50. Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?
A) Daxilə qəbulu
B) Dərialtı
C) Əzələdaxili
D) Dəriiçi
E) Venadaxili
Yağlı məhlulun səhvən venaya yeridilməsi zamanı yağ emboliyası baş verir. Bu zaman qəflətən ürək nahiyəsində ağrı, boğulma, dərinin göyərməsi olur. Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı 1998
51. Havanın məhlulla birgə ………. yeridilməsi hava emboliyasına səbəb ola bilər. Nöqtələrin yerinə uyğun cavabı seçin.
A) Bronx daxili
B) Əzələ daxili
C) Dəri içi
D) Dəri altina
E) Vena daxili
Şprisdən və ya qanköçürmə sistemindən havanın venaya keçməsi nəticəsində hava emboliyası baş verir. Ədəbiyyat: C.N.Hacıyev. R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 160 “Təhsil” Bakı 1998
Dostları ilə paylaş: |