64. Qanhayxırma nədir?
A) Bəlğəmdə nöqtələr və saplar şəklində qanın olması
B) Qan lifləri olan köpüklü bəlğəm
C) Paslı bəlğəm ifrazı
D) Öskürək zamanı al qan və ya qanlı bəlğəm ifrazı
E) “Qəhvə xıltı ” şəklində qusma
Müxtəlif xəstəliklər, məsələn ağ ciyərin kavernoz vərəmi, ağ ciyər xərçəngi zamanı damarlar zədələnir , bu zaman xəstə öskürdükdə al qırmızı rəngdə qan və ya qanlı bəlğəm ifraz edir - buna qanhayxırma deyilir. Bəzən burundan və diş ətindən qanaxma nəticəsində qanhayxırma baş verir ki, buna yalançı qanhayxırma deyilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511 “Çıraq” 2008
65. Qanhayxırma zamanı tibb bacısı sərbəst olaraq xəstəyə hansı yardımı göstərə bilməz?
A) Həkim çağırar
B) Xəstəni sakitləşdirər
C) Xəstəyə yarımoturaq vəziyyət verər
D) Xəstəyə danışmağı qadağan edər
E) Qansaxlayıcı preparatlar yeridər
Qanhayxırma zamanı tibb bacısı xəstəyə yalnız həkimin təyinatından sonra qansaxlayıcı terapiya apara bilər, göstərilən digər yardımlar isə birbaşa tibb bacısının funksiyasına aiddir. O, xəstəyə başa salmalıdır ki, həyəcanlanma və fiziki gərginlik qanhayxırmanı artıra bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 512 “Çıraq” 2008
Dostları ilə paylaş: |