452. Bətndaxili inkişaf dövrü neçə həftə davam edir?
A) 28 -30
B) 12 -16
C) 38-40
D) 30 -35
E) 20-30
38-40 həftəlik hamiləlik normal bətndaxili inkişaf dövrü sayılır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” ”Bakı” 2007 Səh 136
453. Təmizləyici imalə zamanı uşağın vəziyyəti necə olmalıdır?
A) Qarnı üstə
B) Sağ təfəri üstə
C) Sol tərəfi və ya arxası üstə uzadılır
D) Sağ tərəfi və ya arxası üstə
E) Oturaq vəziyyətdə
Təmizləyici imalə zamanı uşağı arxası üstə və ya sol böyrü üstə uzandırılır. Yeni doğulmuşlar arxası üstə, böyük uşaqlar sol tərəfi üstə . Çünki bu vəziyyətdə rezin ucluq düz bağırsağa yaxşı daxil olur.
Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Бaжenoвa “Детские Болезни”, Moсkвa 1986, cтр 237
Dostları ilə paylaş: |