487. Uşaqlarda gecə sidiyi saxlaya bilməmək necə adlanır ?
A) Proteinuriya
B) Anuriya
C) Oliqouriya
D) Enurez
E) Qlükozuriya
Gecə sidiyi saxlaya bilməmək-enurez ən cox məktəbəqədər bəzən yeniyetmə dövrundə oğlanlarda daha çox baş verir. Enurezin əmələ gəlməsində böyrək xəstəlikləri və sinir sistemi tərəfindən psixi travma qorxu və s.səbəb ola bilər.
Ədəbiyyat:A.A.Əyyubova –Uşaq xəstəlikləri. Bakı. 2008,səh 269
488. Meyvə şirəsi uşağa nə vaxt verilir?
A) Ancaq gecə
B) Yeməkdən qabaq
C) Yemək vaxtı
D) Yeməkdən sonra
E) Səhər tezdən
İnkişafda olan uşaq orqanizmini vitaminlərlə təmin etmək və həzmi yaxşılaşdlrmaq ücün meyvə şirəsi verilir. Yaxşı olar ki ,meyvə şirəsi uşağa yeməkdən sonra verilsin.
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75
489. Uşağı döşdən nə zaman ayırmaq məsləhətdir?
A) Uşaq xəstələndikdə
B) İlin isti aylarında
C) Yoluxucu xəstəliklə kontaktda olduqda
D) İlin soyuq aylarında
E) Uşağın çəkisi artmadıqda
Uşağın düzgün inkişafı üçün onu tələb olunan miqdarda qidalandırmaq lazımdır. Bunun ücün ən əlverişli üsul ana südüdür. Ana südü keyfiyyətcə dəyişir,1,5-2 yaşında uşağı döşdən ayırmaq lazım gəlir. Uşağı döşdən ilin soyuq vaxtı ayırmaq olar.
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75
Dostları ilə paylaş: |