977. Meningit diaqnozunu təsdiqləyən müayinə üsulu hansıdır?
A) Onurğa beyin mayesinin müayinəsi
B) Sidiyin müayinəsi
C) Qanın müayinəsi
D) Şəkərin müayinəsi
E) Ultrasəs müayinəsi
Meningit baş-beyin qişalarının iltihabıdır. Meningit diaqnozunu təsdiqləyən müayinə üsulu onurğa beyin mayesinin müayinəsidir. meningitin formalarından asılı olaraq onurğa beyin mayesinin tərkibi müxtəlif olur.
Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 152
978. Miqren tutması zamanı ilk tibbi yardım hansıdır?
A) Zəli qoymaq
B) Xəstəni yarıqaranlıq, havası dəyişdirilmiş, sakit bir yerdə yerləşdirmək
C) Oksigen vermək
D) Sıxıcı paltarlardan azad etmək
E) Başı soyuq su ilə yumaq
Miqren tutması bir neçə saatdan bir-iki sutkaya qədər davam edə bilər. Miqren tutması zamanı xəstəni yarıqaranlıq, havası dəyişdirilmiş, sakit bir yerdə yerləşdirmək lazımdır.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.462
Dostları ilə paylaş: |