580.Dəri bişməcəsinin profilaktikası üçün dəri nə ilə təmizlənir?
A) Spirtlə
B) Furasilinlə
C) Yodla
D) Steril bitki yağı ilə
E) Fizioloji məhlulla
Körpə uşağa düzgün qulluq etmədikdə büküşlərdə və sağrıda bişməcələr əmələ gəlir. Onun olmaması üçün uşağın dərisini hər gün steril bitki yağı ilə silmək lazımdır.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 175 581. Yenidoğulmuşlarda dəri bişməcələrinin səbəbi nədir?
A) Bədənin qızması
B) İnfeksiya
C) Bədənin soyuması
D) Pis qulluq
E) Dərinin quruması
Yenidoğulmuşun dərisi yumşaq və yağlı olur, ona görə uşağın dərisini təmiz və quru saxlamaq lazımdır. Yenidoğulmuşun dərisinə pis qulluq etdikdə dəri bişməcəsi əmələ gəlir.