77. Sümüklərin normal inkişafı üçün ilk növbədə hansı duzlar vacibdir?
A) Maqnezium
B) Natrium
C) Kalsium
D) Kalium
E) Barium
Kalsium duzları orqanizmə sümüklərin normal böyüməsi üçün, bundan başqa qanın laxtalanması üçün, damar keçiriciliyini azaltmaq üçün lazımdır. Kalsiumun əsas mənbəyi süd, kəsmik, soya və göyərtidir. Kalsiuma gündəlik tələbat 1qr-dır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.117. “Çıraq 2008”
78. Kəskin sol mədəcik çatışmazlığı (ürək astması) tutması zamanı ətraflara turna qoyarkən tibb bacısı nəyə fikir verməlidir?
A) Turna qoyulan ətraflar qaralmasın
B) Turna ancaq venaları sıxsın
C) Arteriyalarda nəbz yaxşı palpasiya edilsin
D) Turnalar ətrafların hamısından eyni vaxtda açılmasın
E) Sadalananların hamısına
Kəskin sol mədəcik çatışmazlığı( ürək astması) zamanı çox vaxt ətraflara turna qoyulur. Bu zaman tibb bacisi mütləq aşağıda göstərilənlərə əməl etməlidir. Turna ancaq venaları sıxaraq, ürəyə gedən qanın miqdarını azaltmalıdır; turna arteriyaları sıxarsa müvafiq ətrafın qanla təchizatı pozular; ətraflardan turnaların hamısı eyni vaxtda açılsa xəstə kollapsa düşə bilər; arteriyalarda nəbz əllənməsə bu venayla birgə arteriyanın da sıxılmasını göstərir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.505 “ Çıraq ” 2008
Dostları ilə paylaş: |