218) Aşağıdakı lokalizasiyalı xərçənglərdən hansı udlağa aid deyil?
A) Armudvari cib
B) Badamcıq
C) Dilin kökü
D) Çalovabənzər qığırdaq
E) Rozenmüller çuxuru
Ədəbiyyat: İsayev İ.H. ”Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” – Bakı – 2001 -122-141 s.
219) Udlaq xərçəngi olan xəstələrdə şüa mualicəsindən sonra hansı fəsad olmur?
A) Şüa faringiti
B) Şüa dermatitı
C) Şüa stomatitı
D) Kserostomiya
E) Şüa kataraktası
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
220) Udlağın bəd xassəli şişlərinin hansı histoloji forması daha çox rast gəlir?
A) Limfomalar
B) Differensə olunmayan
C) Yastı hüceyrəli
D) Adenorarsinomalar
E) Karsinoid
Ədəbiyyat: Əmiraliyev N.M. ”Qırtlaqın xərçəngi” – Bakı – 2002 – 14 s.
221) Udlaqda olan şişlərdən hansı xoş xassəli sayıla bilər?
A) Adenokistoz karsinoma
B) Yastı huceyrəli karsinoma
C) Differensə olunmayan karsinoma
D) Karsinoid
E) Yastı huceyrəli papilloma
Ədəbiyyat: Əmiraliyev N.M. ”Qırtlaqın xərçənqi” – Bakı – 2002 – 14 s.
Dostları ilə paylaş: |