379. Təbii qidalanan 6 aylıq uşaq doymursa ana südünü əvəzedici nə vermək olar?
A) Çay, su
B) Adaptasiya olunmuş qarışıqlar
C) 5% qlükoza məhlulu
D) Yalnız ana südü verilir
E) Sadə qarışıqlar verilir
6 ayadək uşaqların yedizdirilməsində ana südü əsas rol oynayır. Əgər anada hipoqalaktiya (anaın südünün çatışmazlığı) muşahidə olunarsa, tərkibinə görə ana südünə yaxın adaptasiya olunmuş qarışıqlar verilir.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
380. Südəmər uşaq necə qidalanmalıdır?
A) 3 saatdan bir
B) Uşaq tələbatına görə, sərbəst qidalanır
C) 2 saatdan bir
D) 4 saatdan bir
E) 6 saatdan bir
Südəmər uşaq təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına görə qidalanmalıdır. Bu da prolaktin hormonunun ifrazını stimulyasiyaına,süd ifrazının artmasına səbəb olur.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34
381.Qida rasionunda uzun müddət askorbin turşusu çatışmazlığı hansı xəstəliyin yaranmasına səbəb olur?
A) Pellaqra
B) Beri - beri
C) Ariboflavinoz
D) Sinqa
E) Hemeralopiya
Qida rasionunda uzun müddət askorbin turşusunun olmaması Sinqa xəstəliyini əmələ gətirir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.51
Dostları ilə paylaş: |