364. Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir?
A) Dəri içi
B) Əzələ daxili
C) Dərialtı
D) Per oral (ağızdan)
E) Vena daxilinə
Cansız vaksinlər təhlükəsizlik qaydalarına riayət etməklə əzələ daxili yeridilir.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul (Metodik göstərişlər) səh7-8
365. Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı reaksiyalar müşahidə olunur?
A) 3 gündən sonra hərarət yüksəlir
B) 2 gün ərzində hərarət yüksəlir, vaksinin yerində ağrı və şişkinlik ola bilər
C) Ürəkbulanma, qusma baş verir
D) Diareya yaranır
E) İnyeksiya yerində abses yaranır
Adətən cansız vaksinlər yeridildikdən sonra yüngül postvaksinal reaksiya müşahidə olunur: 2 gün ərzində hərarət yüksəlir. Vaksinin yerində ağrı və şişkinlik ola bilər.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər) səh8-9
366. Vaksinlər GEM-də (gigiyena və epidemiologiya mərkəzində) və tibb müəssisələrində hansı temperaturda saxlanılır?
A) +150;+200
B) +100;+120
C) +20;+80
D) -100;+20
E) -50;+100
İnyeksiyaların təhlükəsizliyini təmin etmək üçün bütün vaksinlər gigiyena və epidemiologiya mərkəzində və tibbi müəssisələrində +2 C0 - +80 C-də saxlanılmalıdır.
Ədəbiyyat:“Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 3 (Metodik göstərişlər) səh8
Dostları ilə paylaş: |