46. Arterial hipertenziyalı xəstələr qida rasionunda nəyi azaltmalıdır?
A) Şəkəri
B) Un məmulatlarını
C) Xörək duzunu
D) Zülalları
E) Tərəvəzləri
Arteriel hipertoniyalı xəstə xörək duzunu artıq istifadə etdikdə təzyiqi daha da arta bilər. Qəbul edilən NaCl orqanizmə çoxlu maye qəbul ediməsini tələb edir, nəticədə dövr edən qanın miqdarı artır, bu da təzyiqi daha da artırır. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.138 “Çıraq” 2008
47. Uzun müddət yataqda qaldıqda xəstənin vəziyyətini nə ağırlaşdıra bilər?
A) İştahsızlıq
B) Baş gicəllənmə
C) Kollaps
D) Arterial təzyiqin qalxması
E) Yataq yarası
Xəstə uzun müddət yataqda qaldıqda mikrosirkulyasiya pozulur və nəticədə dəri, dərialtı və digər yumşaq toxumalarda distrofik, yaralı- nekrotik proseslər gedir, yəni yataq yaraları əmələ gəlir.Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.63 “Təhsil” Bakı 1998
48. Döş sümüyünün arxasında sıxıcı ağrılar zamanı həkimə qədərki ilk yardım hansıdır?
A) Əzələ daxilinə analgin-dimedrol qarışığını vurmaq
B) Analginin yeridilməsi
C) Morfinin yeridilməsi
D) Daxilə dimedrol
E) Dil altına Nitroqliserin qoymaq
Əksər hallarda döş sümüyünün arxasında baş verən sıxıcı ağrılara səbəb ürəyi qidalandıran tac damarların spazmıdır. Nitroqliserinin təsirindən tac damarlar genişlənir, ürəyin qidalanması yaxşılaşır və ağrı aradan qalxır. Ədəbiyyat: N.Y.Paleyevin redaktəsi ilə”Tibb bacısının məlumat kitabı”. Səh. 506 “Çıraq” 2008
49. Xəstənin nəbzi bir dəqiqədə 118 vurğudur , bunu aşağıdakı hansı terminlə ifadə etmək olar?
A) Aritmiya
B) Taxipnoe
C) Bradikardiya
D) Bradipnoe
E) Taxikardiya
Normada nəbz vurğularının sayı 60-90-dır. 60 vurğudan az olduqda bradikardiya, 90 vurğudan çox olduqda taxikardiya adlanır. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974
Dostları ilə paylaş: |