692.Yağ tərkibli dərmanlar neçə dərəcəyə qədər qızdırılır?
A) 55º
B) 45º
C) 37º-38º
D) 15º
E) 10º
Yağ tərkibli dərmanlar nisbətən iri diametrli iynələrlə yeridilir.Dərman şprisə yığılmazdan əvvəl su hamamında və ya sınaq şüşəsinin içərisinə qoyularaq qaynar su olan qabda saxlanılır.Dərman 37º-38º-yə qədər qızdırılmalıdır.İneksiyadan sonra iynənin yerinə isitqaç qoyulur və ya yod çəkilir.
Ədəbiyyat:S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.156) 693.Troakar nə üçün işlədilir?
A) Duodenal zondlama üçün
B) İntubasiya üçün
C) Punksiya üçün
D) Sistoskopiya üçün
E) Paranefral blokada üçün
Troakar klassik metaldan olmaqla birdəfəlik və çoxdəfəlik olaraq iki formada işlədilir:Birdəfəlik troakarlar,drenaj boru ilə birləşmiş vəziyyətdə istifadə edilir.Troakardan assitlər zamanı qarın boşluğunu və plevra boşluğunu punksiya edərkən bağırsaqları zədələməmək üçün istifadə edilir.