949) Əməliyyat bloku əsaslı olaraq neçə gündən bir təmizlənir?
A) Hər gün
B) Ayda bir dəfə
C) İki həftədən bir
D) Həftədə bir dəfə
E) İldə bir dəfə
Əməliyyat bloku həftədə bir dəfə böyük tibb bacısının qrafiki əsasında əməliyyat təyin olunmayan gün əsaslı olaraq təmizlənilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 41
950) İsti hava axını ilə işləyən quruducu şkafda optimal t°-nə qədər olur?
A) 100-120°
B) 150-160°
C) 180-220°
D) 120-140°
E) 160-180°
Bu şkafların üzərində t°-göstərən şkala olur. t°-180°-yə qalxdıqdan sonra sterilizasiyanın vaxtı hesablanır və 40 dəqiqə steriliasiya olur.
Ədəbiyyat: V.P.Abakumov. “Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı”. Moskva 1985. Səh 42
Dostları ilə paylaş: |