941) I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Suluqları kəsmək
B) Turna qoymaq
C) Soyuq su altında saxlamaq, aseptik sarğı qoymaq
D) Streptosid tozu səpmək
E) Vişnevski məlhəmi ilə sarğı qoymaq
I, II dərəcəli termiki yanıqlar səthi yanıqlara aiddir. Zərərçəkmişin vəziyyəti imkan verərsə 20-30 dəqiqə soyuq su altında saxlamaq, ağrını azaltmaq sonra isə aseptik sarğı qoymaq lazımdır. Yanan hissəni soyutmaq lazımdır. Ən azı 20 dəqiqə ərzində yanan nahiyəni soyuq (8-150C) su axını ilə soyutmaq,yanan yerə aseptik sarğı qoymaq lazımdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282
Dostları ilə paylaş: |