755) Vaxtından əvvəl doğulmuş uşaq üçün ən ideal dəyərli qida nədir?
A) Kefir
B) Ana südü
C) Keçi südü
D) İnək südü
E) Adaptə olunmuş qarışıqlar
Ana südü uşaq üçün dəyərli və əvəz edilməz bir qidadır, tərkibinə görə orqanizm tərəfindən asan mənimsənilir. Bağırsağın normal mikroflorasını qoruyur.
Ədəbiyyat: N.Tağıyev “Neanatologiya ”Bakı 2007 səh 124
756) Yeni doğulma dövründə sepsisə səbəb olan giriş qapısı hansıdır?
A) Konyuktiva
B) Ağız boşluğu
C) Göbək yarası
D) Burun keçəcəyi
E) Dəri
Yeni doğulmuşlarda sepsis :hər hansı bir mənbədən mikrobun qan və limfa axınına daxil olmasındır. Yenidoğulmuşda giriş qapısınının əsasını göbək yarası təşkil edir. Aseptika, antiseptikaya qaydalarına əməl etmədikdə yenidoğulmuşun göbək güdülü infeksiyalaşır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı 2007 səh 126
757) Aşağıdakılardan hansı yeni doğulmuşun hemolitik xəstəliyində orqanizmə toksiki təsir edir?
A) Bilurubin
B) Xolestrin
C) Melanin
D) Qlukoza
E) İnsulin
Yeni doğulmuşların hemolitik xəstəliyində qanda qeyri- düz billubinin miqdarı çoxalır. O da orqanizmə toksik təsir edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı-2007 səh 305
Dostları ilə paylaş: |