304. Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?
A) Bətndaxili infeksiya
B) Pnevmopatiya
C) Əmmə-udma refleksinin olmaması
D) Hipertermiya
E) Donor südü ilə qidalanma
Uşağın ana südü ilə qidalana bilməsi üçün onda əmmə və udma refleksi olmalıdır. Yarımçıq doğulmuşlarda bu reflekslər zəif olduğu üçün bir neçə gün onlar döşə qoyulmur, refleks əmələ gələnə qədər zondla yedizdirilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” .”Bakı” 2007 Səh 136
305. Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyələnir?
A) Sarılıq gec əmələ gəlir
B) Gedişi uzun müddətli olur
C) Gedişi qısa müddətli olur
D) Əlamətləri cüzi olur
E) Anadan gəlmə olur
38-41 həftədən əvvəl doğulan, çəkisi 2500 qramdan az, boyu isə 45 sm-dən qısa olan uşaq vaxtından əvvəl doğulmuş sayılır və anatomik-fizioloji xüsusiyyətlərinə görə vaxtında doğulan uşaqdan fərqlənir. Belə doğulmuş uşaqlarda fizioloji sarılığın gedişi uzun müddətli olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124 .
306. Yeni doğulmuşun gözünün təmizlənməsində aşağıdakılardan hansı istifadə edilir?
A) Bitki yağı
B) 3% -li hidrogen peroksid məhlulu
C) Qaynanmış su,1%-li tetrasiklin məlhəmi
D) 96%-li spirt məhlulu
E) 5%-li yod məhlulu
Göz zərif görmə orqanı olduğundan spirt,yod,perekis, yağ və s. mayelərlə gözü yumaq olmaz, əks halda selikli qişa qıcıqlanaraq zədələnər.Ona görə də yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin məlhəmindən istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54 .
Dostları ilə paylaş: |