183. Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq çıxarılmalıdır?
A) Südlü sıyıq
B) Süd
C) Çörək
D) Ət
E) Yağ
Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki, xəstələr bu üç gün ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul etməməlidirlər. Əks halda müayinənin nəticəsi düzgün olmaya bilər.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.78 “Azərnəşr”Bakı 1984
184. Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət verilməlidir?
A) Xəstə xərəkdə bir tərəfi üstdə uzanmalıdır
B) Xəstəyə xərəkdə yarımoturaq vəziyyət verilməlidir
C) Xəstə xərəkdə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalıdır
D) Xəstə xərəkdə arxası üstə, başı yana çevrilmiş vəziyyətdə uzanmalıdır
E) Xəstəni xərəkdə baş hissəsi aşağı salınmış vəziyyətdə uzanmalıdır
Xəstələrin nəql olunma formaları xəstəliklərin xarakterindən asılıdır və bu nəqlolunma qaydalarını tibb bacısı dəqiq bilməlidir. Daxili qanaxmalar zamanı xəstə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalı, dizaltı nahiyələrə isə yastıq qoyulmalıdır.
Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev.Xəstələrə qulluq Səh. 45.“ Təhsil ”Bakı 1998.
185. Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır?
A) Dəri altına atropin vurmaqla
B) İmalə ilə
C) Dəri altına və ya venaya məhlul yeritməklə
D) Mədənin yuyulması ilə
E) Ürək-damar preparatları yeritməklə
Qida zəhərlənmələri zamanı təxirəsalınmaz yardım mədənin yuyulmasından başlanır.Prosedur mədədən təmiz su gələnə qədər davam edir. Zond yeritmək mümkün olmadıqda xəstəyə su içirdilir və əsnəyi qıcıqlandırmaqla qusma yaradılır. Sonrakı yardımlar isə imalə,ağrılar olduqda atropin vurmaq, susuzlaşma olduqda maye köçürtmək, kollaps olduqda ürək-damar preparatları yeritmək və s. ibarətdir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.514“ Çıraq ” 2008.
186. Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır?
A) Xəstəni ən yaxın xəstəxanaya aparmaq
B) Dərialtına kofein, kordiamin, kamfora vurmaq (damar çatışmazlığı olarsa)
C) Elektrik vurma nəticəsində əmələ gələn yanıq nahiyəsinə aseptik sarğı qoymaq
D) Xəstəni dərhal cərəyan mənbəyindən ayırmaq
E) Elektrik vurmuş şəxsi torpağa basdırmaq
Elektrik vurma zamanı əksər zərəçəkmişlərdə kəskin damar çatışmazlığı və tənəffüs pozğunluğu olur, ona görə zərərçəkmişin bu zaman torpağa basdırılması onun vəziyyətini daha da ağırlaşdırar. Digər bəndlərdə göstərilən yardımlar isə xəstənin vəziyyətini yaxşılaşmasına kömək edər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.521“ Çıraq ”2008.
Dostları ilə paylaş: |