79. Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?
A) Sidik –ifrazat sistemi
B) Tənəffüs sistemi
C) Ürək-qan-damar sistemi
D) Həzm sistemi
E) Cinsiyyət sistemi
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür, əsasən bağırsaq diskineziyası zamanı, enterokolit zamanı, qarın boşluğunda aparılan operasiyalardan sonra əmələ gəlir. Meteorizmi azaltmaq üçün xəstəyə aktivləşmiş kömür verilir, lazım gəldikdə qaz çıxarıcı boru qoyulur. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq ” 2008.
Dostları ilə paylaş: |