947) Venadan qan götürərkən turna nə vaxt açılır?
A) Venapunksiyadan sonra
B) İynəni çıxarmamışdan qabaq
C) 3 dəqiqə sonra
D) İynəni çıxardıqdan bir neçə dəqiqə sonra
E) İynəni çıxarandan sonra
Iynə venadan turna açılmamış çıxarılarsa venadan qan xaric olar. Bunu nəzərə alıb iynəni çıxarmamış turnanı açmaq lazımdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 28
948) Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır?
A) Yara hidrogen peroksid H2O2 məhlulu ilə işlənməsi
B) Yara yodonatla işləndikdən sonra quru aseptik sarğı qoyulur
C) Yara üzərinə məlhəm qoyulur
D) Tikişlərin bir qisminin sökülməsi
E) Drenajla yaranın yuyulması
Əməliyyatdan sonrakı gün aseptik yara olduğu üçün üzəri yenidən yodonatla işlənir və quru aseptik sarğı qoyulur ki, yaraya infeksiya düşməsin.
Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196
Dostları ilə paylaş: |