АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 111-116 (2016)
111
Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda
Endotel Funksiyasının Qiymətləndirilməsi
S.A. Hüseynova
Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrası, Bakıxanov küç., 23, Bakı AZ1022, Azərbaycan;
E-mail: sadi_0105@mail.ru
Hazırkı tədqiqatın əsas məqsədi RDS ilə vaxtından əvvəl doğulan uşaqlarda damar endotelinin vazo-
requlyator, hüceyrəarası adheziya funksiyalarının və apoptoz prosesinin qiymətləndirilməsi olmuşdur.
Araşdırma 1500 qramdan aşağı bədən kütləsi ilə doğulan 54 uşaqda həyata keçirilmişdir. Onlardan
RDS olan 26 uşaq əsas qrup, RDS olmayan 28 uşaq isə müqayisə qrupu kimi təsnif edilmişdir. Əsas
qrupda vazodilatator NO konsentrasiyasının və onun əsas sintez mənbəyi olan eNOS aktivliyinin azal-
ması, vazokonstriktor endotelin-1 səviyyəsinin isə dəyişməməsi müşahidə edilmişdir. RDS olan uşaq-
larda apoptoz markeri olan Caspasae-9 göstəricisinin periferik qandakı səviyyəsi əhəmiyyətli dərəcədə
azalmış, hüceyrəarası adheziya molekulu sİCAM-1 səviyyəsi isə həm neonatal dövrün ilk sutkalarında,
həm də erkən neonatal dövrün sonunda müqayisə qrupuna nisbətən təqribən 2 dəfə yüksək olmuşdur.
Tədqiqat göstərir ki, respirator distress zamanı vazokonstriksiya və hipoksik iltihabın davamlı olduğu
hallarda apoptozun zəifləməsi baş verir.
Açar sözlər: Vaxtından əvvəl doğulma, respirator distress, tənffüs pozğunluğu sindromu, endotel funksiyası,
hüceyrəarası adheziya, apoptoz
GİRİŞ
Uşağın bətnxarici həyata adaptasiyası orqaniz-
min morfofunksional yetkinlik dərəcəsindən əhə-
miyyətli dərəcədə asılı olub, vaxtından əvvəl doğu-
lan uşaqlarda yetkin uşaqlara nisbətən daha gərgin
və fəsadlı keçir (Engle et all., 2007; Wang at all.,
2004). Yenidoğulan uşaqlarda doğuşdan sonra or-
qanizmdə baş verən bütün patofizioloji proseslərin
gedişi kardiorespirator adaptasiyadan əhəmiyyətli
dərəcədə asılıdır (Шабалов, 2003).
Vaxtından əvvəl doğulan uşaqlarda erkən kar-
diorespirator adaptasiyanın gedişinə əhəmiyyətli də-
rəcədə təsir göstərən patoloji vəziyyətlərdən biri res-
pirator distress sindromdur (RDS). RDS-in forma-
laşmasında surfaktant defisiti ilə yanaşı bir sıra çox-
saylı faktorlar mühüm rol oynayır ki, onlar arasında
damar endotelinin vazorequlyator funksiyası əsas
yerlərdən birini tutur (Tağıyev, 2007; Martin and Fa-
naroff, 2013). Alveol-kapilyar baryerinin əsas funk-
sional həlqəsi olan damar endotelinin zədələnməsi
vaxtından əvvəl doğulanlarda ventilyasiya-perfuziya
nisbətinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb
olur (Levene et all., 2009). Endotel disfunksiyası
nəticəsində vazodilatator və vazo-konstriktor media-
torlar arasındakı balans pozulur, bu isə alveollarda
kapilyar dövranının formalaşmasına əhəmiyyətli də-
rəcədə təsir göstərir (Sarkar et al., 2007)
Hazırkı tədqiqatın məqsədi RDS olan vaxtından
əvvəl doğulan uşaqlarda damar endotelinin vazore-
qulyator funksiyası, hüceyrəarası adheziya və apop-
toz göstəricilərinin səviyyəsinin öyrənilməsi olmuşdur.
MATERİAL VƏ METODLAR
Elmi tədqiqat işi Azərbaycan Respublikası
Prezidenti Yanında Elmin İnkişafı Fondunun dəstə-
yi ilə reallaşan layihənin tərkib hissəsi olaraq pros-
pektiv həyata keçirilmişdir. Tədqiqata 2010-2013-ci
illər ərzində Azərbaycan Tibb Universitetinin Neo-
natologiya kafedrasının tədris bazası olan Ş.Ələsgə-
rova adına 5 saylı doğum evində dünyaya gəlmiş
vaxtından əvvəl doğulan uşaqlar daxil edilmişdir.
RDS-in daha dərin yarımçıq doğulan uşaqlarda
yüksək rastgəlmə ehtimalını nəzərə alaraq, hazırkı
tədqiqata bədən kütləsi 1500 qramdan az doğulmuş
54 uşaq daxil edilmişdir. Onlardan RDS olan 26 ye-
nidoğulan əsas tədqiqat qrupu, respirator distress
əlamətləri olmayan 28 uşaq isə müqayisə qrupu
kimi təsnif edilmişdir. Hamiləlik və mamalıq anam-
nezinə aid olan müayinələrin göstəriciləri doğum
evində xəstəlik tarixindən əldə edilən məlumatlar
əsasında retrospektiv, doğuşa və yenidoğulmuşun
müayinəsinə aid nəticələr isə prospektiv olaraq əldə
olunmuşdur. Bətndaxili infeksiyası və anadangəlmə
inkişaf qüsurları olan uşaqlar tədqiqata daxil edil-
məmişdir. Hər iki qrupa daxil olan uşaqların anala-
rında mamalıq və hamiləlik anamnezi göstəriciləri
fərqlənməmişdir. Vaxtından əvvəl doğulan uşaqlar-
da RDS çox zaman sinir sisteminin perinatal zədə-
lənmələri fonunda rast gəldiyindən vazorequlyator,
hüceyrəarası adheziya və apoptoz göstəricilərinin
dəyişməsinin mərkəzi sinir sistemi (MSS) zədələn-
məsi və ya konkret RDS nəticəsində baş verməsini
aydınlaşdırmaq qeyri-mümkündür. Buna görə də
S.A. Hüseynova
112
müvafiq göstəricilər yalnız yüngül hipoksik-işemik
ensefalopatiya (HİE) olan uşaqlarda müşahidə edi-
lən RDS zamanı araşdırılmışdır.
Damar endotelinin funksional vəziyyətini qiy-
mətləndirmək üçün tədqiqata daxil olan uşaqların
periferik qan nümunələrində vazorequlyator göstə-
ricilər olan endotelin-1, azot oksid (NO), endotelial
azot oksid sintetaza (eNOS); hüceyrəarası adheziya
molekulları - həll olan intersellülar adheziya mole-
kulu (sİCAM-1) və həll olan vas-kulyar sellülar ad-
heziya molekulu (sVCAM-1); apoptoz markeri
Caspasae-9 səviyyəsi təyin edilmişdir. Qan nümu-
nələri yenidoğulan uşağın həyatının 1-3-cü və 5-7-
ci sutkalarında əldə edilmişdir. Qan zərdabında en-
dotelin-1, NO, eNOS, sİCAM-1, sVCAM-1 və
Caspasae-9 konsentrasiyası standart ELİSA metodu
ilə, NO səviyyəsi isə biokimyəvi üsulla total nitrit
və total nitrat arasındakı fərqin hesablanmasına əsas-
lanan biokimyəvi Griess metodu ilə müəyyənləşdiril-
mişdir. Həyatın ilk sutkalarında maddələr mübadilə-
sinin katabolik istiqamətlənməsini nəzərə alaraq, di-
gər azotlu birləşmələri qan zərdabından xaric etmək
məqsədi ilə Griess reaksiyasından əvvəl bütün nü-
munələr 10.000 və daha kiçik molekulyar çəkü həddi
olan filtrlər vasitəsilə ültrafiltrasiya edilmişdir.
Tədqiqat qruplarına daxil olan uşaqlarda mü-
vafiq göstəricilər arasında fərqin statistik dürüst-lü-
yü Styudentin t kriteriyasına və Wilkokkson Mann
Uitni üsulları vasitəsilə müəyyənləşdirilmişdir. He-
sablamalar SPSS statistics 20 proqramı vasitəsi ilə
həyata keçirilmişdir.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Hazırkı tədqiqatda RDS olan vaxtından əvvəl
doğulan uşaqlarda vazorequlyator göstəricilərin sə-
viyyəsində bir sıra mühüm dəyişikliklər müəyyən
edilmişdir (şəkil 1). Belə ki, respirator distress mü-
şahidə edilən yarımçıq doğulmuşlarda eNOS aktiv-
liyinin əhəmiyyətli dərəcədə azalması nəzərə çarp-
mışdır. NO səviyyəsi həyatın ilk sutkalarında yük-
sək olsa da, neonatal dövrün dinamikasında əhə-
miyyətli dərəcədə azalaraq müqayisə qrupunun gös-
təricilərindən statistik dürüst aşağı olmuşdur. Bu is-
tiqamətdə apardığımız digər bir tədqiqatda müəy-
yən etmişik ki, RDS olan uşaqlardan fərqli olaraq,
ağır beyin zədələnmələri və fetal inkişafın ləngi-
məsi zamanı eNOS aktivliyinin azalması fonunda
NO səviyyəsinin artır (Huseynova et all, 2015). En-
dotel disfunksiyasının eksperimental modelini təq-
dim edən alimlərin gəldiyi qənaətə görə, bu artımın
əsas səbəbi qeyri-endotelial (neyronal və ya induk-
tiv) azot oksid mənbələrinin aktivləşməsidir (Rafi-
kov et all, 2011; Dumont et all, 1999). Qeyri-endo-
telial azot oksid mənbələrinin fəaliyyətinin yüksəl-
məsi isə əsasən daha ağır dərəcəli və çox zaman
bətndaxili dövrdən başlayan neyronal zədələnmələr
üçün xarakterikdir. RDS formalaşmasında isə dölə
qeyri-qənaətbəxş bətndaxili inkişaf faktorlarının
uzunmüddətli təsiri çox zaman istisna olunur (Ша-
балов, 2003). Hesab olunur ki, uzunmüddətli xroniki
hipokisya fonunda əksinə, surfaktant sintezi nisbətən
sürətlənir və uşaqlarda respirator distressin inkişaf
ehtimalı aşağı düşür. Buna görə də RDS olan uşaq-
larda ağır beyin zədələnmələrindən fərqli olaraq,
eNOS və NO səviyyələrinin bir-birinə proporsional
azalması onu göstərir ki, respirator distress və mor-
fofunksional yetişməməzlik fonunda NO-nun əsas
sintez mənbəyi damar endotelidir (Szostak-We and
Szamotulska, 2011; Varvarigo 2010; Lyalla et all
1996).
Endotelin-1 göstəricisinin periferik qandakı
konsentrasiyası RDS olan uşaqlarda müqayisə qru-
puna nisbətən dəyişməsə də, təbii ki, NO səviyyə-
sinin azalması fonunda damar tonusunun requlyasi-
yasına əhəmiyyətli dərəcədə təsir göstərir. Respi-
rator distress zamanı endotelin-1 təsirinin realizasi-
yası ağciyərlərdə və damar endotelində olan endo-
telin-1 reseptorlarının miqdarından və aktivlik dərə-
cəsindən, digər vazorequlyator markerlərin səviyyə-
sindən asılıdır. Hesab olunur ki, onun səviyyəsinin
yüksəlməsi çox zaman kompensator xarakter daşı-
yır (Perreault and Coceani, 2003).
RDS olan vaxtından əvvəl doğulan uşaqlarda
hüceyrəarası adheziya göstəricilərinin analizi zama-
nı müəyyən edilmişdir ki, müqayisə qrupuna nis-
bətən sVCAM-1 əhəmiyyətli dərəcədə fərqlən-mə-
miş, sİCAM-1 səviyyəsi isə həm ilk sutkalarda, həm
də neonatal dövrün dinamikasında kəskin artmışdır
(şəkil 2). Eksperimental tədqiqatlarda sübut olun-
muşdur ki, adheziya molekullarının səviyyəsi iltihabi
prosesin gedişindən və ağırlıq dərəcəsindən asılı
olaraq müxtəlif istiqamətlərdə dəyişə biliər (Wang et
al., 2002). Hazırkı tədqiqatda leykositar adheziyanın
sürətlənməsi göstərir ki, bətnxarici adaptasiyanın ge-
dişində sVCAM-1 göstəricisinə nisbətən sİCAM-1
səviyyəsinin yüksəlməsi hipoksik-işemik iltihabın
daha həssas markeri kimi qəbul edilə bilər. Şəkil 2-
dən görünür ki, hüceyrəarası adheziyanın sürətlən-
məsinə paralel olaraq apoptoz markeri Caspasae-9
səviyyəsi RDS zamanı əhəmiyyətli dərəcədə azalır.
Məlumdur ki, apoptozun sürətlənməsi çox zaman
perinatal autorequlyasiyanın tərkib hissəsi olaraq
kompensator-qoruyucu xarakter daşıyır (Скворцова,
2004; Таболин и др., 2004; Таранушенко и др.,
2010). Lakin yuxarıda qeyd edildiyi kimi, hazırkı
tədqiqata yüngül HİE fonunda RDS olan uşaqlar
daxil edilmişdir və tədqiqatın nəticələri göstərmişdir
ki, hipoksiya-işemiyanın davamlı olduğu hallarda
hüceyrədaxili energetik resursların tükənməsi apop-
tozun da zəifləməsinə səbəb olur.
Beləliklə, hazırkı araşdırmanın nəticələrini ye-
kunlaşdıraraq belə qənaətə gəlmək olar ki, endo-
Respirator Distress Sindromu Olan
113
telin damar tonusunu tənzimləmə funksiyası, hü-
ceyrəarası adheziya sistemi və apoptoz yenidoğulan
uşaqlarda RDS-in inkişafına əhəmiyyətli dərəcədə
təsir göstərərək, perinatal autorequlyasiya mexa-
nizmlərinin formalaşmasında mühüm rol oynayır.
Qeyd etmək lazımdır ki, hər hansı bir qeyri-qə-
naətbəxş faktorun təsirindən ilk növbədə damar
endotelinin zədələnməsi baş verir.
¶
0
2
4
6
8
10
e
N
O
S
, I
U
/
m
l
*
¶
0
10
20
30
40
50
60
70
80
N
O,
m
m
o
l/
L
0
1
2
3
4
5
6
7
RDS olmayan
RDS olan
E
n
d
o
te
li
n
-1,
p
g
/m
l
Şəkil 1. RDS zamanı damar endotelinin vazorequlyator göstəricilərinin səviyyəsi. Göy sütunlar 1-
3-cü sutkanın, qırmızı sütunlar isə 5-7-ci sutkanın göstəricisidir. *5-7-ci sutkanın göstəriciləri ilə
olan fərqin,
¶
RDS olmayan uşaqların göstəriciləri ilə olan fərqin statistik dürüstlüyü.
S.A. Hüseynova
114
*
0
1000
2000
3000
4000
5000
6000
7000
8000
sVCA
M
-1,
n
g
/m
l
¶
0
200
400
600
800
1000
1200
sI
CAM
-1,
n
g
/m
l
*
¶
0
1
2
3
4
5
6
RDS olmayan
RDS olan
Casp
asae
-9,
n
g
/m
l
Şəkil 2. RDS zamanı hüceyrəarası adheziya və apoptoz göstəricilərinin səviyyəsi. Göy sütunlar
1-3-cü sutkanın, qırmızı sütunlar isə 5-7-ci sutkanın göstəricisidir. *5-7-ci sutkanın göstəriciləri
ilə olan fərqin,
¶
RDS olmayan uşaqların göstəriciləri ilə olan fərqin statistik dürüstlüyü.
Damar endotelinin zədələnməsi onun NO sin-
tetik və adheziya funksiyalarına müxtəlif dərəcədə
təsir göstərir. Belə ki, RDS zamanı endotelial mən-
şəli NO sintezi zəifləsiyi halda hüceyrəarası ad-
heziya sürətlənir. Damar endotelinin vazorequlyator
mediatorları arasındakı balansının dəyişməsindən
asılı olaraq apoptoz requlyasiya olunur ki, bu da di-
gər perinatal patologiyalar kimi, respirator funk-
siyaların formalaşmasına əhəmiyyətli dərəcədə təsir
göstərir. Aparılmış tədqiqatın nəticələri göstərir ki,
vaxtından əvvəl doğulan uşaqlarda vazorequlyator
balans, hüceyrəarası adheziya və apoptoz proseslə-
rinin dərindən araşdırılması RDS-in yeni müalicə
və profilaktika üsullarının işlənib hazırlanmasına
böyük təkan verə bilər.
Respirator Distress Sindromu Olan
115
ƏDƏBIYYAT
Tağıyev N. (2007) Neonatologiya. Bakı: Çaşıoğlu,
535 s.
Скворцова В. (2004) Нейропротективная тера-
пия ишемического инсульта. Врач, 6: 26-32.
Таболин В., Володин Н., Дегтярева М. (2004)
Актуальные вопросы перинатальной иммуно-
логии. Детская иммунология, 1: 1-14.
Таранушенко Т., Окунева О., Демьянова И.
(2010) Уровни белков нейрональной и глиаль-
ной природы в крови новорожденных при
церебральной ишемии. Педиатрия, 1: 25-31.
Шабалов Н. (2003) Неонатология. Санкт Пе-
тербург: Специальная Литература, 494 с.
Dumont I., Hou X., Hardy P., Peri K., Beau-
champ M., Najarian T., Molotchnikoff S.,
Varma D., Chemtob S. (1999) Developmental
regulation of endothelial nitric oxide synthase in
cerebral vessels of newborn pig by prostaglandin
E2. J. Pharmacol. Exp. Ther., 291: 2627–2633.
Engle W., Tomashek K., Wallman C. (2007)
‘‘Late-preterm’’ infants: a population at risk. A
clinical report. Pediatrics, 120: 1390–1401.
Huseynova S., Panakhova N., Orujova P., Hasa-
nov S., Guliyev M., Yagubova V. (2015) Altered
endothelial nitric oxide synthesis in preterm and
small for gestational age infants. Pediatrics İnter-
national, 2: 269-275.
Levene M., Tudehope D., Sinha S. (2009)
Essential Neonatal Medicine. Fourth edition.
Blackwell Publishing, 326 p.
Lyalla F., Greera A., Younga A., Myattb L.
(1996) Nitric oxide concentrations are increased
in the feto-placental circulation in intrauterine
growth restriction. Placenta, 17: 165–168.
Martin R., Fanaroff A. (2013) The preterm lung
and airway: past, present, and future. Pediatr.
Neonatal. , 54: 228-34.
Perreault T., Coceani F. (2003). Endothelin in the
perinatal circulation. Canadian Journal of
Physiology and Pharmacology, 81: 644-653.
Rafikov R., Fonseka F., Kumar S., Pardo D.,
Darragh C., Elms S., Fulton D., Stephen M.
(2011) eNOS activation and NO function:
Structural motifs responsible for the posttransla-
tional control of endothelial nitric oxide synthase
activity. J. Endocrinol., 210: 271–284.
Sarkar S., Dechert R., Schumacher R., Donn S.
(2007) Is refractory hypotension in preterm in-
fants a manifestation of early ductal shunt-
ing? Journal of Perinatology, 27: 353–358.
Szostak-We D., Szamotulska K. (2011) Fetal
development and risk of cardiovascular diseases
and diabetes type 2 in adult life. Med. Wieku
Rozwoj, 15: 203–215.
Varvarigou A. (2010) Intrauterine growth res-
triction as a potential risk factor for disease onset
in adulthood. J. Pediatr. Endocrinol.Metab, 23:
215–224.
Wang G., Deng H., Maier C., Sun G., Yenari M.
(2002) Mild hypothermia reduces ICAM-1
expression, neutrophil infiltration and microglia
/monocyte accumulation following experimental
stroke. Neuroscience, 114: 1081–1090
Wang M., Dorer D., Fleming M. (2004) Clinical
outcomes of near-term infants. Pediatrics, 114:
372–6.
Оценка Эндотелиальной Дисфункции У Недоношенных Новорожденных С Синдромом
Дыхательных Расстройств
C.А. Гусейнова
Кафедра неонатологии Азербайджанского медицинского университета
Основной задачей настоящего исследования явилась оценка вазорегуляции сосудистого эндотелия,
функций межклеточной адгезии и процессов апоптоза. На основании проведенного исследования
установлено, что в период новорожденности при респираторном дистресс синдроме происходит
снижение концентрации вазодилятатора NO и активности eNOS, являющегося основным источником
его синтеза при неменяющемся уровне вазоконстриктора эндотелина-1. У новорожденных с СДР
уровень маркера апоптоза Caspasae-9 в образцах периферической крови был достоверно снижен, а
содержание молекулы межклеточной адгезии sİCAM, как в первые дни неонатального, так и в конце
раннего неонатального периода примерно в 2 раза превышало показатели группы сравнения. Нас-
тоящее исследование демонстрирует, что в условиях СДР продолжительная вазоконстрикция и
гипоксическое воспаление способствует угнетению апоптоза.
Ключевые слова: Недоношенность, респираторный дистресс, синдром дыхательных расстройств,
эндотелиальная дисфункция, межклеточная адгезия, апоптоз
S.A. Hüseynova
116
Estimation Of Endothelial Function In Preterm Infants With Respiratory Distress Syndrome
S.A. Huseynova
Departament of Neonatology, Azerbaijan Medical University
The aim of the present study was to estimate vasoregulator and intercellular adhesion functions of vascular
endothelium and apoptosis processes in preterm infants with respiratory distress syndrome. The research has
been performed on 54 newborns weighing less than 1,500 grams. A control group included 28 healthy
children and a main group included 26 newborns with RDS. Vasodilator NO concentrations and the main
source of its synthesis – eNOS activity were observed to decrease, while no change in the vasoconstrictor
endothelin-1 level occurred in the main group. The level of apoptosis marker – Caspasae-9 index decreased
significantly, whereas the level of intercellular adhesion molecule - sICAM-1 increased approximately twice
in early days of the neonatal period as well as at the end of early neonatal period in peripheral blood of
infants with RDS. According to the results, a decrease in the apoptosis rate occurred in the cases of the
persistent vasoconstriction and hypoxic inflammation.
Key words: Preterm birth, respiratory distress, respiratory injury, endothelial function, intercellular
adhesion, apoptosis
Dostları ilə paylaş: |