1000. Spesifik profilaktik tədbirlərdə tibb bacısının vəzifələrinə aşağıdakılardan hansı aiddir?
A) GEM - xəbərdarlıq etmək
B) Təcili tibbi xəbərdarlıq vərəqəsi doldurmaq
C) Xəstəni müayinəyə göndərmək
D) İmmunizasiya aparmaq, müalicə təyin etmək
E) Kontaktda olanların müşahidəsi
Spesifik profilaktik tədbirlərdə tibb bacısının vəzifəsi xəstəni müayinəyə göndərməkdən ibarətdir.
Ədəbiyyat: N.İ.Belova «Tibb bacısının məlumat kitabı», 1990 səh. 566
1001. Sahədə yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə tibb bacısı hansı işləri aparmalıdır?
A) Suyun xlorlaşdırılması, profilaktik peyvəndlərin aparılması , qida məhsullarının keyfiyyətini yoxlamaq
B) Sanitariya – maarifi işi aparmaq, profilaktik peyvənlərin aparılması, kontaktda olanları müşahidə etmək
C) Sanitariya – maarifi işi aparmaq, suyun xlorlaşdırılması, kontaktda olanları müşahidə etmək
D) Sanitariya – maarifi işi aparmaq, qida məhsullarının keyfiyyətini yoxlamaq, suyu xlorlaşdırmaq
E) Xəstənin əşyalarını dezinfeksiya etmək, qida məhsullarının keyfiyyətini yoxlamaq
Sahədə yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq üçün tibb bacısı sahəsində olan əhaliyə xəstəliklər haqqında məlumat verməli, kütləvi peyvənd işi aparmalı, xəstə ilə təmasda olanları müşahidə etməlidir.
Ədəbiyyat:N.İ.Belova «Tibb bacısının məlumat kitabı», 1990 səh. 566
Dostları ilə paylaş: |