Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?



Yüklə 1,55 Mb.
səhifə4/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   2   3   4   5   6   7   8   9   ...   25

123. Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?

A) Draje

B) Tablet

C) Məlhəm

D) Kapsul

E) Mikstura

Dərmanların mədə-bağırsaq traktından orqanizmə yeridilməsi enteral yolla yeridilmə adlanır. Dərmanlar enteral olaraq üç yolla yeridilir: dilin altına qoymaqla, ağızdan(peros) və düz bağırsaqdan yeritməklə. Məlhəmlər isə dərmanların xaricə tətbiqinə aiddir. Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 135. “ Təhsil ”Bakı  1998.
124. Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan dərmanlar hansılardır?

A) Narkotik analgetiklər, trankvilizatorlar

B) Antibiotiklər

C) Zərdablar

D) Hipotenziv dərmanlar

E) Vaksinlər



Stasionarda A (narkotik analgetik preparatlar) və B (yuxu dərmanları, kodein və s.) siyahısına daxil olan dərmanlar xüsusi seyflərdə saxlanılır. Seyfin qapısının daxili tərəfində saxlanılan dərmanların siyahısı asılır və bu dərmanların maksimal birdəfəlik və sutkalıq dozaları göstərilir. Şöbədə narkotik dərmanlar 5 günlük, digər güclü təsirli dərmanlar isə 10 günlük tələbatı ödəyəcək miqdarda saxlanılır.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 127. “ Təhsil ”Bakı 1998.
125. Stasionarda xəstələrə dərman paylayarkən sadalananlardan hansı tibb bacısının səlahiyyətinə aid deyil?

A) Dərmanları yalnız xəstənin çarpayısının yanında vermək

B) Təyinat vərəqi ilə dərmanın etiketini tutuşdurmaq

C) Həkimin təyin etdiyi dərmanları özbaşına dəyişmək

D) “Acqarına”qəbul edilməli preparatları səhər yeməyindən 20-30 dəqiqə əvvəl

vermək.


E) Dərmanı xəstəyə mütləq öz yanında qəbul etdirmək.

Stasionarda dərman paylayarkən yuxarıda sadalananlardan  bir cavab istisna olmaqla, digər bütün cavablar tibb bacısının səlahiyyətinə aiddir. Tibb bacısı özbaşına həkimin təyin etdiyi dərmanı dəyişə, ləğv edə və ya yeni dərmanla əvəz edə bilməz, əgər buna təcili zərurət varsa o mütləq həkimi xəbərdar etməlidir.

Ədəbiyyat:  C.N. Əliyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 129 . “ Təhsil ”Bakı  1998.

 

126. Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?



  1. Kompress

  2. Toz şəklində səpmək

  3. Damcı şəklində damızdırmaq

  4. Dilin altına qoymaq

  5. Sürtmək

  6. Dəri içinə yeritmək

A) 4,6

B) 1,4


C) 2,6

D) 3,5


E) 2,4

Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində işlədilməsi nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi dərmanların daxilə tətbiq üsuluna aiddir.

Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ”Bakı 1998 .

127. Hansı halda tibb bacısı xəstəyə qızdırıcı kompress qoymalıdır?

A) Dəridə allergik səpgilər olduqda

B) Yüksək qızdırma olduqda

C) Yerli irinli proseslər olduqda

D) İnyeksiyadan sonra infiltrat olduqda

E) Dərinin tamlığı pozulduqda



İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır, venoz stazı aradan qaldırır və nəticədə ağrı və şişkinlik aradan qalxır, ona görə inyeksiyadan sonrakı infiltratlar zamanı isidici kompresin qoyuluşu göstəriş, sadalanan digər hallarda isə əks- göstəriş sayılır. Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998 .
128.Xəstəyə xardal yaxması qoyarkən tibb bacısı aşağıda göstərilənlərdən hansını düz etmir?

A) Xardal kağızını götürdükdən sonra dərini ilıq suda isladılmış dəsmalla silir

B) Xardal qoyulacaq nahiyənin üstünü açır

C) Xardal kağızını 5-15 dəqiqə xəstənin bədənində saxlayır

D) Xardal kağızının üstünü dəsmalla örtüb, xəstəni yorğana bürüyür

E) Tibb bacısı xardal kağızını soyuq suda isladıb, xəstənin bədəninə qoyur



Xardalın müalicəvi təsiri onun tərkibində olan efir-xardal yağı ilə izah olunur. Bu yağ ancaq 40-45 dərəcə temperaturlu suda xardaldan ayrılaraq dərini qıcıqlandırır və damarları genişləndirir, nəticədə həmin nahiyəyə qan axını güclənir, orada qan və limfa dövranı yaxşılaşır, yerli toxumaların müqaviməti güclənir. Lakin xardalı soyuq suda islatdıqda xardal efiri ayrılmır və xardalla müalicə heç bir effekt vermir.

Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ”

Bakı 1998.
129. Xəstəyə tibbi banka qoyarkən baş verə biləcək ağırlaşmaların qarşısını almaq üçün tibb bacısı hansı şərtlərə əməl etməlidir?

A) Bankanın təmas hissəsi çox qızdırılmamalıdır

B) Bankaların təmas hissəsi tam olmalıdır

C) Bədəndə bankalar arasında məsafə 3-4 sm olmalıdır

D) Bankalar dəridə uzun müddət qalmamalıdır

E) Sadalanan bütün şərtlərə



Bankalar düzgün qoyulmadıqda bir sıra ağırlaşmalar baş verə bilər. Məsələn, bankanın təmas hissəsi sınıq olduqda bədənə kip yapışma zamanı kəsik əmələ gələr, bankalar arasında məsafə 3-4 sm –dən az olarsa dərinin tarım dartılması nəticəsində kəskin ağrılar ola bilər, bankalar dəridə uzun müddət qaldıqda içərisi maye ilə dolu olan suluqlar əmələ gələr və s. Hər hansı bir ağırlaşma olduqda tibb bacısı dərhal həkimə xəbər verməli və həkimin göstərişi əsasında yerli müalicə aparmalıdır.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 114 . “ Təhsil ” Bakı 1998.
130. Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb bacısı xəstəyə buz qovuğu tətbiq edə bilməz?

A) Əzilmələr zamanı ilk 3 gündə

B) Daxili qanaxmalar olduqda

C) Kəskin appendisit zamanı

D) Yüksək qızdırma olduqda

E) Böyrək sancılarında



Buz qovuğunun təsiri nəticəsində dəridə və daha dərində yerləşmiş üzvlərin damarlarında sıxılma baş verir, nəticədə həmin nahiyələrə qan axını azalır.

Güclü böyrək sancıları əsasən böyrək daşı xəstəliyi zamanı yaranır, əgər bu zaman xəstəyə buz qovuğu tətbiq edilərsə soyuğun təsirindən spazm yaranır və daşın böyrəklərdən sidik axarlarına, oradan da sidik kisəsinə keçməsi çətinləşır, nəticədə xəstənin sancıları daha da güclənir.

Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 122. “ Təhsil ” Bakı 1998.
131.Stasionarda müalicə alan xəstəyə narkotik maddə tətbiq etdikdə tibb bacısının səhvi hansıdır?

A) Narkotikin boş ampulasını baş tibb bacısına təhvil verir

B) Narkotikin boş ampulasını zibil qabına atır

C) İstifadə olunan və olunmayan ampulaların sayını narkotik jurnalda dəqiqləşdirir

D) Narkotik maddəni tibb bacısı yalnız həkimin xəstəlik tarixçəsindəki qeydiyyatından sonra vurur

E) Narkotikin boş ampulasını narkotik jurnaldakı dərmanlarla tutuşdurur.



Bütün istifadə edilən narkotiklərin boş ampulaları şöbənin baş tibb bacısına verilir, əvəzində yenisi alınır. Narkotik maddələrin boş ampulaları yalnız xəstəxananın baş həkiminin yaratdığı xüsusi komissiyanın iştirakı ilə məhv edilir.

Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 128 . “ Təhsil ” Bakı 1998.
132. Stasionarda səhər növbəsini təhvil verməzdən əvvəl tibb bacısı hansı formanı doldurmalıdır?

A) Forma 006/ u

B) Forma 003/u

C) Forma 001/u

D) Forma 007/u

E) Forma 1-84



Stasionarda səhər növbəni təhvil verməzdən əvvəl tibb bacısı xəstələrin hərəkəti və çarpayı fondu barədə olan vərəqi forma - 007/u doldurur. Forma 003/u qəbul şöbəsində doldurulur, xəstəlik tarixçəsinin titul vərəqidir. Forma 001/u xəstələrin daxil olma jurnalına alınan məlumatların qeyd edilməsidir. Forma 066/u “Stasionardan çıxan xəstənin statistik vərəqi” dir, tibb bacısı tərəfindən bunun pasport hissəsi və sol yarısı doldurulur. Forma 1-84 palata tibb bacısı tərəfindən bufet və mətbəx üçün yazılan tələbnamədir.

Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 51 ; 34. “ Təhsil ” Bakı 1998.
133. Bədən temperaturu 1 dərəcə artanda ürək döyüntüsü necə dəyişir?

A) 20 vurğu azalır

B) 10 vurğu azalır

C) 20 vurğu artır

D) 10 vurğu artır

E) Dəyişmir



Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma zamanı ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tənəffüs də tezləşir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ Çıraq ” 2008.
134. Spastik qəbizlik zamanı xəstəyə hansı imalə edilir?

A) Sifon


B) Adi təmizləyci

C) Yağlı

D) Hipertonik

E) Qidalandırıcı



İmalə üçün istifadə olunan yağlar qızdırılır və axşamdan düz bağırsağa yeridilir.Qızdırılmış yağ məhlulu həm spazmı aradan qaldırır,həm də eyni zamanda bərkimiş nəcisin xaric olmasını təmin edir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50   “Azərnəşr” Bakı 1984
135. Spirometriya hansı məqsədlə istifadə olunur?

A) Ağciyərlərin tənəffüs həcminin ölçülməsi

B) Boyun ölçülməsi

C) Döş çevrəsinin ölçülməsi

D) Əzələ gücünün ölçülməsi

E) Bədən kütləsinin ölçülməsi



İnsanın fiziki inkişafının: boynun, bədən kütləsinin, döş çevrəsinin, əzələ gücünün, tənəffüs funksiyasının təyin edilməsi ümumilikdə antropometriya adlanır. Spirometriya ağciyərlərin tənəffüs həcminin ölçülməsinə deyilir. Spirometriya vasitəsilə ağ ciyərlərin həyat tutumunu təyin edilir. Spirometriya sağlam şəxsləri, xüsusən idmançıları müayinə edərkən, sanatoriyalarda, ağciyər və ürək xəstəlikləri zamanı tətbiq edilir.Norma kişilərdə 3500-4500 sm3, qadınlarda 2500-3500 sm3–dir. Spirometriyanı, ümumilikdə antropometriyanı tibb bacısı aparır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ” Səh. 8 “ Çıraq ” 2008

136. Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır?

A) 100 ml natrium-xlorid məhlulu

B) 1-2 litr təmiz su

C) 10 litr təmiz su

D) 100 ml natrium-hidrokarbonat məhlulu

E) 100 ml 25%-li maqnezium-sulfat məhlulu



Adi təmizləyici imalələr kömək etmədikdə zəhərlənmələrdə bağırsaqları yumaq üçün ən yaxşı üsül sifon imaləsidir. Sifon imaləsi üçün 10-12 litr 380 C-yə qədər isidilmiş qaynanmış su götürülür. Bu miqdarda maye bağırsaqların zəhərli maddələrdən təmizlənməsini təmin edir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.49-50  “Azərnəşr” Bakı 1984

137. Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə olunur?

A) Hipertonik imalədən

B) Yağ imaləsindən

C) Sifon imaləsindən

D) Təmizləyici imalədən

E) Dərman imaləsindən



Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici vasitə kimi dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun bağırsağın təmizlənməsi üçün istifadə olunur.

Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43“ Çıraq ” 2008.
138. Hirudoterapiya zamanı hansı nahiyələrə zəli qoymaq olmaz?

A) Ayaqlara

B) Qulaq seyvanının arxasına

C) Əlin ovuc səthinə və ayağın altına

D) Qaraciyər nahiyəsinə

E) Ənsə nahiyəsinə



Hirudoterapiya zamanı əlin ovuc səthinə və ayağın altına zəli qoymaq olmaz, çünki bu nahiyələrdə dəri çox qalın olur, zəli oraya dişlərini batıra bilmir. Həmçinin səthi yerləşən vena və arteriyaların üzərinə zəli qoymaq olmaz, çünki bu yerlərdə dəri çox nazik olduğundan ,bu arzuolunmaz nəticələrə gətirib çıxarar.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.41 “ Çıraq ” 2008.
139. Müasir dövrdə qadınlarda sidik kisəsini kateterizasiya etmək üçün hansı kateterin istifadəsi daha məqsədəuyğundur?

A) Sərt


B) Rezin,yumşaq

C) Elastik

D) Yarım sərt

E) Metal



Qadınlarda sidik kanalı qısa olduğu üçün (5-6sm),sidik kanalına kateter yeritmək çətinlik törətmir. Travmatik fəsadların baş verməməsi üçün tibb bacısı FOLEY yumşaq kateterindən istifadə etməlidir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.64   “Azərnəşr” Bakı 1984
140. Dərialtı inyeksiya zamanı ən çox nə qədər maye yeritmək olar?

A) 4 ml


B) 5 ml

C) 8 ml


D) 10 ml

E) 2 ml


Dərialtı inyeksiyalar zamanı dərman maddələri orqanizmin dərialtı piy təbəqəsi ilə zəngin, lakin magistral arteriya və venalar olmayan nahiyələrinə yeridilir. Məs, budun ön xarici səthinə, qarnın ön yan səthinə və s. Bu nahiyələrdə qan damarları dərində olduğu üçün məhlul gec sorulur ,ona görə də dərialtına maksimum 2 ml maye yeritmək olar.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.63 “ Çıraq ” 2008
141. Xəstənin rektoromanoskopiyaya hazırlanmasında aşağıdakılardan hansından istifadə olunur?

A) Düz bağırsağa qidalandırıcı məhlulların yeridilməsi

B) Kontrast maddənin yeridilməsi

C) Düz bağırsaqda temperaturun ölçülməsi

D) Axşam-səhər təmizləyici imalə yeridilməsi

E) Müayinədən bir gün əvvəl təmizləyici imalə



Rektoromanoskopiya düz və S-vari bağırsağın rektoskop vasitəsi ilə müayinə metodudur. Bu metoddan düz və S-vari bağırsağın şişləri, eroziya, qansızmalarını aşkara çıxarmaq üçün istifadə olunur. Düzgün nəticə almaq üçün rektoromanoskopiyadan əvvəlki gün axşam və müayinə günü səhər təmizləyici imalə

Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 345
142. Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa tibb bacısı nə etməlidir?

A) İynəni dəyişdirməlidir

B) Sistemdə təzyiqi qaldırmalıdır

C) Kanyulanı təmizləməlidir

D) Proseduru tamamilə dayandırmalıdır

E) Dərhal həkimi çağırmalıdır



İynənin ucundakı trombun venanın mənfəzinə düşməməsi üçün tibb bacısı iynəni dəyişməlidir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 60 “ Çıraq ” 2008.
143. Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir?

A) Bağırsaqlarda patoloji qaz əmələ gəlməsini

B) Mədədəki qazların qida borusu vasitəsilə ağızdan xaric olmasını

C) Mədə möhtəviyyatının qida borusuna keçməsini

D) Qazların bağırsaq vasitəsilə xaric olmasını

E) Mədə möhtəviyyatının ağızdan xaric olmasını

Gəyirmə xəstəlik deyil, xəstəliyin əlamətidir. Mədədən qida borusuna keçən hava ağız. Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq” 2008.
144. Xəstədə meteorizm olduqda aşağıda sadalanan yardımlardan hansı effekt vermir?

A) Çobanyastığı dəmləməsi ilə imalə etmək

B) Xəstəyə aktivləşdirilmiş kömür vermək

C) Qara çörək, kələm, süd və s. qaz əmələ gətirən qidaları yeməyi qadağan etmək

D) Xəstənin mədəsini yumaq

E) Qazçıxarıcı boru qoymaq



Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür. Adətən meteorizm enterokolitlərdə, qarın boşluğunda aparılan əməliyyatlardan sonra, qara çörək, tərəvəz, süd və s. kimi qidalardan sonra da əmələ gəlir. Xəstədə meteorizm olduqda mədənin yuyulması heç bir effekt vermir, digər cavablarda göstərilən yardımlar isə meteorizmi əhəmiyyətli dərəcədə azaldır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.56 “ Çıraq ” 2008 .
145. Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir?

A) Dəriiçi inyeksiya

B) Vena daxili inyeksiya

C) Həb şəklində qəbul etmək

D) Gözə damızdırmaq

E) Dəriyə sürtmək



Dərmanlar orqanizmə 3 yolla daxil edilir: xaricə, enteral, parenteral. Enteral yolla dərmanlar dil altına qoymaqla, ağızdan və düz bağırsaqdan yeridilir. Ağızdan dərmanlar həb, draje, mikstura şəklində yeridilir.Vena daxili və dəri içinə yeritmə dərmanların parenteral, yəni həzm traktından kənar,gözə damızdırmaq və dəriyə sürtmək isə xaricə işlədilməsidir.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.130 . “ Təhsil ” Bakı 1998 .
146. Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?

A) Yuxarı xarici

B) Aşağı xarici

C) Aşağı içəri

D) Yuxarı içəri

E) Sağrının orta hissəsində



Sağrı nahiyəsi gözəyarı 4 kvadranta bölünür və inyeksiya yalnız üst xarici kvadrantda aparılır. Bu kvadrantı tapmaq üçün xəyali olaraq V bel fəqərəsinin tinli çıxıntısını bud sümüyünün böyük burması ilə birləşdirən xətt çəkilir , bu xəyali xəttin yuxarısında sağrının üst xarici kvadrantı yerləşir və inyeksiya da həmin nahiyəyə edilir. Digər nahiyələrdən sinir-damar dəstələri keçdiyi üçün bu nahiyələrə inyeksiya edilmir.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 152 . “ Təhsil ” Bakı 1998.
147. Mədənin yuyulmasına əks- göstəriş hansıdır?

A) Qida borusundan olan qanaxmalar

B) Alkoqolla zəhərlənmələr

C) Dərman zəhərlənmələri

D) Qida zəhərlənmələri

E) Mədə turşuluğunun artması



Mədə diaqnostika və müalicə məqsədilə yuyulur. Qida borusundan qanaxma zamanı zondun mexaniki təsirindən qanaxmanın daha da güclənəcəyinə görə bu zaman mədənin yuyulması əks-göstəriş sayılır.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh .190 .” Təhsil ”

Bakı 1998.
148. Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını göstərir?

A) Zonddan mədə möhtəviyyatı xaric olur

B) Xəstə öyüyür

C) Xəstə hıçqırır

D) Zondla mədəyə maye yeridilir

E) Xəstə göyərir,narahat olur



Mədə zondlaması zamanı zondun düzgün yeridilməsi vacib şərtlərdəndir, çünki zond düz yeridilmədikdə mədəyə deyil, traxeyaya düşə bilər . Bu zaman xəstədə boğulma, öskürmə, göyərmə olur, belə hallar olduqda zond dərhal çıxarılıb, yenidən salınmalıdır.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” .Səh. 57 “ Çıraq ” 2008
149. İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş verərsə bu hansı ağırlaşmanın baş verdiyini göstərir?

A) Anafilaktik şok

B) Tromboflebit

C) Sepsis

D) Sinir kötüklərinin zədələnməsi

E) Venaların zədələnməsi



Anafilaktik şok inyeksion ağırlaşmaların ən ağır formasıdır.Əsas əlamətləri: təngnəfəslik, arterial təzyiqin enməsi, taxikardiya, huşun itməsidir. Bu əlamətlər bir neçə saniyədən- 30-40 dəqiqə ərzində baş verir, əsasən antibiotiklər, zərdablar yeridildikdə yaranır. Bu zaman dərhal dərmanın yeridilməsi dayandırılmalıdır və şok əleyhinə tədbirlərə başlanılmalıdır.

Ədəbiyyat: C.N.Hacıyev : R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 162 . “ Təhsil ” Bakı 1998.
150. Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi) əsasən hansı dərmanın inyeksiya edilməsindən sonra müşahidə olunur?

A) Vaksinlər

B) Antibiotiklər

C) Narkotiklər

D) İnsulin

E) Vitaminlər



Lipodistrofiya inyeksiya ağırlaşması olub, əsasən insulin vurulan xəstələrdə rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. İnsulin inyeksiya olunan nahiyə spirtlə deyil su ilə silinməlidir.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.160 . “ Təhsil ” Bakı 1998
151. Müayinə üçün əsnəkdən material götürərkən tibb bacısı aşağıda sadalananlardan hansını düz etmir?

A) Yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürür.

B) Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürür

C) Əsnəkdən yaxma götürərkən dili şpatellə tutub saxlayır

D) Əsnəkdən götürülən yaxma tez quruduğuna görə laboratoriyaya tez çatdırır

E) Yaxmanı xəstə ağzını dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra

götürür

Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürülür, bu zaman dili şpatellə tutub saxlayırlar; yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürülür. Yemək yeyən kimi və ya ağzı dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra yaxma götürmək olmaz, çünki bu analizin göstəricisini dəyişə bilər.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.51 Bakı 2008.
152. Nəbzi hansı arteriyalarda saymaq mümkündür?

A) Yuxu arteriyasında

B) Mil arteriyasında

C) Gicgah arteriyasında

D) Sadalanan bütün arteriyalarda

E) Bud arteriyasnda



Nəbzi səthi arteriyalarda və bilavasitə əllə tutmaq mümkün olan yerlərdə sayırlar. Nəbzi adətən mil arteriyasında tuturlar, əgər bu nahiyədə nəbzi tutmaq mümkün olmasa gicgah, yuxu və bud arteriyalarında da saymaq olar.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.64 Bakı 2008.
153. Stasionarda müalicə alan zaman yataq rejimində olan xəstəyə aşağıda sadalananlardan hansına icazə verilir?

A) Yalnız ayaqyoluna getmək

B) Xəstəxananın həyətində gəzmək

C) Yalnız çarpayıda hərəkət etmək

D) Şöbədə gəzmək

E) Xəstəxananın ərazisindən kənarda gəzmək



Stasionarda müalicə alan xəstəyə xəstəliyin ağırlıq dərəcəsindənasılı olaraq həkim 5 rejim təyin edir: ciddi yataq, yataq, yarımyataq, ümumi və sərbəst rejim. Ciddi yataq rejimində xəstəyə hətta yataqda belə hərəkətə icazə verilmir; yataq rejimində o ancaq yataqda hərəkət edə bilər, durmağa icazə verilmir; yarımyataq rejimində yalnız ayaqyoluna gedə bilər; ümumi rejimdə yalnız şöbədə, sərbəst rejimdə isə xəstəxananın həyətində gəzə bilər, lakin xəstəxananın ərazisindən çıxmağa icazə verilmir.

Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 31. “ Təhsil ” Bakı 1998.
154. Böyüklərdə mədənin yuyulması üçün təmiz suyun miqdarını göstərin (litrlə).

A) 1


B) 4

C) 10


D) 0,5

E) 2


Mədənin yuyulması müalicə və diaqnostik məqsədlə aparılır. Bunun üçün yoğun mədə zondundan istifadə olunur. 30-350C temperaturda 10 litr su götürülür.

Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
155.Sadalanan simptomlardan hansı həzm sistemi xəstəliklərinin əsas simptomlarındandır?

A) Boğulma

B) Bəlğəm ifrazı

C) Təngnəfəslik

D) Qusma

E) Öskürək



Qusma mürəkkəb, qeyri-iradi aktdır, bu zaman mədə möhtəviyyatı mədədən ağız vasitəsilə xaricə atılır. Qusma əsasən həzm sistemi xəstəliklərində, bəzən də mərkəzi sinir sistemi xəstəliklərində müşahidə olunur. Sadalanan digər simptomlar isə əsasən tənəffüs və ürək-qan-damar sistemi xəstəliklərində müşahidə olunur.

Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 187. “ Təhsil ” Bakı 1998 .
156. Yataq yaralarının profilaktikasına nə aiddir?

1.Yataq ağlarının tez-tez dəyişdirilməsi

2. Xəstəyə tənəffüs gimnastikası etdirmək

3.Yataq ağlarının həftədə bir dəfə dəyişdirilməsi

4. Xəstənin dərisinin dezinfeksiya edici məhlullarla silinməsi

5. Xəstəni rejimlə qidalandırmaq

A)1,4

B)2,5


C)1,3

D)2,4


E)4,5

Uzun müddət yataqda olan xəstələr tez-tez tərlədiyindən islanmış ağların vaxtaşırı dəyişdirilməsi və dərinin dezinfeksiyaedici məhlullarla silinməsi yataq yaralarının yaranmasının qarşısını alır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 58-59 Bakı 2008
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin