892) Mastit nəyin iltihabıdır?
A) Piy vəzilərinin
B) Limfa damarlarının
C) Süd vəzisinin
D) Tər vəzilərinin
E) Limfa düyünlərinin
Mastitlər kəskin və xroniki olurlar.Kəskin mastit ən çox doğuşdan sonra baş verir.Xəstəliyi törədən mikroblar stafilokokklar və streptokokklardır.Mikroblar ən çox süd vəzisinin giləsinin çatlarından daxil olur.Süd axarlarında durğunluğun olması bu prosesi sürətləndirir.
Ədəbiyyat: Ədəbiyyat: Cərrahiyyə (səh 206) H.A.Sultanov.Bakı-1997
893) Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat əvvəl əməliyyat otağında olmalıdır?
A) 3 saat
B) 1,5 saat
C) 2 saat
D) 30 dəq
E) 40 dəq
Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5 saat tez gələrək, əməliyyat planına uyğun alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə hazırlayır.
Ədəbiyyat: Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75)M.M.Abakumov.Moskva-1985
Dostları ilə paylaş: |