239. İnsulinlə müalicə zamanı baş verə biləcək yerli ağırlaşma hansıdır?
A) Hepatit
B) Nekroz
C) Lipodistrofiya
D) Tromboflebit
E) Qanaxma
Lipodistrofiya insulin yeridilməsi zamanı rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 160. “ Təhsil “ Bakı 1998
240. İnyeksiya yerini işləmək üçün neçə dərəcəli spirt istifadə edilir?
A) 80
B) 96
C) 70
D) 75
İnyeksiya ediləcək yeri 700 spirtdə isladılmış steril tamponla silinir, burada başlıca məqsəd aseptika qaydalarına əməl olunmasıdır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 48. “Çıraq” 2008
241. Vena daxili inyeksiyanın ani ölümlə nəticələnən ağırlaşması hansıdır?
A) Sepsis
B) Hematoma
C) Nekroz
D) Hava emboliyası
E) Qanaxma
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir ki, bu da ani olaraq xəstənin ölümünə səbəb olur.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
242. Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək lazımdır?
A) Yeməkdən əvvəl
B) Yemək vaxtı
C) Yeməkdən sonra, su ilə
D) 2 yemək arasında
E) Yeməkdən 2 saat sonra
Həzm traktını qıcıqlandıran dərmanlar ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra həkimin göstərişindən asılı olaraq su ilə qəbul edilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
243. 10%-li kalsium-xloridin vena daxili düzgün yeridilməməsi nəticəsində hansı yerli ağırlaşma inkişaf edir?
A) Nekroz
B) Abses
C) Hepatit
D) Tromboflebit
E) Qanaxma
Nekroz güclü qıcıqlandırıcı dərmanların, əsasən də 10 %-li kalsium xlorid məhlulunun səhvən dərialtına yeridilməsi zamanı baş verir.Belə hal olduqda dərhal həmin nahiyəyə fizioloji məhlul yeridərək,soyuq qoyulur,bunlar kömək etmədikdə isə nekrotik toxumalar cərrahi yolla kənar edilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998
244. İnyeksiya (dəri altı, əzələ daxili) yerində infiltrat əmələ gələrsə nə etmək vacibdir?
A) Aseptik sarğı
B) Yerli isidici kompress
C) Buz qovuğu
D) İnyeksiya yerindən yuxarıda turna qoymaq
E) İnyeksiya yerindən aşağıda turna qoymaq
İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı,bərk törəmə əllənir, bu yeridilən dərmanın yaxşı sorulmaması nəticəsində baş verir. İnfiltrat zamanı müalicəyə tez başladıqda müsbət nəticə alınır. Əsas müalicə infiltratın sorulmasını sürətləndirən isidici proseduralar – yerli isidici kompreslər,ultrabənövşəyi şüalarla şüalanma, ultrayüksək tezlikli cərəyanın tətbiqi olmalıdır.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Bakı 1998
Dostları ilə paylaş: |