561) Aşağıdakılardan hansı şüa terapiyasının ağırlaşmalarına aid deyil?
A) Zəiflik
B) Leykopeniya
C) Ürəkbulanma, qusma
D) Metastazların əmələ gəlməsi
E) Yuxunun pozulması
Ədəbiyyat: Halperin E. C. , Perez C. A. Bradi, L. W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
562) Şiş toxumasının tam məhvi üçün lazım olan şüalanma dozası necə adlanır?
A) Eritem dozası
B) Ekspozisiya dozası
C) Udulma dozası
D) Həyəcanlanma dozası
E) Kanserosid doza
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
563) Şiş və normal toxumaların, müxtəlif orqanlar və tam orqanizmin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kimyəvi, fiziki və digər agentlərin köməyi ilə idarə olunması - zəifləndirilməsi və ya gücləndirilməsi necə adlanır?
A) Repopulyasiya
B) Radiorezistentlik
C) Radiohəssaslıq
D) Reoksigenasiya
E) Radiomodifikasiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 26.
Dostları ilə paylaş: |