424) Hamiləlik hipertenziyasının profilaktikasına nə aiddir?
1. Risk faktorlarının təsirinə məruz qalan qadınların erkən diaqnostikası
2. Hipertenziyası olan hamilələrin adekvat müalicəsi
3. Sutkada 1 qram kalsium qəbulu
4. Kiçik dozada aspirin istifadəsi
5. Hamısı vacibdir
A) 4,5
B) 3,4
C) 2,3
D) 1,5
E) 5
Qadın məsləhətxanasında qeydiyatda olan yüksək risk qrupuna aid olan və ya risk faktorlarının təsirinə məruz qalan qadınlarda hamiləlik hipertenziyasının profilaktikasında yuxarıda sadalananların hamısı vacibdir.
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 14
425) Ana ilə uşaq arasında bilavasitə bədən təması (dəri-dəriyə) nəyə kömək etmir?
A) Uşaqlığın tez yığılmasına
B) Döşlə əmizdirməyə və anada laktasiyanın yaxşılaşdırılmasına
C) Uşaqda iybilmə qabiliyyətinin inkişafına
D) Uşaqdan qan götürərkən ağrısızlaşdırılmasına
E) Psixoloji və emosional təmasın yaranmasına
Ana ilə uşaq arasında bilavasitə bədən təması (dəri-dəriyə) uşaqlığın tez yığılmasına kömək etmir ,çünki bu uşağı ilk dəfə döşə qoymanın məqsədlərindən biri kimi nəzərdə tutulur.
Ədəbiyyat: Sağlam yenidoğulmuşa qulluq üzrə klinik protokol.Bakı-2008 səh 15-16
Dostları ilə paylaş: |