59. Arterial hipertenziya nədir?
A) Mərkəzi venoz təzyiqin artması
B) Arterial təzyiqin azalması
C) Damar tonusunun azalması
D) Arterial təzyiqin artması
E) Mərkəzi venoz təzyiqin azalması
Hipertenziya müxtəlif səbəblərdən ( məs:endokrin, böyrək,MSS ,travmatik və s.) damar tonusunun artmasıdır , bunun da nəticəsində arterial təzyiq artır.Hiper-latın dilində cox,tenzion-təzyiq deməkdir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 138 “Çıraq” 2008
60. Biokimyəvi müayinə üçün qan nə vaxt götürülür?
A) Qida qəbulundan 15 dəqiqə sonra
B) Qida qəbulundan 45 dəqiqə sonra
C) Qida qəbulundan asılı olmayaraq
D) Ac qarına, səhər
E) Qida qəbulundan 30 dəqiqə sonra
Biokimyəvi müayinə üçün qan səhər saat 7-9 arasında acqarına götürülür, analizə təsir göstərə biləcək dərmanlar analiz götürməkdən 2-3 gün əvvəl saxlanılır, çünki qəbul edilən qida və dərman analizin göstəricisini dəyişə bilər. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.27 “Çıraq” 2008
61. QİÇS-in (qazanılmış immun çatışmazlıq sidromu) mümkün olan yoluxma yolu hansıdır?
A) Hava damcı yolu
B) Eyni qabdan qida qəbulu
C) Əl ilə təmas
D) Həşəratların dişləməsi
E) Yoluxmuş qanın köçürülməsi
QİÇS xəstəliyinin törədicisi xəstə insanın qanında olur.Həmin virusla infeksiyalaşmış qan və onun fraksiyaları sağlam adama köçürüldükdə, infeksiyalaşmış alətlər vasitəsilə, xəstə anadan körpəyə və cinsi yolla yoluxma baş verir. Ədəbiyyat: «Справочник терапевта». Г.П.Матвейков. Минск «Беларусь» 2000. Səh. 672
Dostları ilə paylaş: |