Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Qusuntu kütləsinin laboratoriyaya göndərmək lazım gəldikdə tibb bacısı aşağıda sadalananlardan nəyi düz etmir?



Yüklə 1,55 Mb.
səhifə5/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   2   3   4   5   6   7   8   9   ...   25

157. Qusuntu kütləsinin laboratoriyaya göndərmək lazım gəldikdə tibb bacısı aşağıda sadalananlardan nəyi düz etmir?

A) Qusuntunu üzərində miqdarı dərəcələnmiş bankaya yığır

B) Qusuntunu ağzı enli bankaya töküb, ağzını bağlayır

C) Xəstə barədə lazımi məlumatları və analizin məqsədini yazıb bankaya yapış-

dırır

D) Xəstə sutkada bir neçə dəfə qusursa, hər dəfə qusuntunu ayrıca qaba yığır



E) Qusuntunu dərhal laboratoriyaya göndərmək mümkün deyilsə onu isti yerdə

saxlayır


Qusuntu kütləsini dərhal laboratoriyaya göndərmək mümkün deyilsə onu isti deyil, sərin yerdə saxlamaq lazımdır, çünki istinin təsirindən orada çürümə prosesi sürətlənir və bu da analizin göstəricisini dəyişə bilər. Xəstə sutkada bir neçə dəfə qusarsa, hər dəfə qusuntunu ayrıca qaba yığmaq lazımdır, çünki qusuntunun keyfiyyətcə və miqdarca fərqinin diaqnostika üçün böyük əhəmiyyəti vardır. Qusuntunun miqdarını dəqiq bilmək üçün onu üstü dərəcələnmiş bankaya yığmaq lazımdır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 33 Bakı 2008

158. Qızdırıcı kompresin düzgün qoyulmaması özünü nə ilə göstərir?

A) Kompres qoyulan yerdə ağrı azalır

B) Kompres qoyulan yer isinir

C) Xəstə üşüyür

D) Kompres qoyulan yerdə iltihabi proses sorulur

E) Kompres qoyulan yerdə qan damarları genişlənir



Kompres 3 qatdan ibarətdir. I) 6-8 qatlı tənzif II)müşəmbə III)pambıq və ya qalın parça.Müşəmbə və ya pambıq I qatı tam örtmədikdə kompreslə dərinin arasına hava daxil olur və dəri soyuyur, xəstə üşüyür.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 55 “ Çıraq”, 2008.
159. Növbə (növbəni qəbul etmək və təhvil vermək) zamanı aşağıda göstərilənlərdən hansı tibb bacısının səhvidir?

A) Növbəni qəbul edən tibb bacısı narkotik maddələrin yerində olub olmadığını yoxlayır, jurnala qol çəkir

B) Növbəni qəbul edən tibb bacısı özündən əvvəlki tibb bacısı ilə palataları gəzir, ağır xəstələri xüsusi jurnalda qeyd edir

C) Növbəni qəbul edən tibb bacısı termometrləri, dərmanları, A və B şkafının açarlarını təhvil alır

D) Tibb bacısı öz növbəsi bitdikdə onu əvəz edən şəxsi gözləmədən gedir

E) Təyinatların və laborator göndərişlərin siyahısını alır



Xəstələrin ardıcıl müalicəsinin mühüm amillərindən biri növbənin başqasına təhvil verilməsidir. Tibb bacısı onu əvəz edən şəxs gəlməyincə postdan gedə bilməz.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 68“ Çıraq ” 2008.
160. Ödemli xəstəyə qulluq edərkən tibb bacısı hansı qaydalara əməl etməlidir?

A) Ödemli xəstəni hər gün tərəzidə çəkməlidir

B) Sadalananlarin hamısına

C) Nəzarət etməlidir ki, sutkalıq sidik ayaq yolunda qoyulmuş 3 litrlik balona yığılsın

D) Xəstənin ayağında ödem varsa isitqacı ayağa qoyarkən dəsmala bükməlidir

E) Xəstənin yataqda vəziyyətini tez-tez dəyişməlidir



Ödem su mübadiləsinin pozulması nəticəsində bədən boşluqlarına və toxuma arası sahələrə suyun toplanmasıdır. Aydın görünən ödemlərdən əvvəl mayenin gizli ləngiməsi olur, bunu bilmək üçün tibb bacısı hər gün xəstəni tərəzidə çəkir. Ağır hallarda xəstənin ayaqları çox şişir, bu zaman dərinin hissiyyatı azalır, ona görə isitqac qoyarkən yanıqlar baş verməsin deyə tibb bacısı isitqacı dəsmala bükür, ödemli xəstədə yataq yaraları tez əmələ gəldiyinə görə tibb bacısı ödemli xəstənin vəziyyətini yataqda tez-tez dəyişməlidir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 72 “ Çıraq ” 2008 .

161. Bədənin hansı nahiyələrində temperatur digər nahiyələrdən 1 dərəcə yüksək olur?

1) Düz bağırsaqda

2) Uşaqlıqda

3) Qoltuqaltında

4) Qasıqda

5) Dizaltı çuxurda

A) 1; 3

B) 1; 2


C) 2; 3

D) 2; 4


E) 1; 4

Düz bağırsaqda və uşaqlıqda selikli qişa olduğundan temperatur digər nahiyələrdəkindən 1 dərəcə yüksək olur.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 82 “ Çıraq ” 2008
162. Böyük adamda sakit halda tənəffüs hərəkətlərinin sayı 1 dəqiqədə neçə olur?

1) 16


2) 10

3) 20


4) 40

5) 50


A) 1 ; 3

B) 1; 2


C) 2; 3

D) 2; 4


E) 1; 4

Böyük adam sakit halda dəqiqədə orta hesbla 16-20 dəqiqəyə qədər nəfəs alır. İş zamanı, hərəkət etdikdə, qızdırma zamanı mübadilə yüksək olduğu üçün 1 dəqiqədə tənəffüsün sayı artır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 83 “ Çıraq ” 2008.
163. Tənginəfəsliyi olan xəstəyə yardım edərkən aşağıda salananlardan hansı tibb bacısının səlahiyyətinə aid deyil?

A) Bayırdan təmiz hava gəlməsi üçün nəfəsliyi açır

B) Xəstənin başının və ya kürəyinin altına bir neçə yastıq qoyur

C) Xəstənin üstündən ağır ortüyü götürür

D) Xəstəyə oksigen balışı verir

E) Xəstəyə tənginəfəsliyi aradan qaldıran dərmanlar təyin edir



Tənginəfəslik tənəffüs hərəkətlərinin çətinləşməsi olub, tənəffüs hərəkətlərinin tezliyinin və dərinliyinin dəyişməsi ilə xarakterizə olunur. Tənginəfəslik zamanı tibb bacısı xəstəyə tənginəfəsliyi aradan qaldıran dərmanlar təyin edilməsindən başqa bütün digər göstərilən yardımları edə bilər. Tənginəfəsliyi aradan qaldıran dərmanı isə yalnız həkimin təyinatından sonra xəstəyə verə bilər.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 84“ Çıraq ” 2008.
164. Ev şəraitində tibb bacısı xəstəyə hansı əməliyyatı apardıqda mütləq həkimin icazəsi olmalıdır?

A) Dərialtına inyeksiya edərkən

B) İmalə etdikdə

C) Venadaxili inyeksiya etdikdə

D) Xardal yaxması, zəli, banka qoyarkən

E) Əzələ daxilinə inyeksiya edərkən



Venaya məhlul yeritmək üçün müəyyən göstərişlər olmalıdır ki, bu göstərişləri də ancaq xəstənin vəziyyətinə uyğun olaraq həkim verə bilər, eyni zamanda venaya məhlul yeridərkən digər cavablarda göstərilən yardımlardan fərqli olaraq, müəyyən ağırlaşmalar ola bilər. Ona görə evdə xəstənin venasına inyeksiya etmək ancaq zəruri hallarda olduqda, həm də mütləq həkimin göstərişi əsasında edilə bilər.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.85 “ Çıraq ” 2008.
165. Palata tibb bacısı müayinə üçün xəstədən hansı materialı götürə bilməz?

A) Sidik


B) Plevral maye

C) Bəlğəm

D) Nəcis

E) Selik


Palata tibb bacısı həkimin təyinatı ilə xəstədən analiz üçün material yığır ( sidik, nəcis, bəlğəm, selik və s.), bunları laboratoriyaya göndərir, analizin cavablarını vaxtında alıb, xəstəlik tarixinə yapışdırır. Plevral maye isə yalnız plevranın punksiyası zamanı həkim tərəfindən götürülür.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 87 “ Çıraq ” 2008.
166. Sadalananlardan hansı məktəb tibb bacısının vəzifəsi deyil?

A) Antropometriya aparmaq

B) Məktəbdə aşkar edilən infeksion xəstəlik barədə sanitar-epidemioloji stansiyaya xəbər vermək

C) Məktəbliləri auskultasiya etmək

D) Profilaktik peyvəndlər vurmaq

E) Məktəblilərlə sanitariya-maarifləndirmə mövzusunda söhbətlər aparmaq



Məktəbin tibb bacısı bütün profilatika işlərinin yerinə yetirilməsində həkimin daimi köməkçisidir. Məktəbliləri auskultasiya etməkdən başqa yuxarıda sadalanan bütün işlər məktəb tibb bacısınin səlahiyyətlərinə aiddir. Məktəbliləri auskultasiya edib diaqnoz qoymaq isə məktəb həkiminin vəzifəsidir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.90“ Çıraq ” 2008.
167. Tibb işçisinin şəxsi gigiyenasının pozulmasına aşağıda göstərilənlərdən hansı aiddir?

A) İş paltarında xəstəxananın ərazisindən kənara çıxmaq

B) Dezinfeksiya edici məhlullarla əllərini silmək

C) Hər bir əməliyyatdan qabaq və sonra əllərini yumaq

D) İnfeksion şöbəyə getdikdən sonra iş paltarını dəyişib, yenisini geymək

E) Dırnaqlarını qısa kəsmək və təmiz saxlamaq



Xəstəxana daxili infeksiyanın qarşısını almaq üçün tibb işçisinin iş paltarında xəstəxananın ərazisindən kənara çıxması qadağandır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 90

Çıraq” 2008.


168. Qolu zədələnən xəstənin paltarını dəyişərkən tibb bacısı aşağıda göstərilən qaydalardan hansını düz edir?

A) Əvvəl xəstənin zədəli qolunu soyundurur

B) Əvvəl köynəyi zədəli qola geyindirir

C) Əvvəl köynəyi sağlam qola geyindirir

D) Hər iki qola köynəyi birdən geyindirir

E) Fərqi yoxdur



Yuxarı ətraflardan biri zədələnərsə zədələnmiş ətrafa yenidən travma verməmək üçün qəbul olunmuş qaydaya əsasən tibb bacısı zədələnmiş ətrafı əvvəlcə geyindirməlidir,soyundurduqda isə zədəli ətrafı sonda soyundurmalıdır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 94“ Çıraq ” 2008.
169. Uzun muddət yataqda olan xəstədə yataq yaraları hansı nahiyədə müşahidə edilmir?

A) Qarın nahiyəsində

B) Omada

C) Kürəkdə

D) Dabanda

E) Ənsədə



Adətən yataq yaraları uzun müddət yataqda qalan xəstələrdə bədənin yataqla təmas edən sahələrində əmələ gəlir. Tipik hallarda xəstə arxası üstə yatdığından omada, kürəkdə, ənsədə,dabanda yataq yarası əmələ gəlir. Arxası üstə yatan xəstədə qarın nahiyyəsində yataq yarası əmələ gəlmir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”.Səh.52“ Çıraq ” 2008
170. Hansı xəstəliklər zamanı xəstə passiv vəziyyətdə olmalıdır?

A) Ağciyər vərəmi

B) Kəskin miokard infarktı

C) Xroniki qastrit

D) Xolesistit

E) Pielonefrit



Xəstənin yataqda 3 cür vəziyyəti olur: fəal, passiv, məcburi. Xəstə yataqda oturur, çevrilirsə fəal vəziyyət sayılır; xəstə yataqda uzanıb sərbəst hərəkət edə, çevrilə, baçını, qolunu qaldıra bilmirsə passiv vəziyyət sayılır; xəstə öz vəziyyətini yüngülləşdirmək üçün aldığı vəziyyət isə məcburu vəziyyət sayılır. Kəskin miokard infarktı zamanı hər bir hərəkət ürəyin işini artırdığı üçün tibb bacısı xəstənin passiv vəziyyətdə olmasına nəzarət etməlidir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.107

Çıraq ” 2008.


171. Xəstəlik tarixi yazarkən göstərilənlərdən hansı tibb bacısının vəzifəsinə aid deyil?

A) Bütün müalicə müddətində xəstənin üzərində aparılan müşahidələri xəstəlik tarixinə yazmaq

B) Analizlərin cavablarını və rentgenoloji məlumatları xəstəlik tarixinə yapışdırmaq

C) Bədən temperaturunu, tənəffüsün sayını xəstəlik tarixində gündəlik qeyd etmək

D) Nəbzi, arterial təzyiqi ölçüb xəstəlik tarixində gündəlik qeyd etmək

E) EKQ-nın məlumatlarını xronoloji qaydada xəstəlik tarixinə yapışdırmaq



Xəstəlik tarixi xəstəxanada və ya hər hansı başqa bir müalicə - profilaktika müəssisəsində olan hər xəstə üçün ilk dəfə doldurulan əsas tibbi sənəddir. Tibb bacısı laboratoriya, rentgenoloji, elektrokardoiqrafiya məlumatları və başqa analizlərin cavablarını xronoloji qaydada xəstəlik tarixinə yapışdırır. Bütün müalicə müddətində xəstənin üzərində aparılan müşahidələri isə xəstəlik tarixinə həkim yazır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” . Səh.99

Çıraq ” 2008.


172. Poliklinikada tibb bacısı ambulator karta aşağıda göstərilənlərdən nəyi qeyd edə bilər?

A) Xəstənin evində həkimin apardığı ambulator müayinələrin nəticəsini

B) Xəstəliyin baş verməsi barədə əsas məlumatları

C) Laborator müayinələrin nəticələrini, dispanserizasiyanın hesabatını

D) Dərman təyinatını

E) Sadalananların hamısını



Poliklinikada xəstəlik tarixini ambulator kart əvəz edir. Həkim buraya xəstəliyin baş verməsi barədə əsas məlumatları, xəstənin evində apardığı müalicələrin nəticələrini qeyd edir, gündəlik yazır. Tibb bacısı isə laboratoriya analizlərinin cavablarını xronoloji qaydada karta əlavə edir və dispanserizasiyanın hesabatını aparır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə“Tibb bacısının məlumat kitabı”.Səh.99“Çıraq ”2008.
173. Qusma zamanı tibb bacısı xəstəyə necə yardım göstərilməlidir?

1. Xəstənin alnına əli ilə dayaq verməlidir

2. Mədəni yumalıdır

3. Ağız boşluğunu təmizləməlidir

4. Epiqastral nahiyəyə buz qovuğu qoymalıdır

5. Təmizləyici imalə aparmalıdır

A) 1;3

B) 2 ;4


C) 1;5

D)3;4


E)2;5

Qusma zamanı xəstələrin boğulmasını qarşısını almaq üçün tibb bacısı xəstənin başını tutmalı (əgər yataq xəstəsidirsə başını yana çevirməli). Qida qalıqlarının tənəffüs yoluna düşməməsi üçün ağız boşluğunu təmizləməlidir.

Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 164
174. Xəstəxanada aşağıda göstərilən dərman maddələrindən hansını soyuducuda saxlamağa ehtiyac yoxdur?

A) Zərdabları

B) Narkotikləri

C) Vaksinləri

D) Məlhəmləri

E) Dərman şamlarını



Tez xarab olan dərmanlar, məsələn zərdablar, vaksinlər, məlhəmlər, şamlar söbədə olan soyuducuda 2-10 dərəcə temperaturda saxlanılmalıdır. Narkotik maddələr isə tez xarab olmadığına görə onları soyuducuda saxlamağa ehtiyac yoxdur.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh.128 . “ Təhsil ”Bakı 1998.
175. Xəstənin mədəsinin yuyulması üçün zondun hansı məsafəyə yeridilməsi hansı formulaya əsasən təyin olunur (sm-lə)?

A) Uzunluq - 80

B) Uzunluq - 100

C) Uzunluq - 50

D) Uzunluq – uzunluğun 2/1

E) Uzunluq - uzunluğun 3/1



Zondun mədəyə yeridilməsi üçün aşağıdakı formuladan istifadə olunur. Uzunluq – 100. Məsələn, boyu 176 sm olan xəstənin mədəsini yumaq üçün zond 76 sm məsafəyə yeridilməlidir. 176-100=76

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.70   “Azərnəşr” Bakı 1984

Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
176.Xroniki böyrək çatışmazlığı zamanı qidada hansı maddələr məhdudlaşdırılmalıdır?

A) Karbohidratlar

B) Vitaminlər

C) Heyvan mənşəli yağlar

D) Zülallar

E) Bitki mənşəli yağlar



Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan sidik cövhəri, sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında zülallar məhdudlaşdırılmalıdır.

Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə“Tibb bacısının məlumat kitabı”.Səh.178-179.   “Azərnəşr” Bakı 1984
177. Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya aid deyil?

A) Parenteral yolla qidalanma

B) Qidanın zondla yeridilməsi

C) Fistula vasitəsilə yedizdirilmə

D) Qida maddələrini düz bağırsaqdan yeritmək

E) Xəstənin qaşıqla yedizdirilməsi



Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə qida maddələri yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün göstərişlər: qida borusunun daralması, udma aktının çətinləşməsi, qida borusunda və mədədə aparılan əməliyyatlardan sonra, komatoz vəziyyət, yeməkdən imtina edən psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal qidalanma üsulu olub, ya tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.129“Çıraq” 2008.
178. Xəstədə tənəffüs hərəkətlərini sayarkən tibb bacısının taktikası nədən ibarətdir?

A) Tənəffüs hərəkətlərini sayarkən xəstəyə dərindən nəfəs alıb, verməyi tapşırır

B) Tibb bacısı xəstəyə tapşırır ki, sakit dayansın.

C) Tibb bacısı tənəffüs hərəkətlərini saymağı xəstənin özünə tapşırır

D) Tibb bacısı tənəffüs hərəkətlərini sayarkən çalışmalıdır ki, xəstə bunu hiss etməsin

E) Tənəffüs hərəkətlərini 5 dəqiqə müddətində sayır



Xəstədə tənəffüs hərəkətlərini sayarkən tibb bacısı çalışmalıdır ki, xəstə bunu hiss etməsin, əks halda xəstə həyəcanlanar və tənəffüsün sayı, ritmi və dərinliyi dəyişə bilər. Buna görə xəstənin fikrini yayındırmaq məqsədilə bir əllə onun əlini elə tuturlar ki, sanki nəbzi yoxlayırlar, digər əli isə döş tipli tənəffüsü sayarkən döş, qarın tipli tənəffüsü sayarkən isə epiqastral nahiyəyə qoyurlar. Tənəffüs hərəkətləri 1 dəqiqə müddətində sayılır və alınan nəticə temperatur vərəqəsindəki “ tənəffüs sayı” hissəsinə qeyd edilir.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 163. “ Təhsil ”. Bakı 1998.
179. Miokard infarktı keçirmiş xəstəyə tibb bacısı nəyi qadağan edə bilər?

A) Suda bişmiş balığı

B) Meyvə şirələrini

C) Qaz əmələ gətirən qidaları (lobya, kartof, qara çörək və s.)

D) Buxarda bişmiş kotleti

E) Suda bişmiş əti



Qaz əmələ gətirən qidalar qarının köpməsinə səbəb olur, nəticədə diafraqma qalxır, ürəyin işi çətinləşir, tac damarlarda qan dövranı pisləşır, ona görə miokard infarktı keçirmiş xəstələrə qaz əmələ gətirən qidalar yemək qadağan edilir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141“Çıraq” 2008.
180. Kəskin böyrək xəstəlikləri zamanı sadalananlardan hansı tibb bacısının vəzifəsi deyil?

A) Xəstənin yataq rejimində olmasına nəzarət etmək

B) Həkimin təyin etdiyi dərmanları xəstənin qəbul etməsinə nəzarət etmək

C) Paranefral blokada aparmaq

D) Xəstənin sidik müayinələrinin cavablarını xəstəlik vərəqində qeyd etmək

E) Xəstənin pəhriz saxlamasına nəzarət etmək



Kəskin böyrək xəstəlikləri zamanı sidiyin miqdarı azaldıqda Vişnevski üsulu ilə paranefral novokain blokadası aparlır. Paranefral blokadanı həkim aparır, tibb bacısı isə novokain blokadası aparmaqda həkimə kömək edir, alətləri və dərmanları hazırlayır, blokadadan sonra xəstənin vəziyyətinə nəzarət edir. Digər variantlarda göstərilənlər isə birbaşa tibb bacısının vəzifəsidir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.154“ Çıraq ” 2008.
181. Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?

A) 5 ml


B) 10 ml

C) 20 ml


D) 3 ml

E) 2 ml


Əzələlər daha geniş qan və limfa damarları şəbəkəsinə malikdir ki, bu da dərmanların tez və tam sorulmasına şərait yaradır, bununla belə əzələ daxilinə 10 ml-dən çox məhlul yeritdikdə dərmanın sorulması ləngiyir, bu da infiltrat, absess, fleqmona kimi inyeksiya ağırlaşmalarına səbəb olur.

Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh.152 . “ Təhsil ”Bakı 1998.
182. Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?

A) Hematoma

B) İnfiltrat

C) Abses


D) Dəridə damar ulduzcuqlarının olması

E) Fleqmona



Dəridə damar ulduzcuqlarının olması inyeksiya ağırlaşması deyil, qara ciyər sirrozu olan xəstələrdə dərinin üzərində kapilyarların genişlənib, ulduz şəklində görünməsidir. Digər variantlarda sadalananlar inyeksiya ağırlaşmaları olub, inyeksiya zamanı qaydalara düzgün riayət olunmaması nəticəsində baş verir.

Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 160. “ Təhsil ”Bakı 1998.
183. Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq çıxarılmalıdır?

A) Südlü sıyıq

B) Süd

C) Çörək



D) Ət

E) Yağ


Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki, xəstələr bu üç gün ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul etməməlidirlər. Əks halda müayinənin nəticəsi düzgün olmaya bilər.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.78 “Azərnəşr”Bakı 1984
184. Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət verilməlidir?

A) Xəstə xərəkdə bir tərəfi üstdə uzanmalıdır

B) Xəstəyə xərəkdə yarımoturaq vəziyyət verilməlidir

C) Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır

D) Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır

E) Xəstəni xərəkdə baş hissəsi aşağı salınmış vəziyyətdə uzanmalıdır



Xəstələrin nəql olunma formaları xəstəliklərin xarakterindən asılıdır və bu nəqlolunma qaydalarını tibb bacısı dəqiq bilməlidir. Daxili qanaxmalar zamanı xəstə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalı, dizaltı nahiyələrə isə yastıq qoyulmalıdır.

Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev.Xəstələrə qulluq Səh. 45.“ Təhsil ”Bakı 1998.
185. Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır?

A) Dəri altına atropin vurmaqla

B) İmalə ilə

C) Dəri altına və ya venaya məhlul yeritməklə

D) Mədənin yuyulması ilə

E) Ürək-damar preparatları yeritməklə



Qida zəhərlənmələri zamanı təxirəsalınmaz yardım mədənin yuyulmasından başlanır.Prosedur mədədən təmiz su gələnə qədər davam edir. Zond yeritmək mümkün olmadıqda xəstəyə su içirdilir və əsnəyi qıcıqlandırmaqla qusma yaradılır. Sonrakı yardımlar isə imalə,ağrılar olduqda atropin vurmaq, susuzlaşma olduqda maye köçürtmək, kollaps olduqda ürək-damar preparatları yeritmək və s. ibarətdir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.514“ Çıraq ” 2008.
186. Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır?

A) Xəstəni ən yaxın xəstəxanaya aparmaq

B) Dərialtına kofein, kordiamin, kamfora vurmaq (damar çatışmazlığı olarsa)

C) Elektrik vurma nəticəsində əmələ gələn yanıq nahiyəsinə aseptik sarğı qoymaq

D) Xəstəni dərhal cərəyan mənbəyindən ayırmaq

E) Elektrik vurmuş şəxsi torpağa basdırmaq



Elektrik vurma zamanı əksər zərəçəkmişlərdə kəskin damar çatışmazlığı və tənəffüs pozğunluğu olur, ona görə zərərçəkmişin bu zaman torpağa basdırılması onun vəziyyətini daha da ağırlaşdırar. Digər bəndlərdə göstərilən yardımlar isə xəstənin vəziyyətini yaxşılaşmasına kömək edər.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.521“ Çıraq ”2008.
187. Poliuriya nədir?

A) Sidik ifrazının olmaması

B) Gün ərzində ifraz olunan sidiyin miqdarının azalması

C) Gün ərzində ifraz olunan sidiyin miqdarının artması

D) Sidik kisəsinin boşalmasının mümkün olmaması

E) Tez-tez az miqdarda sidik ifrazının olması



Gün ərzində normada insan 1,5 litrə qədər sidik ifraz edir. Poliuriya- bir gün ərzində ifraz olunan sidiyin miqdarının atrmasıdır. Bu ən çox şəkərli diabet xəstələrində müşahidə olunur.Poli-lat.çox,uro-sidik.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə“Tibb bacısının məlumat kitabı”.Səh.90“Azərnəşr” Bakı 1984

В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
188. Taxikardiya zamanı aşağıda göstərilən yardımlardan hansını tibb bacısı ancaq həkimin göstərişindən sonra edə bilər?

A) Süni qusdurma tətbiq edər

B) Göz almalarına barmaqla təzyiq edər

C) Yuxu arteriyası nahiyəsinə təzyiq edər

D) Qarında günəş kələfi nahiyəsinə təzyiq edər

E) Venaya novokainamid, inderal və s. antiaritmik dərman vurar



Ürək döyünməsi əsasən ürək xəstəliklərinin, nevrozların simptomudur. Ürək döyünməsi birdən- birə baş verdiyi və əzabverici tutma şəklində olduğu üçün təxirəsalınmaz yardım göstərilməsi vacibdir. Buna görə tibb bacısı həkim gələnədək tutmanın aradan qaldırılması üçün tədbirlər görür, azan sinirin qıcıqlanmasını artırmaq üçün göz almalarına, yuxu arteriyasına, günəş kələfinə əllə təzyiq edir, çünki azan sinirin qıcıqlanması ürək döyünməni azaldır. Antiaritmik dərmanları isə yalnız həkimin göstərişindən sonra yeridilir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.519 “Çıraq” 2008
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin