974) Halloidlər qrupuna hansı aiddir?
A) Furasilin
B) Brilliyant yaşılı
C) Yodonat
D) Metilen abısı
E) Hidrogen-peroksid
Yod halloid qrupuna aid olan kimyəvi element olduğuna görə, yod birləşməli antiseptiklər halloidlər qrupuna aid edilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
975) Arterial qanaxma üçün xarakterik əlamət hansıdır?
A) Qanın yavaş axması
B) Qanın damcı ilə axması
C) Qanın daxilə axması
D) Qanın yara səthinin örtməsi
E) Nəbzvari al rəngdə qanın axması
Arteriyanın divarının zədələnməsi zamanı olan qanaxma arterial qanaxma adlanır. Arteriya damarlarında axan qan arterial qandır ki, bu da al qırmızı rəngdədir. Həmçinin qan ürəkdən birbaşa arteriyalara qovulduğuna görə nəbzlə sinxron, yəni nəbzvari olur. Deməli arterial qanaxmanın xarakter əlaməti nəbzvari al rəngdə qanın axmasıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
Dostları ilə paylaş: |