505. Uşaq yaşlarında anemiyanın hansı formalarına daha çox rast gəlinir?
A) hemolitik
B) zülaldefisitli
C) dəmirdefisitli
D) vitamindefisitli
E) posthemorragik
Uşaqlar keyfiyyətli qidalanmadıqda,yəni qida ilə orqanizmə lazım olan miqdarda dəmir daxil olmadıqda dəmirdefisitli anemiya əmələ gəlir.Eyni zamanda bir çox xəstəliklər zamanı ( yoluxucu xəstəliklər,raxit,hipotrofiya və s.) dəmirin orqanizmə sorulması pozulur. Nəticədə dəmidefisitli anemiya əmələ gəlir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 177.
506. Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur?
A) yan əmgəklər
B) böyük və kiçik
C) böyük,yan əmgəklər
D) böyük,kiçik və yan əmgəklər
E) hamısı bağlı olur
28 həftə ilə 38 həftə arasında doğulan,çəkisi 2500 qr-dan az ,boyu isə 45 sm-dən az olan uşaq yarımçıqdoğulmuş hesab edilir.Vəziyyəti Apqar şkalasına görə 3 bal ilə qiymətləndirilən,çəkisi 1500 qr-dan az,boyu isə 35 sm-dən az olan yarımçıqdoğulmuş uşaqda böyük,kiçik və yan əmgəklər açıq olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.
507. Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir?
A) 4-5
B) 1-3
C) 6-7
D) 9-10
E)11-12
Yenidoğulmuşlarda asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar şkalasına görə uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 119.
Dostları ilə paylaş: |