540) Aşağıda göstərilən hansı müayinə metodu yumşaq toxuma şişlərinin təyini üçün daha informativ müayinə metodudur?
A) USM
B) Angioqrafiya
C) Pnevmomediastinoskopiya
D) İrriqoskopiya
E) MRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
541) Sümük şişlərinin təyini üçün aşağıdakı hansı müayinə metodu daha informativ müayinə metodudur?
A) USM
B) KT
C) Uroqrafiya
D) İrriqoskopiya
E) Angioqrafiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 579
542) Baş - beyinin və onurğa beyninin şişlərinin təyini üçün daha informativ müayinə metod hansıdır?
A) USM
B) Uroqrafiya
C) Angioqrafiya
D) Uroqrafiya
E) MRT
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 1106
543) Aşağıdakı hansı variantda bəd xassəli timomaların müalicə taktikası düzgün göstərilmişdir?
A) Ancaq kimya terapiya
B) Ancaq cərrahi müalicə
C) Cərrahi əməliyyat + şüa terapiyası
D) Ancaq şüa müalicəsi
E) Krioterapiya+ kimya terapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 459
544) Süd vəzisi xərçənginin ödemli infiltrativ forması zamanı hansı müalicə metodları daha məqsədə uyğundur?
A) Kombinə olunmuş müalicə
B) Ancaq cərrahi müalicə
C) Ancaq kimya terapiyası
D) Ancaq şüa müalicəsi
E) Kompleks müalicə
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
Dostları ilə paylaş: |