919) Reinfuziya nədir?
A) Auto qanın köçürülməsi
B) Konservləşdirilmiş qanın köçürülməsi
C) Util qanın köçürülməsi
D) Birbaşa qanın köçürülməsi
E) Cift qanının köçürülməsi
Ən çoxu bir neçə saat əvvəl xəstənin döş və qarın boşluğuna dolmuş qanın təzədən xəstənin özünə köçürülməsinə reinfuziya deyilir. Heç bir sınaq və müayinəyə ehtiyac yoxdur. Stabilləşdirmək üçün 1:10 nisbətində 4%-li natrium sitrat əlavə edilir. 8 qat tənzifdən süzülür.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.353
920) Aşağıdakı preparatlardan hansı narkozdan əvvəl premidikasiya məqsədiləmütləq işlədilməlidir?
A) Novakain 0,5%
B) Fentanil 0,005%
C) Atropin 0.1%
D) Lidokain 1%
E) Analgin 50%
Atropin şirə ifrazını azaldır. Əməliyyatdan əvvəl premedikasiya məqsədilə 0,1%- li atropin məhlulu 0,5-1 ml işlədilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.314
921) Filtirli bikslərdə olan sarğı materiallarını sterilizasiyadan sonra maksimum nə qədər saxlamaq olar?
A) 40 gün
B) 6 saat
C) 20 gün
D) 10 gün
E) 5 gün
İkiqat baktreosid filtirləri olan bikslərdə alətlər 20 gün steril qalır.
Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)
Dostları ilə paylaş: |