942) Uzunmüddətli sıxılma sindromu zamanı göstərilən ilk tibbi yardım tədbirlərindən biri səhvdir.?
A) Ətrafın immobilizasiyası
B) Ətrafa turnanın qoyulması
C) Ətrafa isti kompresin qoyulması
D) Ətrafa sıxıcı bint sarğısının qoyulması
E) Zədələnmiş ətrafın ehtiyatla azad edilməsi
Zərərçəkənin ətrafı dağıntı altından ehtiyatla azad edilməmişdən qabaq və ya etdikdə dərhal sonra zədələnmiş ətraflara turna qoyulur. Turnanın qoyulması zədələnmiş nahiyədən zəhərli maddələrin geri qayıtmasının qarşısını alır. Düzgün qoyulan turna zədələnmiş ətrafda şişkinliyin azalmasına səbəb olur. Eyni zamanda qoyulan turna qanaxma təhlükəsini aradan qaldırır.
Hadisə yerində zərərçəkmişə mütləq ağrıkısicilər yeridilməlidir.İmkan varsa ətrafın əsasından novokain anesteziyası(naqil tipli) aparılmalıdır. Əsasən bərk əzilmiş ətrafa amputasiyanı gecikdirmək məqsədilə əzilmiş yerdən yuxarı, venaları sıxan (çox sıxmaq olmaz) turna qoyulur.
Digər halllarda hadisə yerində ilk yardım aşağıdakı ardıcıllıqla göstərilməlidir.Turnanın qoyulması , ətrafı dağıntı altından ehtiyatla azad edilməsi,sıxılmış ətrafa sıxıcı bint sarğısının qoyulması ,soyuğun tətbiqi ,immobilizasiya,turnanın açılması ,çoxsaylı zədələnmələr olduqda yaraların mexaniki təmizlənməsi,antiseptik,fermentativ,dehidratasion bint sarğılarının qoyulması.İmkan olduqda ətrafın zədələnmiş seqmentinin üzəri buz qovuğu ilə örtülməsi və nəqliyyat immobilizasiyası həyata keçirilir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346
Dostları ilə paylaş: |