625) Spermisidlər spermatozoidə necə təsir göstərir?
A) Mayalanma qabiliyyətini artırır
B) Miqdarını artırır
C) Hərəkətini artırır
D) Fermentını artırır
E) Məhvedici təsir
Spermisidlər cinsi əlaqə zamanı uşaqlıq yoluna ifraz olunmuş spermatozoidə məhvedici təsir göstərən kimyəvi maddələrdir. Beləliklə, qadınları arzuolunmaz hamiləlikdən qoruyur: gel, krem, şam və həb şəklində olur.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 80
626) Aşağıdakılardan hansı baryer kontrasepsiyaya aid deyil?
A) İnyeksiyalar
B) Diafraqmalar
C) Qubkalar(süngərlər)
D) Spermisidlər
E) Prezervativlər
Hamiləlikdən qorunmaq üçün tərkibində süni progesteron olan kontraseptivlər inyeksiyalar vasitəsilə orqanizmə yeridilir.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 76
Dostları ilə paylaş: |