476. Yenidoğulmuş uşaqlar döşə ilk dəfə nə vaxt qoyulur?
A) Doğulduqdan 6 saat sonra
B) Doğulduqdan 1 saat sonra
C) Doğulduqdan 3 saat sonra
D) Doğulduqdan dərhal sonra
E) Doğulduqdan 12 saat sonra
Yenidoğulmuş uşağın vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir.Bu zaman uşağın və ananın vəziyyəti yaxşıdırsa uşaq doğulduqdan dərhal döşə qoyulur.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 ,стр 28
477. Raxit xəstəliyinin profilaktikasına nə vaxt başlamaq lazımdır?
A) 1 yaşından
B) 5 ayından
C) 6 ayından
D) Ana bətnindən
E) Uşaq doğulan kimi
Raxitin profilaktikasına antenatal dövürdən yəni hamiləlik vaxtı başlamaq lazımdır. Ana gündəlik rejimini düzgün təşkil etməli təmiz havada çox olmalı vitaminlərlə mikroelementlərlə zəngin qida qəbul etməlidir. D Vitamini isə hamiləliyin axırıncı 2 ayında əgər hamiləlik yaz-payız vaxtına təsadüf edilərsə verilir.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия», Минск «Вышейшая школа» 2002 стр132
Dostları ilə paylaş: |