458. İlk patronaj nə vaxt aparılır?
A) Doğum evindən evə yazılandan 10 gün sonra
B) Doğulan kimi
C) Doğum evindən evə yazılandan bir həftə sonra
D) Doğum evindən evə yazılandan sonra 3 gün ərzində
E) Doğum evindən evə yazılandan bir ay sonra
Uşaq doğum evindən evə yazıldıqdan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır. Bu ilk patronaj adlanır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35
459 Xardal yaxması qoyarkən nəyə fikir verilməlidir?
A) Vəziyyətin ağırlığına
B) Sinir sisteminin vəziyyətinə
C) Sümük sisteminin vəziyyətinə
D) Dərinin vəziyyətinə və həssaslığına
E) Vəziyyətinə və yaşına görə
Xardal iltihabı prosesin sorulmasına kömək edir.Onun təsirindən damarlar genəlir- qan dövranı yaxşılaşır.Xardal qoyarkən dərinin vəziyyətinə və həssaslığına fikir verilməlidir.
Ədəbiyyat: Л.A.Исaева, Л.К.Бaжenoвa, «Детские Болезни» Мockвa 1986, 306
Dostları ilə paylaş: |