41. Hirudoterapiya nədir?
A) Zəli ilə müalicə
B) Su ilə müalicə
C) İqlimlə müalicə
D) İşıqla müalicə
E) Qanburaxma
Latınca zəli “Hirudenia “ adlanır və zəlinin tüpürcəyinin tərkibində hirudin adlanan, laxtalanmanı azaldan maddə vardır, ona görə də zəli ilə müalicə hirudoterapiya adlanır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.39 “Çıraq” 2008
42. Şəkərli diabeti olan xəstələrin dispanser müşahidəsi zamanı sadalananlardan hansı tibb bacısının vəzifəsidir?
A) 15 gündə bir dəfə qan analizi verməyə çağırmaq
B) Xəstəni növbəti müayinəyə çağırmaq
C) 15 gündə bir dəfə sidiyin analizini gətirtmək
D) Sadalananların hamısı
E) Xəstə özünə iynə vura bilmədikdə hər gün müəyyən saatlarda ona insulin vurmaq.
Şəkərli diabeti olan xəstələr endokrinoloqun və tibb bacısının dispanser müşahidəsi altında olurlar. Tibb bacısı xəstənin dispanser yoxlamasından keçirilməsində və müalicəsində fəal iştirak edir və yuxarıda sadalananların hamısı onun vəzifəsinə aiddir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.159 “Çıraq” 2008.
43.Plevral punksiya zamanı aşağıda göstərilənlərdən hansı tibb bacısının funksiyasına aid deyil?
A) Xəstənin dəri örtüklərinə və nəbzinə nəzarət etmək
B) Lazım gəldikdə xəstəyə naşatır spirti iylətmək
C) Punksiya yerinə yod sürtmək
D) Əlaltına zəruri ürək dərmanlarını qoymaq
E) Plevral punksiyanı aparmaq
Plevral punksiya aparmaq həkimin funksiyasına, göstərilən digər funksiyalar isə tibb bacısının funksiyasına aiddir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 74 “Çıraq” 2008
Dostları ilə paylaş: |