373. Şəkərli diabet zamanı hansı orqanın funksiyasının pozulması baş verir?
A) Qaraciyərin
B) Hipofiz vəzinin
C) Mədəaltı vəzinin
D) Epifiz vəzisinin
E) Qalxanabənzər vəzinin
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, əmələ gəlmə səbəbi müxtəlifdir. Şəkərli diabet xəstəliyi mədəaltı vəzin insulin ifraz etmə funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir.Uşaqların bütün yaş dövrlərində rast gəlinir.
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 333
374. Uşaqlarda normada acqarına qanda şəkərin miqdarı nə qədərdir?
A) 6,6-7,7 mmol/l
B) 5,5-7,7 mmol/l
C) 3,3-5,5 mmol/l
D) 9,9-11,11 mmol/l
E) 7,7-9,9 mmol/l
Normada sağlam insanın qanında şəkərin miqdarı . 80-120 və ya 3,3-5,5 mmol/1
həddində olmalıdır.
Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 335
Dostları ilə paylaş: |