734) Qida borusunun aşağı döş hissəsinin 3DCRT - si neçə sahədən aparılır?
A) Fərdi seçilir
B) 2 sahədən
C) 1 sahədən
D) 5 sahədən
E) 4 sahədən
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322
735) Aşağıdakılardan hansı qida borusu orta döş şöbəsinin xərçənginin 3DCRT - sı zamanı tez - tez rast gələn şüa reaksiyalarına aiddir?
A) Epiteliit
B) Ezofagit
C) Faringit
D) Laringit
E) Dermatit
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322
736) Süd vəzisi xərçəngi olan xəstələrin İMRT - si aparıldıqda qoltuqaltı limfa düyünlərinin şüalanmasının radikal dozası hansı variantda düzgün göstərilib?
A) 80 Qr
B) 20 - 25 Qr
C) 46 - 50 Qr
D) 30 Qr
E) 20 Qr
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
737) Süd vəzisi xərçənginin İMRT - si zamanı dəridə hansı şüa reaksiyalarına rast gəlinir?
A) Psoriaz
B) Hiperemiya və epidermit
C) Kandidoz
D) Furunkul
E) Karbunkul
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 520
738) Baş beyin şişi olan xəstədə cərrahi əməliyyatdan sonra qalıq şiş varsa, şüa müalicəsini neçə sahədən aparmaq məsləhət deyil?
A) 3
B) 1
C) 6
D) 4
E) 5
Ədəbiyyat: İsaev İ. H. ”Bəd xassəli şişlərin şua müalicəsinin əsasları” – Bakı – 2001 – 463 s.
739) Qırtlaq xərçəngi ilə xəstələrdə radioterapiyadan sonra yaranan reaksiyalardan hansı “ümumi” hesab olunur?
A) İştahsızlıq
B) Şüa larinqiti
C) Şüa dermatiti
D) Şüa ezofaqiti
E) Mukozit
Ədəbiyyat: C. Ə. Əliyev, İ. H. İsayev “Bəd xassəli şişlərin müalicəsinin nəticələri, onların fəsadları, xəstənin həyat keyfiyyətinin qiymətləndirilməsi kriteriyalarının müasir klassifikasiyaları və onların praktikada tətbiqi”(metodik tovsiyələr), Bakı, 2009, 22 s.
740) Qırtlaq - udlağın bəd xassəli şişlərinin hansı mikroskopik forması daha çox rast gəlir?
A) Adenokistoz karsinoma
B) Adenokarsinoma
C) Yastıhüceyrəli xərçəng
D) Karsinoid
E) Differensə olunmayan xərçəng
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 205
Dostları ilə paylaş: |