995. Dizenteriyada infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) İri və xırda buynuzlu mal-qara
B) Xəstə insan, rekonvalessentlər, bakteriya gəzdirənlər
C) Vəhşi və ev quşları
D) Qansorucular
E) Bit,birə,gənə
Dizenteriya antroponoz xəstəlik olduğu üçün yalnız insanlar arasında yayılır və xəstəlik mənbəyi də yalnız xəstə insan, rekonvalessentlər, bakteriya gəzdirənlərdir.
Ədəbiyyat: Ə.H.Vəliyev “İnfeksion xəstəliklər” 2009 səh 152
996. Botuluzmin infeksiya mənbəyi hansıdır?
A) Xəstə insan
B) Gəmiricilər, həşaratlar
C) İstiqanlı və bəzən soyuqqanlı heyvanlar
D) Bakteriya gəzdirənlər
E) Ağcaqanadlar
Təbiətdə botulizmin mənbəyi istiqanlı və bəzi soyuqqanlı heyvanlar hesab olunur.
Ədəbiyyat: N.Əliyev “Yoluxucu xəstəliklər” 1993,səh 203
997.Polimelit törədicisi hansı qrupa aiddir?
A) Göbələk
B) Spiroxet
C) Virus
D) İbtidai
E) Bakteriya
Polimelitin törədicisi viruslardır .
Ədəbiyyat:Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр. 510
Dostları ilə paylaş: |