234. Dəriiçi inyeksiya hansı nahiyədə aparılır?
A) Sağrı
B) Saidin içəri səthi
C) Göbək ətrafı nahiyədə
D) Bazunun içəri səthi
E) Budun bayır səthi
Dəriiçi inyeksiya əsasən diaqnostik məqsədlə,antibiotiklərə qarşı orqanizmin həssaslığını təyin etmək məqsədilə aparılır. Diaqnostik məqsədlə dəriiçi inyeksiya saidin ön səthinin aşağı hissəsində aparılır.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 150. “ Təhsil” Bakı 1998.
235. Dərman maddələri əzələdaxili hansı nahiyəyə yeridilir?
A) Qarnın ön divarı
B) Kürəkaltı nahiyyə
C) Saidin içəri səthi
D) Sağrı əzələsi , Deltayabənzər əzələ
E) Saidin bayır səthi
Əzələ daxilinə yeridilən dərmanlar əzələlərdə qan dövranının güclü olması hesabına daha tez sorulur. Bu məqsədlə inyeksiya yaxşı inkişaf etmiş əzələyə, əsasən də deltayabənzər əzələyə edilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil”Bakı 1998
Dostları ilə paylaş: |