Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Süd yarasının törədicisi nədir?



Yüklə 1,41 Mb.
səhifə339/469
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#43499
1   ...   335   336   337   338   339   340   341   342   ...   469
2013-05-13 12-51-04

725) Süd yarasının törədicisi nədir?
A) Viruslar

B) Göbələklər

C) Strepfokoklar

D) Kokklar

E) Stafilakoklar
Süd yarasını törədicisi kandida tipindən olan maya göbələklərdir.
Ədəbiyyat: A.A.Əyyubova.” Uşaq xəstəlikləri.“Bakı.2008,səh 90
726) Yenidoğulmuş uşağın əmizdirilmə müddəti maksimum necə dəqiqə olmalıdır?
A) 15-20

B) 60


C) 20-30

D) 40


E) 50
Yenidoğulmuşlarda əmmə anadangəlmə refleksdir.Ona görə sağlam uşaq döşü yaxşı tutur.İlkvaxtlar əmizdirmə müddəti 20-30 dəqiqə davam edir ki ,uşaq doysun.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72
727) Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?
A) Dairə şəklində

B) Bağlı olur

C) Üçbucaq formasında

D) Romb şəklində

E) Oval formada
Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb şəklində olur, 12-15 aylığında bağlanır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтр 35
728) Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?
A) Gündə 1 dəfə

B) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda

C) Günaşırı

D) Həftədə 1 dəfə

E) Temperaturu yoxlamağa ehtiyac yoxdur
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri saxlamaq üçün soyuducular var.Burada tələb olunan temperatur gözlənilməlidir(+2 +8) Ona görə gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır.
Ədəbiyyat: “Təcrübədə immumlaşdırma”Modul 2,.Metodik göstərişlər. Bakı, 2010,səh 15
729) Həll edilmiş AGDT ( göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir?
A) 1 gün

B) 5 günədək

C) Vaxt məhdudiyyəti

D) 7 günədək

E) 2-3 saat
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməkdən əvvəl silkələmək həll etdikdən sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır.
Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   469




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin