Dezinfeksiya — xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsidir. Dezinfeksiyanı həm infeksiya ocağında, həm də profilaktika məqsədilə aparırlar.
Nə vaxt aparılmasından və məqsədindən asılı olaraq infeksiya ocağında aparılan dezinfeksiya cari və son dezinfeksiyaya bölünür.
Cari dezinfeksiyanı infeksiyalı xəstənin, yaxud infeksiya gəzdirənin olduğu bütün müddətlərdə xəstənin çarpayısı yanında və onun ətrafında aparırlar. Cari dezinfeksiyada məqsəd infeksiyanı yayılmağa qoymamaqdır. Yoluxucu bağırsaq xəstəliklərində cari dezinfeksiyanın daha böyük əhəmiyyəti vardır. Xəstənin işlətdiyi əşyaları, onun dəyişəyini zərərsizləşdirirlər.
Otağı müntəzəm surətdə dezinfeksiya məhlulları ilə, sabunla yuyub təmizləyir, oyuncaqları, qab-qacağı qaynadırlar. Bəzən xəstənin yatdığı otağa ultrabənövşəyi şüalar verirlər.
Son dezinfeksiyanı infeksion xəstəlik ocağında xəstəni xəstəxanaya qoyduqdan, xəstə sağaldıqdan, yaxud öldükdən sonra aparırlar.
Profilaktika məqsədilə dezinfeksiya infeksion xəstəliyin olub-olmamasından asılı olmayaraq, onun qarşısını almaq üçün aparılır. Profilaktik dezinfeksiyaya otaqların havasını hər gün dəyişmək, müalicə-profilaktika və uşaq müəssisələrinin otaqlarını 0,5 %-li xlorlu əhəng məhlulu ilə yuyub təmizləmək, əlləri tez-tez sabunla yumaq, suyu xlorlaşdırmaq, xəstəlik törədiciləri ilə daimi mübarizə aparmaq aiddir.
Dezinfeksiya üsulları mexaniki, fiziki və kimyəvi olur.
Mexaniki üsullara yumaq, silmək, dəyişmək, süpürmək və s. aiddir. Çirklə birlikdə xəstəlik törədicilərinin bir qismi də kənar edilir.
Mexaniki üsullardan ən çox qaynatma, həmçinin, kimyəvi məhlullarla (2%-li natrium-bikarbonat və ya sabun, sabunlu-sodalı məhlul, 1%-li kalsiumlaşdırılmış soda məhlulu və s.) qaynatma və s. tətbiq edilir. Dezinfeksiya üçün su buxarından da istifadə olunur. Su buxarından xüsusi dezinfeksiya kameralarında və avtoklavlarda istifadə edirlər.
Kimyəvi dezinfeksiya üsulları daha çox yayılmışdır. Bunun üçün müxtəlif kimyəvi maddələrdən: xlorlu məhlullardan (xlorlu əhəng, xloramin və s.), fenol, kreol, lizol, spirt, qələvi və turşulardan istifadə edilir.
Xlorlu əhəng kəskin xlor iyi verən ağ tozdur. Zibil qutuları və quyuları bununla dezinfeksiya edilir. Xlorlu əhəngin məhlulunu ifrazatı, həmçinin otaqları dezinfeksiya etmək üçün işlədirlər. Təsir müddəti 5-6 gün çəkir. Xloraminin tərkibində 24-28 % fəal xlor vardır. 0,2 %-dən 5 %-dək xloramin məhlullarından profilaktika məqsədilə və infeksiya ocağının dezinfeksiyası üçün geniş istifadə edirlər. Bu məhlullar öz fəallığını 15 gün saxlayır.
Qab-qacağı hər dəfə yeyəndən sonra 1-2 %-li natrium-bikarbonat və ya 1 %-li sabunlu suda 15 dəqiqə qaynadıb dezinfeksiya edirlər. Çiçəyi və hepatiti olan xəstələrin qab-qacağını 45 dəqiqə, qarayarada 60 dəqiqə qaynadırlar. Qab-qacağı qaynatmaq mümkün deyilsə, 0,5 %-li duruldulmuş xlorlu əhəng məhlulu və ya 0,5 %-li xloramin töküb, 5-10 dəqiqə saxlayır və sonra qaynar su ilə yaxalayırlar.
Sterilizasiya - tibb müəssələrində pasiyentlərə istifadə ediləcək bütün avadanlıqların (şpritslər, birdəfəlik stəkanlar, müalicə alətləri və s.) təmizliyi deməkdir.
Tibbi alətlərin sterilizasiyası alətləri yuyub təmizləyərək xüsusi dezinfeksiyaedici məhlullarda müəyyən olunmuş vaxtda saxlamaq, daha sonra isə xüsusi üsulla paketləyərək sterlizasiya aparatında sterilləşirmək deməkdir.
Sterilizasiya günümüzün ən qlobal məsələlərindəndir. Belə ki, sterlizasiya düzgün aparılmadıqda müxtəlif yoluxucu xəstəliklər yayıla bilər (Hepatit B, C, D, vərəm). Buna baxmayaraq, hələ də bəzi tibb müəssisələrində, stomatoloji kabinetlərdə və s. sterilizasiya qaydalarına düzgün riayət edilmir. Alətlər təkcə suda yuyulub məhlullarda saxlanmaqla yaxud köhnə sterlizasiya aparatlarında müəyyən dərəcəli istilikdə sterilizasiya edilməklə kifayətlənilir. Lakin bu cür sterlizasiya xəstəlik törədicilərini, virusları məhv edə bilmir. Müasir sterlizasiya bir neçə mərhələdə həyata keçirilir:
1. Alətlər isti, soyuq suda xüsusui təmizləyici vasitələrlə yuyulur.
2. Alətlər dezinfeksiyaedici məhlulda müəyyən edilmiş vaxtda saxlanılır.
3. Alətlər yenidən yuyulur və qurudulur.
4. Alətlər xüsusi paketlənmə aparatında paketlənir.
5. Paketlənmiş alətlər sterlizasiyanı 100% təmin edən AVTOKLAV aparatına yerləşdirilir və aparat sterilizasiyanı başlamaq üçün xüsusi proqramla işə salınır. Müasir sterlizasiya bir neçə mərhələdə həyata keçirilir:
1. Alətlər isti, soyuq suda xüsusui təmizləyici vasitələrlə yuyulur.
2. Alətlər dezinfeksiyaedici məhlulda müəyyən edilmiş vaxtda saxlanılır.
3. Alətlər yenidən yuyulur və qurudulur.
4. Alətlər xüsusi paketlənmə aparatında paketlənir.
5. Paketlənmiş alətlər sterlizasiyanı 100% təmin edən AVTOKLAV aparatına yerləşdirilir və aparat sterilizasiyanı başlamaq üçün xüsusi proqramla işə salınır.