135) Süd vəzisi xərçəngində sektoral rezeksiya+qoltuğaltı lımfadenoektomiyadan sonra radioterapiya necə aparılır?
A) Aparılmır
B) Süd vəzisi və regionar zonalar 45-50 Qr dozada, sonra şişin yatağı əlavə 10-15 Qr 60 Qr qədər
C) Şişin yatağı 10-15 Qr və ya 40 Qr dozada
D) Regionar zonalar 45-50 Qr dozada
E) Süd vəzisi və regionar zonalar 45-50 Qr dozada
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 287-288
136) Süd vəzisi xərçəngində radioterapiya müstəqil müalicə metodu kimi operasiya aparılmasına əks-göstəriş olan və ya cərrahi müdaxilədən qəti imtina edən xəstələrə necə aparılır?
A) Aparılmır
B) Süd vəzisi və regionar zonalar 10-20 Qr dozada
C) Süd vəzisi və regionar zonalar 50-60 Qr, birinci şiş kiçildilmiş sahələrdən əlavə (braxioterapiya, və ya boost) 15-20 Qr dozada
D) Birinci şiş kiçildilmiş sahələrdən 45-50 Qr dozada
E) Braxioterapiya 50-60 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 291.
Dostları ilə paylaş: |