162. Böyük adamda sakit halda tənəffüs hərəkətlərinin sayı 1 dəqiqədə neçə olur?
1) 16
2) 10
3) 20
4) 40
5) 50
A) 1 ; 3
B) 1; 2
C) 2; 3
D) 2; 4
E) 1; 4
Böyük adam sakit halda dəqiqədə orta hesbla 16-20 dəqiqəyə qədər nəfəs alır. İş zamanı, hərəkət etdikdə, qızdırma zamanı mübadilə yüksək olduğu üçün 1 dəqiqədə tənəffüsün sayı artır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 83 “ Çıraq ” 2008.
163. Tənginəfəsliyi olan xəstəyə yardım edərkən aşağıda salananlardan hansı tibb bacısının səlahiyyətinə aid deyil?
A) Bayırdan təmiz hava gəlməsi üçün nəfəsliyi açır
B) Xəstənin başının və ya kürəyinin altına bir neçə yastıq qoyur
C) Xəstənin üstündən ağır ortüyü götürür
D) Xəstəyə oksigen balışı verir
E) Xəstəyə tənginəfəsliyi aradan qaldıran dərmanlar təyin edir
Tənginəfəslik tənəffüs hərəkətlərinin çətinləşməsi olub, tənəffüs hərəkətlərinin tezliyinin və dərinliyinin dəyişməsi ilə xarakterizə olunur. Tənginəfəslik zamanı tibb bacısı xəstəyə tənginəfəsliyi aradan qaldıran dərmanlar təyin edilməsindən başqa bütün digər göstərilən yardımları edə bilər. Tənginəfəsliyi aradan qaldıran dərmanı isə yalnız həkimin təyinatından sonra xəstəyə verə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 84“ Çıraq ” 2008.
164. Ev şəraitində tibb bacısı xəstəyə hansı əməliyyatı apardıqda mütləq həkimin icazəsi olmalıdır?
A) Dərialtına inyeksiya edərkən
B) İmalə etdikdə
C) Venadaxili inyeksiya etdikdə
D) Xardal yaxması, zəli, banka qoyarkən
E) Əzələ daxilinə inyeksiya edərkən
Venaya məhlul yeritmək üçün müəyyən göstərişlər olmalıdır ki, bu göstərişləri də ancaq xəstənin vəziyyətinə uyğun olaraq həkim verə bilər, eyni zamanda venaya məhlul yeridərkən digər cavablarda göstərilən yardımlardan fərqli olaraq, müəyyən ağırlaşmalar ola bilər. Ona görə evdə xəstənin venasına inyeksiya etmək ancaq zəruri hallarda olduqda, həm də mütləq həkimin göstərişi əsasında edilə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.85 “ Çıraq ” 2008.
165. Palata tibb bacısı müayinə üçün xəstədən hansı materialı götürə bilməz?
A) Sidik
B) Plevral maye
C) Bəlğəm
D) Nəcis
E) Selik
Palata tibb bacısı həkimin təyinatı ilə xəstədən analiz üçün material yığır ( sidik, nəcis, bəlğəm, selik və s.), bunları laboratoriyaya göndərir, analizin cavablarını vaxtında alıb, xəstəlik tarixinə yapışdırır. Plevral maye isə yalnız plevranın punksiyası zamanı həkim tərəfindən götürülür.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 87 “ Çıraq ” 2008.
Dostları ilə paylaş: |