdirən hər hansı şəxslə bağlı olmasına və ya bu
şəxslər tərəfindən istifadə olunmasına şübhə və ya belə
şübhə üçün kifayət qədər əsaslar yaradan hallar üçün tələb
olunur.
13.3.* Məbləğindən asılı olmayaraq pul vəsaitləri və ya
digər
əmlak, onlarla əməliyyatlar və ya belə
əməliyyatların aparılmasına cəhdlər də daxil olmaqla,
bütün şübhəli əməliyyatlar haqqında məlumatlar təqdim
olunmalıdır.
1
Bir şəxs “şübhələnən” zaman hesabat verməsi barədə tələb şübhənin subyektiv bir testidir. Məs. şübhə doğuran insan həqiqətən cinayət işində iştirak
edib. “şübhələnmək üçün məntiqli əsas olan zaman” şübhənin obyektiv sınağıdır və əməliyyatların ətrafında olan şərait, məntiqli şəxsin kriminal
fəaliyyət olmasına şübhələnməyə əsas olmalıdır. Bu tələb onu bildirir ki, iki alternativdən birini seçə bilərlər amma hər ikisinin olmasına ehtiyac
yoxdur.
13.4. Şübhəli əməliyyatlar barədə hesabat vermək tələbi,
həmin əməliyyatlarda vergi və digər məsələlərin yer
almasından asılı olmayaraq bütün müvafiq əməliyyatlara
şamil edilməlidir.
Əlavə elementlər
13.5. Maliyyə təsisatlarından ölkə daxilində pulların
leqallaşdırılması üçün predikativ cinayət təşkil edən və
kriminal fəaliyyətdən əldə olunduğuna şübhələndikləri və
ya şübhələnmək üçün yetərli əsasa malik olduqları halda
maliyyə kəşfiyyat orqanına hesabat vermələri tələb
olunurmu?
Tövsiyə 26
26.1. Ölkələr şübhəli əməliyyatlar və PL və TM-in şübhəli
fəaliyyətləri ilə bağlı digər müvafiq informasiya haqqında
məlumatın aşkarlanmasının təhlil və yayılmasının,
alınmasının (və əgər icazə varsa, sorğu etmək) milli
mərkəzi kimi çıxış edəcək MKO yaratmalıdırlar. MKO ya
müstəqil dövlət qurumu və ya mövcud orqan və orqanlar
nəzdində yaradılmalıdır.
26.2. MKO və ya digər səlahiyyətli orqan maliyyə
institutları və digər hesabat verən tərəflərə hesabat vermə
formalarının xüsusiyyətlərini və hesabat göndərmə
prosessində əməl edilməli olan prosedurların da ehtiva
edildiyi hesabatın təqdim edilmə qaydasını əks etdirən
metodiki tövsiyə təmin etməlidir.
26.3. MKO Şübhəli Əməliyyatlara dair Hesabatların
təhlili də daxıl olmaqla, öz fəaliyyətini lazımi səviyyədə
həyata keçirmək üçün maliyyə, inzibati və hüquq
mühafizə məlumatlarına vaxtında birbaşa və ya dolayı
olaraq çıxışı olmalıdır.
26.4. MKO istər birbaşa, istərsə də başqa səlahiyyətli
orqan vasitəsilə öz funksiyalarını lazımi dərəcədə yerinə
yetirmək üçün məlumat verən tərəfdən əlavə informasiya
əldə etmək üçün səlahiyyətləndirilməlidir.
26.5.
MKO-nun
maliyyə
informasiyasını istintaq
məqsədləri və ya PL və ya TM şübhəsi üçün əsaslar
olduğu halda hərəkətlər üçün yerli orqanlara yaymaq
səlahiyyəti olmalıdır.
26.6. MKO lüzumsuz təsir və ya müdaxilədən azadlığının
təmin
edilməsi
üçün
kifayət
qədər
əməliyyat
müstəqilliyinə və avtonomluğa malik olmalıdır.
26.7. MKO-da saxlanılan informasiya etibarlı şəkildə
qorunmalı
və
yalnız
qanuna
müvafiq
şəkildə
paylanmalıdır.
26.8. MKO dövrü olaraq ictimai hesabatlar çıxarmalı və
bu hesabatlar statistikanı, tipologiyanı və tendensiyaları,
eyni zamanda, onun fəaliyyəti ilə əlaqədar informasiyanı
da əks etdirməlidir.
26.9. Ölkə MKO yaradarkən Eqmont Groupa üzvlüyünə
müraciət etməyi də nəzərdə saxlamalıdır.
26.10 Ölkələr Eqmont Qrupu Məqsəd Bəynatını (Egmont
Group of Statement of Purpose) və onun Prinsiplərini
Pulların Leqallaşdırılması İşləri (bu sənədlər MKO-larının
rol və funksiyaları və MKO-ları arasında İnformasiya
Mübadiləsi üçün mexanizimlərinə dair mühüm metodik
tövsiyəni əks etdirir) üçün Maliyyə Monitorinqi
Orqanlarının
İnformasiya
Mübadiləsində
nəzərə
almalıdırlar.
Tövsiyə 30
30.1.
Pulların
yuyulması
və
terrorizmin
maliyyələşdirilməsinə cəlb edilmiş MMO-ları, hüquq
mühafizə orqanları və istintaq agentlikləri, nəzarət və
digər səlahiyyətli orqanlar öz funksiyalarını tam və
səmərəli
yerinə
yetirmək
üçün
kifayət
qədər
strukturlaşdırılmalı, maliyyələşdirilməli, tam peşəkar
heyətlə komplektləşdirilməli və kifayət qədər texniki və
digər resursları ilə təmin edilməlidirlər. Adekvat
strukturlaşdırma lüzumsuz təsir və müdaxilədən kənar
müstəqil fəaliyyəti təmin etmək üçün əməliyyatın lazımi
müstəqilliyi və muxtariyyəti tələbini nəzərdə tutur.
2
30.2.
Səlahiyyətli
orqanların
əməkdaşlarından
konfidensiallıqla əlaqəli normalar da daxil olmaqla
yüksək professional standartlarını qoruyub saxlamaları
tələb olunur və müvafiq şəkildə təhsilli və yüksək
dürüstlüyə malik olmalıdırlar.
2
Əgər hər hansı bir ölkənin MM yetərli sərbəstlik və nüfuza (Meyar 26.6) malik olmaqla bağlı tələbə cavab vermirsə, o zaman ölkə
Tövsiyə 26-ya uyğun olaraq qiymətləndirilməlidir.
30.3. Səlahiyyətli orqanların əməkdaşları PL və TM-i ilə
mübarizə üçün adekvat və müvafiq təlimlə təmin
edilməlidirlər.
Adekvat və müvafiq təlimlə əhatə ediləcək sualların
nümunələri: predikativ cinayətlərin əhatə dairəsi, PL və
TM tipologiyaları, bu cinayətlərin istintaqı və ittihamı
üçün texnikalar, cinayətdən əldə edilmiş və ya terrorizmin
maliyyələşdirilməsində
istifadə
ediləcək
mülkiyyəti
izləmək və belə bir əmlakın dondurulmuş, üzərinə həbs
qoyuluş və müsadirə edilmiş əmlak olduğuna əmin olmaq
və nəzarət orqanları tərəfindən maliyyə institutlarını öz
öhdəliklərinə əməl etdiyinə əmin olması üçün istifadə
ediləcək
metodlar; öz vəzifələrinin icrası üçün
informasiya texnologiyasının və digər mənbələrin
istifadəsi. Ölkələr maliyyə istintaqı aparanlar üçün, eyni
zamanda, inter alia, PL, TM istintaqları və predikativ
cinayətlər üçün xüsusi təlim və /və ya sertifikatlaşdırma
təmin etməlidirlər.
Əlavə elementlər
30.4. PL və TM cinayətləri və cinayət yolu ilə əldə
edilmiş və ya terrorizmi maliyyələşdirmək üçün istifadə
edilmiş əmlakın üzərinə həbs qoyulması, dondurulması və
müsadirəsi hakim və məhkəmələr xüsusi təlim və ya
təhsil proqramı təmin edilirmi?
Tövsiyə 32
32.1. Ölkələr pulların leqallaşdırılması və terrorizmin
maliyyələşdirilməsi ilə bağlı sistemlərinin effektivliyini
mütəmadi olaraq nəzərdən keçirməlidirlər.
32.2. Səlahiyyətli qurumlar pulların leqallaşdırılması və
terrorizmin maliyyələşdirməsi ilə bağlı sistemlərinin
effektivliyi və səmərəliliyi ilə bağlı məsələlərdə hərtərəfli
statistika
aparmalıdırlar.
Qeyd
olunan
statistika
aşağıdakıları əhatə etməlidir:
(a) yerli qanunlar çərçivəsində, alınmış və göndərilmiş
şübhəli əməliyyatlarla bağlı və digər hesabatlar -
- Maliyyə və qeyri maliyyə institularının, və ya şübhəli
əməliyyat dair hesabatı hazırlayan müəssisənin və ya
şəxsin növünün klassifikasiyası daxil olmaqla maliyyə
kəşfiyat orqanı tərəfindən qəbul olunmuş şübhəli
əməliyyat dair statistika;
- analiz edilmiş və göndərilmiş şübhəli əməliyyatların
klassifikasiyası:
(i) müəyyən edilmiş həddən yuxarı yerli və xarici
valyuta ilə aparılmış əməliyyatlar;
(ii) valyutanın və daşına bilən valyuta vasitələrinin
transsərhəd daşınması və ya
beynəlxalq pul köçürmələri
Əlavə elementlər
Səlahiyyətli
orqanlar aşağıdakılara dair statistika
saxlayırlarmı?:
a)
PL, TM və ya əsas predikativ cinayətlər üçün
tədqiqat, istintaq və ya məhkumluqla nəticələnən
Şübhəli Əməliyyatlara dair Hesabatlar,
b)
PL və TM-i cinayətlərinə görə ittiham edilmiş
şəxslərə tətbiq ediləcək hər hansı cinayət
sanksiyaları varmı?
c)
Sorğunun təmin edilməsi və ya rədd edilməsinədən
asılı olmayaraq, PL və ya TM ilə əlaqəli hüquq
mühafizə orqanları tərəfindən hazırlanması və ya
qəbul edilməsi üçün digər rəsmi sorğular?
d)
müvafiq hallarda qeyd edilən predikativ cinayətlərlə
əlaqəli bir sıra işlər və dondurulmuş, həbs qoyulmuş
və müsadirə edilmiş əmlakın məbləği?
Tövsiyə 40
40.1.
Ölkələr
səlahiyyətli
orqanlarının
əcnəbi
əməkdaşlarla geniş şəkildə beynəlxalq əməkdaşlığı təmin
etməlidirlər.
40.1.1. ölkələr belə bir köməkliyi cəld, konstruktiv və
səmərəli şəkildə təmin edə bilməlidirlər.
40.2. burada əməkdaşlar arasında birbaşa olaraq
məlumatın çevik və konstruktiv mübadiləsinə imkan
verəcək və asanlaşdıracaq aydın və səmərəli yollar,
mexanizmlər və ya kanallar olmalıdır
3
.
Məlumat mübadiləsində (PL və ya ektradisiyadan başqa)
3
Cəld və konstruktiv məlumat mübadiləsinə vaxtında cavab verməmək və ya müvafiq tədbirlər görməmək və cavab verməməklə bağlı
qeyri-məntiqi ləngimələr daxildir.
və beynəlxalq əməkdaşlıqda istifadə edilən yol, mexanizm
və ya kanallar özündə qarşılıqlı əsasda məlumat
mübadiləsinə imkan verən qanunları cəmləşdirir;
Qarşılıqlı anlaşma Memorandumu (QAM), eləcə də,
müvafiq beynəlxalq və ya regional təşkilatlar və ya
İnterpol və Eqmont Qrupu kimi orqanlar vasitəsilə
ikitrərəfli və ya çoxtərəfli razılaşma və ya müqavilələr.
40.3. Belə məlumat mübadiləsi mümkün olmalıdır : (a)
sorğu əsasında və ya spontan olaraq ölkənin öz təşəbbüsü
ilə (b) həm pulların leqallaşdırılması və həm də müəyyən
predikativ cinayətləri əhatə etməklə.
40.4. Ölkələr özlərinin bütün səlahiyyətli orqanlarının
əcnəbi tərəfdaşları adından sorğuları icra etməyə
səlahiyyətləndiriməsini təmin etməlidirlər.
40.4.1. Xüsusilə, ölkələr MKO-larını aşağıdakı sorğuları
əcnəbi tərəfdaşları adından icra etmək hüququnu təmin
etməlidirlər: (a) şübhəli əməliyyat hesabatları ilə əlaqəli
informasiyaya münasibətdə axtarış da daxil olmaqla öz
məlumat bazalarında axtarış etmək; (b) birbaşa və ya
dolayı çıxışı ola biləcək digər məlumat bazalarında, hüquq
mühafizə, ictimai, inzibati və məlumat bazaları da daxil
olmaqla axtarış etmək.
40.5. Ölkələr öz hüquq mühafizə orqanlarının əcnəbi
əməkdaşlarının adından təhqiqatları icra edə biləcək
səlahiyyətini təmin etməlidir; digər səlahiyyətli orqanlar
milli
qanunun
imkan
verdiyi
hallarda
əcnəbi
əməkdaşlarının adından təhqiqatları icra edə biləcək qədər
səlahiyyət verilməlidir.
40.6. Məlumat mübadiləsi qeyri- mütənasib və ya həddən
artıq məhdudlaşdırıcı şərtlərə məruz qoyulmamalıdır.
40.7. Əməkdaşlıq üçün müraciətlər sorğunun vergi
məsələləri ilə əlaqəli hesab edilməsi əsası ilə rədd
edilməməlidir.
40.8.
Əməkdaşlıq
üçün
müraciətlərdən
maliyyə
institutların və Monitorinqdə iştirak edən digər şəxslərin
gizlilik və ya konfidensiallığını nəzərdə tutan qanunlara
(sorğu edilən müvafiq informasiyanın hüquqi professional
imtiyaz və ya hüquqi professional sirri təşkil etdiyi hallar
istisnadır
4
) əsaslanaraq imtina edilməməlidir.
4
bax meyar 16.2
40.9. Ölkələr səlahiyyətli orqanların qəbul etdikləri
məlumatı səlahiyyətli qaydada istifadə etdiklərinə əmin
olmaq üçün nəzarət və təminatlar yaratmalıdırlar. Bu
nəzarət və təminatlar milli qanunvericilikdəki məxfilik və
məlumatların qorunması müddəalarına uyğun olmalıdır
5
.
Əlavə elementlər
40.10. Xarici ölkədə analoji səlahiyyətləri həyata
keçirməyən səlahiyyətli orqanlarla cəld və konstruktiv
məlumat mübadiləsinə imkan verən mexanizmlər varmı?
Bu birbaşa və ya dolayı yolla yer alır?
6
40.10.1. Sorğu edən orqan, praktikaya uyğun olaraq
sorğu edilən orqana sorğunun məqsədini və kimin
adına edildiyini açıqlayırmı?
40.11. MKO əcnəbi MKO əməkdaşı tərəfindən sorğu
edilən müvafiq informasiyanı digər səlahiyyətli orqandan
və ya digər şəxslərdən əldə edə bilərmi?
Xüsusi Tövsiyə IV
IV.1. Maliyyə institutu terrorizmlə bağlı olan və ya onunla
əlaqəsi olan və ya terror aktında, terrorizmdə və ya
terrorist
təşkilatları
tərəfindən və ya terrorizmi
maliyyələşdirənlər tərəfindən istifadə edilmiş vəsaitlərə
dair şübhəsi və ya şübhələnməyə ağlabatan əsasları
olduqda MKO-ya qanunla və ya qaydaya müvafiq olaraq
hesabat
(şübhəli
7
əməliyyat
hesabatı–Şübhəli
Əməliyyatlara dair Hesabatlar) verməlidir. Bu tələb
birbaşa məcburi öhdəlik olmalıdır və TM cinayəti üçün
istintaqn mümkün olub-olmamasından və ya digər şəkildə
şübhəli əməliyyat hesabat verməyə dair hər hansı dolayı
və ya aydın olmayan öhdəlik qəbul edilməzdir.
IV.2. Ölkələr Kriteriya 13.3-13.4-ün (T.13-də) XT.IV ilə
əlaqəli öhdəliklərə tətbiq olunmasını təmin etməlidirlər.
5
Bu o deməkdir ki, minimum olaraq, mübadilə olunan məlumat, səlahiyyətli qurumlardan alınmış digər ölkədaxili məlumat kimi eyni
məxfiilik şərtləri ilə qorunmalıdır.
6
Xarici səlahiyyətli qurumlarla dolayı məlumat mübadiləsi, müraciətçi tərəfdən məlumatın alınmasından öncə bir və ya bir neçə yerli və
ya xarici səlahiyyətli qurumlar vasitəsilə tələb olunan məlumatın ötürülməsi vəziyyətini də ehtiva edir.
7
Qeyri-adi hesabatlar (şübhəli əməliyyatlardan başqa)-ın hesabatların sistemlərə əsaslanan əməliyyatlar (şübhəli əməliyyatlardan başqa)
bərabər şəkildə qənaətbəxş hesab olunur .
Dostları ilə paylaş: |