687.Əməliyyat blokunun təmizlənməsi zamanı ardıcıllıq necə olmalıdır?
A) Dəhliz
B) Əməliyyat önü otaq
C) Əməliyyat otağı
D) Alətlər yığılan otaq
E) Tibb işçilərinin istirahət otağı
Əməliyyat blokunun gündəlik təmizlənməsində ardıcıllıq ciddi gözlənilməlidir. Beləki, əməliyyat otağından başlamaqla digər yardımçı otaqlar ardıcıllıqla təlimata uyğun təmizlənməlidir.Əməliyyat otağı yığışdırıldıqdan sonra bakteriosid lampalarla şüalandırılması vacibdir.
Ədəbiyyat:M.M.Abakumov.Moskva-1985(səh.98) 688. Sterilizasiyadan əvvəl alətlərdə gizlin qanın olmasını hansı sınaqla yoxlamaq mümkündür?
A) Oberst
B) Zimnitski
C) Mikuliç
D) Benzidin
E) Volkoviç
Sterilizasiyadan əvvəl alətlərdə gizlin qanın olmasını Benzidin sınağını ilə yoxlamaq mümkündür Benzidin sınağını qoymaq üçün 0.5-1%-li benzidin hidroxlorid eyni miqdarda 3%-li hidrogen peroksidlə qarışdırılır.